Günəş ləkələrindən bununla qurtulun
Kətan toxumu zəngin tərkibi ilə orqanizm üçün çox faydalıdır.
Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu bitkidən hazırlanan maska dəridəki bir çox problemi həll etməyə imkan verir.
Maska üçün 1 x.q kətan toxumu və 1 st su götürülür. Toxumlar suda qaynadılır və otaq temperaturunda soyudulur. Geləbənzər bu məhlulla gün ərzində bir neçə dəfə üzünüzü silə bilərsiniz.
Qeyd edək ki, bu maska çillərin aradan qaldırılmasına kömək edir, dəridəki qırışları hamarlaşdırır, qocalmış dərini təravətləndirir.
Günəş işığının təsirindən yaranan ləkələrdən qurtulmaq üçün isə bu maskadan istifadə edə bilərsiniz:
1 x.q üyüdülmüş kətan toxumu, 1 x.q bal, 1 x.q süd, 1 damla çobanyastığı yağını qarışdırın və təmizlənmiş üzünüzə çəkin, 30 dəqiqə sonra ilıq su ilə yuyun. Maskanı həftədə 2 dəfə istifadə etsəniz, çilləriniz tədricən azalmağa başlayacaq.
Milli.Az / news.milli.az









Vətən haqqında bayatılar
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Röyanın adından dələduzluq - FOTO
Teşkilat' serialının çəkiliş meydançasında gərgin anlar: Dörd nəfər tutuldu
Arif Mirzəyev vəfat etdi
Nərmin Kərimbəyova 'Zəfər günü'nə həsr olunan 'Atabarı'nı təqdim etdi