Günorta saatlarının günəşi xərçəng yaradır - Səhiyyə nazirliyi eksperti

Günorta saatlarının günəşi xərçəng yaradır - Səhiyyə nazirliyi ekspertiYay mövsümündə günvurma hallarına tez-tez rast gəlinir. Günəş şüaları altında fasiləsiz fiziki işlə məşğul olmaq, bəzən çimərlikdə saatlarla vaxt keçirmək insanları günvurma təhlükəsi ilə üz-üzə qoyur.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu, ATU-nun Dermatovenerologiya kafedrasının müdiri, professor Fərid Mahmudov deyir ki, açıq havada işləyənlər və qızmar Günəş altında istirahət edənlər günvurma təhlükəsini mütləq nəzərə almalıdır:
"İsti havalarda insanları günvurmanın hansı hallarda baş verməsi və bundan qorunmaq üçün hansı tədbirlər görülməsinin lazım olduğu daha çox maraqlandırır. Xüsusilə yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanların isti havalarda xəstələnib yatağa düşməməsi üçün bir sıra tədbirlərin görülməsi vacibdir. Lakin istidən qorunmaq tədbirləri tamamilə sağlam insanlara da aiddir.
Ümumiyyətlə, Günəşə qarşı həssas olan insanlar günün qızmar vaxtlarında bayıra çıxmamalı, çıxarkən baş örtüklərindən, eynəklərdən, o cümlədən dərini qoruyan bir sıra kremlərdən (SPF tərkibli) istifadə etməlidirlər".
"Bu xəstəliyə səbəb dərimizdə mövcud olan saprofit, yəni dərinin normal florası sayılan "Pityrosporum ovale" adlı zərərsiz maya göbələyidir. Onun sağlamlığa mənfi təsiri olmasa da, dəridə kosmetik defekt sayılır. Ləkələr açıq-çəhrayı, tünd və açıq-qəhvəyi, bəzən də ağ rəngdə olur. Məhz ona görə də bu xəstəliyin adı rəngbərəng dəmrovdur. Göbələyin dəridə yayılma səbəbi isti və nəmli havada çox tərləmək, dərinin yağlı olması, zəifləmiş immun sistemi, hormonal dəyişikliklər və sairdir.
Rəngbərəng dəmrov daha çox yeniyetmə və gənc yaşlarda olur. Çünki məhz bu yaşlarda dəridə yağlanma başlayır və bu xəstəlik ən çox seboreik nahiyələrdə (sinə, kürək, qolların üst hissəsi, boyun və baş) görünür. Həmin ləkələrin üzərində bəzən incə pulcuqlar da görünə bilər. Bu zaman heç bir subyektiv şikayət vermir, lakin başa yayılanda şiddətli qaşıntı ilə müşayiət olunması mümkündür. Bu xəstəliyə diaqnoz müayinə zamanı qoyulur. Ona görə də bunun üçün heç bir analiz lazım deyil. Dərinin rəngindən asılı olaraq səpkilərin tonları dəyişir ki, bunun üçün "vud lampası" ilə müayinə etmək lazım ola bilər".
Günəş şüaları nəticəsində üzdə yaranan ləkələr və onların qarşısını almağın yollarından da danışan mütəxəssis qeyd edir ki, buna tibdə melasma deyilir:
"Bu, bədənin Günəş görən hissələrində sonradan ortaya çıxan, qəhvəyi rəngdə ləkələr şəklində özünü göstərən bir dəri xəstəliyidir. Bu ləkələrə bəzən xloasma da deyilir. Adətən, üzün hər iki tərəfi zədələnir. Ən çox yanaqlar, burun, alın və dodaq üstündə görünür. Bu xəstəlikdən qorunmaq üçün Günəş işığına çıxmazdan öncə SPF tərkibli qoruyucu kremlərdən istifadə etmək lazımdır. Payız aylarında isə həmin tünd ləkələr nisbətən solur".
Yay aylarında insanların daha çox tərləməsinə də diqqət çəkən həkim öz məsləhətlərini səsləndirib:
"Həddən artıq tərləmənin ən müasir və təsirli müalicə növlərindən biri botulinoterapiya ilə müalicədir. Botoks - tərkibində botulinum deyilən bir toksin olan dərman vasitəsidir. Kosmetologiyada üzdəki qırışların açılması üçün botoks inyeksiyalarından geniş istifadə olunur. Eyni zamanda, botoks qoltuqaltı bölgədə həddindən artıq tərləməyə qarşı da istifadə edilir. Botoks vurulandan dərhal sonra çox tərləmə problemi aradan qalxır. Dərmanın təsiri dörd-altı ay davam edir. Adətən, ildə bir dəfə, havalar istiləşəndə bu proseduru təkrar etmək lazımdır".
Onun sözlərinə görə, dəriyə birbaşa nüfuz edən Günəş şüaları sonradan hətta bədxassəli şişlərə də səbəb ola bilər:
"Günəş şüalarının dəriyə birbaşa təsiri müxtəlif Günəş yanmalarına gətirib çıxarır. Birbaşa nüfuz edən Günəş şüaları müxtəlif qıcıqlanmalara səbəb ola və hətta bədxassəli şişin yaranması ilə nəticələnə bilər. Əgər başda, üzdə xallar varsa, Günəş şüalarının ona nüfuz etməsi çox ziyandır. Ona görə də bədənin açıq olan hissələrinə mütləq kremlər sürtülməlidir".
İsti aylarda gigiyena qaydalarına da riayət olunmasının vacibliyini vurğulayan professor F.Mahmudov qeyd edir ki, bu, sağlamlıq və infeksiyalarla mübarizə baxımından önəmlidir:
Milli.Az

Xəbərlər     Baxılıb: 1380   Tarix: 19 avqust 2022
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

sac duzumleri geyim və ayaqqabılar adlarin menasi manikür və pedikür analiq məktəbi vətən haqqında atalar sözləri yuxu yozmalar kosmetika maraqlı ariqla burclər namiq qaraçuxurlu oxu az