Günəş kremləri D vitamini çatışmazlığına səbəb ola bilər - Bəs nə etməliyik?

Günəş kremləri D vitamini çatışmazlığına səbəb ola bilər - Bəs nə etməliyik?Yay mövsümü ilə birlikdə günəş işığı orqanizmə enerji və D vitamini vəd etsə də, bu təbii qaynaq hər zaman bədənimiz üçün kifayət etmir. 
Milli.Az xəbər verir ki, mütəxəssislər xüsusilə risk qrupunda olan insanların yay boyunca D vitamini səviyyələrini diqqətlə izləməsinin vacib olduğunu vurğulayır. Çünki görünən günəşli havalara baxmayaraq, düzgün vaxt və şərait olmadıqda bu həyati vitaminin sintezi mümkün olmur.
UVB şüaları və dərinin birbaşa təması vacibdir
D vitamini orqanizmdə təbii şəkildə sintez oluna bilən nadir vitaminlərdəndir. Qidalarla qismən alına bilər, lakin əsas mənbə günəş işığının, daha dəqiq desək, UVB şüalarının dərimizə birbaşa təmas etməsidir. Dermatoloq Fəyyaz Özdemir bildirir ki, yay aylarında belə D vitamini çatışmazlığı geniş yayılmış problemdir.
Günəş kremləri sintezə əngəl olur
Araşdırmalara görə, SPF 15 faktorlu günəş kremləri belə D vitamini sintezini 90 faizdən çox azalda bilər. Bununla yanaşı, qapalı məkanlarda qalmaq, pəncərə arxasından günəşlənmək və ya uzunqollu geyimlə günəşə çıxmaq da bu sintezin qarşısını alır.
Risk qrupundakılar kimlərdir?
Aşağıdakı qruplarda D vitamini çatışmazlığı riski daha yüksəkdir:
* Yaşlılar
* Artıq çəkili və obez şəxslər
* Körpələr və uşaqlar
* Hamilə və süd verən qadınlar
* Xroniki xəstəlikləri olanlar
* Qapalı mühitdə çalışanlar (ofis işçiləri)
Bu şəxslərin həkim nəzarətində mütəmadi analizlər verməsi və lazım gəldikdə əlavə D vitamini qəbul etməsi tövsiyə olunur.
Ən ideal vaxt və şərait
Mütəxəssislərə görə, ölkəmizdə may-sentyabr ayları arasında saat 11:00-14:00 aralığında, açıq dərili şəxslərin üz, qol və ayaqlarını 15-30 dəqiqə günəşə çıxarması kifayət edir. Bu müddət ərzində günəş kremi istifadə edilməməlidir.
Əgər bu mümkün deyilsə...
Əgər təbii günəş şüasından düzgün şəkildə faydalanmaq mümkün deyilsə, o zaman D vitamini əlavələri gündəmə gəlir. Dünya Səhiyyə Təşkilatı və ABŞ Pediatriya Akademiyası, körpələrə doğulduğu gündən etibarən gündə 400 IU D vitamini verilməsini tövsiyə edir.
Qidalanma ilə D vitamini qəbul etmək kifayət etmir
D vitamini ən çox aşağıdakı məhsullarda olur:
* Yağlı balıqlar
* Yumurtanın sarısı
* Qırmızı ət
* Göbələk (D2 formu, aşağı bioəmilimli)
Ancaq bu qidalarla gündəlik ehtiyacın yalnız təxminən 4%-i ödənir. Türkiyə Bəslənmə Rəhbəri 2022 məlumatlarına görə, əhalinin 96%-i qida yolu ilə kifayət qədər D vitamini ala bilmir.
Əlavələr necə seçilməlidir?
Yağda həll olan bu vitaminin ən yaxşı sorulması üçün zeytun yağı əsaslı formulalar tövsiyə olunur. Xüsusilə oleik turşusu tərkibli məhsullar həm antioksidant təsir göstərir, həm də vitaminin sorulmasını artırır. Seçim zamanı aşağıdakılara diqqət olunmalıdır:
* BHA, süni dadlandırıcılar və kimyəvi qoruyucular olmamalıdır
* Tərkib sadə və təmiz olmalıdır
D vitamini nə üçün vacibdir?
* Kalsiumun sorulması və sümük sağlamlığında mühüm rol oynayır
* Uşaqlarda raşitizm, böyüklərdə isə osteoporoza qarşı qoruyucu təsir göstərir
* İmmuniteti gücləndirir
* Orqanizmin infeksiyalarla mübarizəsində mühüm yer tutur
* Avtoimmün xəstəliklərə qarşı tənzimləyici təsir göstərir
Nəticə: Günəş kremindən istifadənin də faydaları şübhəsizdir - dəri xərçəngi riskini azaldır və erkən qocalmanın qarşısını alır. Ancaq D vitamini sintezinin qarşısını aldığı da elmi şəkildə sübut olunub. Bu səbəbdən gün ərzində qısa müddətə, qoruyucu olmadan günəşə çıxmaq və ya həkim məsləhəti ilə D vitamini əlavələrindən faydalanmaq lazımdır./qaynarinfo
Milli.Az

Xəbərlər     Baxılıb: 1166   Tarix: 26 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

turlar.az

gelinlikler gözəllik məhsulları toy makiyaji sekilleri cox yasa bir yaşına qədər körpələrə qulluq soz haqqinda atalar sozu toy ucun maraqli ideyalar kosmetika faydalı məsləhətlər olumu xanım az vidyolar yutube