Günəş kremindən istifadə "D" vitamini istehsalına az təsir edir
Günəş kremindən istifadə D vitamini istehsalına az təsir edir və D vitamini çatışmazlığına səbəb olmur.
Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "Health" portalına ABŞ-dan olan həkimlər məlumat verib.
"D" vitamini sağlam sümükləri, immunitet sistemini qorumaq və beyinlə bədənin qalan hissəsi arasında əlaqə saxlamaq üçün vacibdir.
Bu maddə qidada olur və Günəş işığına məruz qaldıqda dəri tərəfindən də əmələ gəlir. Bu, ultrabənövşəyi "B" şüaları (UVB) "7-DHC" zülalı ilə qarşılıqlı əlaqədə olduqda baş verir. Amma bu şüalar hüceyrə DNT-sinin zədələnməsi səbəbindən dəri yanığına və xərçənginə səbəb ola bilər.
Buna görə də, həkimlər dərinizi qorumaq üçün Günəşdən qoruyucu vasitələrdən istifadə etməyi və ya digər ehtiyat tədbirlərini görməyi şiddətlə tövsiyə edir. Ancaq araşdırmalar göstərir ki, günəş kremi D vitamini istehsalına az təsir edir. Bu, kremlərin ultrabənövşəyi şüaları tamamilə blok etməməsi ilə əlaqədar ola bilər.
Məsələn, SPF 30 ideal şəkildə tətbiq edildikdə UVB şüalarının 97%-ni bloklayır. Bundan əlavə, insanlar nadir hallarda günəş kremini düzgün tətbiq edirlər. İdeal olaraq, 28 q məhsulu açıq dəriyə tətbiq etməlisiniz. Bu, ən azı iki saatdan sonra təkrarlanmalıdır. Qeyd olunub ki, bütün hallarda insanlar vitaminin əhəmiyyətli bir hissəsini qidadan alırlar.
Milli.Az









Uşağın cinsiyyətini Çin təqvimi ilə hesablayın! - 95% DOĞRU
İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Qara zirə (Çörək otunun) faydaları
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Qarazirə hər dərdin çarəsi olan bitki
Yuxuda sevişmək nəyə yozulur?
Yod çatışmazlığı təhlükəlidir
Muraddan oğulları ilə bağlı paylaşım - FOTO
Aparıcı Elgiz Əkbər qayıdır - Burada veriliş aparacaq
Yeni boşanan aktrisa məşhur serialda
"Survivor" dördüncüsü ailə qurdu
Stress bu xəstəliyini kəskinləşdirə bilər