GÜNÜN FACİƏSİ- Bakıda güclü yanğında 30 ölü və çox saylı yaralı - YENİLƏNİB

GÜNÜN FACİƏSİ- Bakıda güclü yanğında 30 ölü və çox saylı yaralı - YENİLƏNİBBakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı ölənlərin sayı dəqiqləşdirilir.

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən APA-ya bildirilib ki, ilkin məlumata əsasən, 30 nəfərədək şəxs ölüb.

Hadisə zamanı xəsarət alan 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Onlardan üç nəfər 1 saylı Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində, bir nəfər 3 saylı şəhər Klinik Xəstəxanasındadır.

* * *
Xanim.az apa-ya istinadən xəbər verir ki, Dispanserində yanğın zamanı 30-dan artıq pasiyent binadan çıxarılıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, yanğın zamanı xəsarət almış şəxslərdən üçü xəstəxanalara yerləşdirilib.

Hadisə yerinə 10-dək təcili tibbi yardım briqadası cəlb edilib. Hazırda yanğın zamanı ölənlərin olması dəqiqləşdirilir.

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Yanğın xəstəxananın daimi yataq xəstələrin müalicə aldığı 2-ci şöbəsində baş verib. Yanğın güclü olduğuna görə, hələlik binaya daxil olmaq mümkünsüzdür. İçəridə xəstələrdən hansınınsa qalıb-qalmadığı binaya daxil olduqdan sonra bilinəcək.

***

Hadisə nəticəsində 1 nəfərin həlak olduğu bildirilir./qafqazinfo
08:56

Respublika Narkoloji Mərkəzində yanğın məhdudlaşdırılıb.

Fövqəladə Hallar Nazirliyindən Sonxeber.az-a verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda Respublika Narkoloji Mərkəzində yanğınsöndürmə işləri davam edir. Saat 08:18-də yanğın məhdudlaşdırılıb. Yanğının yayılma təhlükəsi yoxdur.

Əlavə məlumat veriləcək.

----------

08:10

Hadisə yerinə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov gəlib. Sonxeber.az apa-ya istinadən xəbər verir ki, hazırda yanğının söndürülməsi istiqamətində tədnirlər davam etdirilir.

----------

07:45

Yanğın xəstəxananın daimi yataq xəstələrin müalicə aldığı 2-ci şöbəsində baş verib. Sonxeber.az apa-ya istinadən xəbər verir ki, pasiyentlərin əksəriyyəti yanan binadan təxliyə olunub. Yanğın güclü olduğuna görə, hələlik binaya daxil olmaq mümkünsüzdür. İçəridə xəstələrdən hansınınsa qalıb-qalmadığı binaya daxil olduqdan sonra bilinəcək.

----------

07:00

Bakıda güclü yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi 13 ünvanında yerləşən Respublika Narkoloji Dispanserində baş verib.

Hadisə yerinə 10-dan çox yanğınsöndürən və təcili yardım briqadası cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədnirlər davam etdirilir.

Ölən və ya xəsarət alanlar barədə hələlik məlumat yoxdur.

Əlavə məlumat veriləcək.

Xəbərlər     Baxılıb: 2197   Tarix: 02 mart 2018
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

turlar.az

hamilelikde qidalanma gelinlikler yay geyimləri 2026 onkoloji xəstəliklər hamiləlik hesablama kolbasa hazirlanmasi murebbelerin hazirlanmasi kosmetika novruz bayrami qaynana hakista bürclər insan qz eviyçun hakışta