Günvurma 1-2 saat ərzində ölümə səbəb ola bilər - AÇIQLAMA

Günvurma 1-2 saat ərzində ölümə səbəb ola bilər - AÇIQLAMAYay aylarında temperaturun kəskin artması ilə birlikdə bədənimizin termorequlyasiya sistemi də ciddi sınağa çəkilir. Çoxları üçün günəşli hava istirahət anlamı daşısa da, bəzi hallarda bu isti dalğaları insan orqanizmi üçün ölümcül nəticələr doğura bilər. Həddindən artıq istilik nəticəsində baş verən günvurma (heat stroke), ilk baxışda sadə görünən amma əslində çoxsistemli orqan çatışmazlığına səbəb ola biləcək ciddi bir tibbi fövqəladə haldır.
Qeyd edək ki, TƏBİB ötən ay Bakıda 53 nəfərin günvurma diaqnozu ilə müraciət etdiyini açıqlayıb.
Mövzu ilə bağlı terapevt Günay Musayeva Modern.az-a bildirib ki, günvurma zamanı bədənin istilik tənzimi pozulur və daxili bədən temperaturu 40°C və daha yüksək səviyyəyə çatır. Onun sğzlərinə görə, bu zaman təkcə baş ağrısı və halsızlıq deyil, həyatla uyğun olmayan orqan zədələnmələri də baş verir.
"Kliniki praktikamızda biz bu cür hallarla yay aylarında, xüsusilə yaşlılarda, uşaqlarda və açıq havada çalışan insanlarda tez-tez qarşılaşırıq. Günvurma yalnız istiliklə bağlı deyil - bu, bəzən əvvəldən mövcud olan xroniki xəstəliklərin aktivləşməsi və ya ağırlaşması üçün də bir tətikləyici rolunu oynayır.
Məsələn, hipertoniya, şəkərli diabet, ürək çatışmazlığı kimi xəstəlikləri olan insanlar isti havada bədən mayesini tez itirir, dərman balansı pozulur və kəskin böyrək çatışmazlığı, miokard infarktı, insult, şok kimi həyat təhlükəsi yaradan vəziyyətlər inkişaf edə bilir".
Terapevtin fikrincə, ən qorxulusu isə, günvurma zamanı beyinə təsirdir:
"Həddindən artıq istilik və dehidratasiya nəticəsində baş verən serebral ödem (beyin şişməsi) və hipoksik beyin zədəsi çox vaxt geridönməz nəticələrə gətirib çıxarır. Klinikamızda şahid olduğumuz bir neçə hal var ki, adi açıq havada işləyən gənc şəxslər sadəcə maye itirdikləri və simptomlara əhəmiyyət vermədikləri üçün komatoz vəziyyətə düşmüşdülər. Onlardan bəziləri həyatlarını itirmişdi.
İstiliklə bağlı xəstəliklər arasında ən ağır forması məhz günvurma sayılır. Ondan əvvəl gələn mərhələlərə istilik tükənməsi, istilik sinkopası, istilik krampları daxildir. Təəssüf ki, insanlar çox zaman bu ilkin mərhələləri ciddiyə almır və vəziyyət ağırlaşdıqdan sonra təcili tibbi yardım axtarırlar".
G.Musayeva onu da diqqətə çatdırıb ki, günvurma qısa müddətdə inkişaf edə və 1-2 saat ərzində insanı həyatla vidalaşdıra bilər:
"Bu, təkcə statistikada qalan nadir hadisə deyil. Tibbi reallıqda biz bunu görürük və çox vaxt gec olur. Profilaktika isə mövcuddur və sadədir: günün isti saatlarında açıq havada fəaliyyətin məhdudlaşdırılması, bol maye qəbulu, yüngül geyimlər, başı qoruyan şlyapalar və ən əsası - bədən siqnallarını vaxtında dinləmək.
Ən vacibi isə budur: Günvurma sadəcə "başım isti keçdi" deyil. Bu çoxsistemli həyati təhlükəli sindromdur və vaxtında müdaxilə edilməzsə, nəticə ölümlə nəticələnə bilər".
Milli.Az

Xəbərlər     Baxılıb: 1229   Tarix: 06 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…

Həftələrlə davam edən öskürək sadə narahatlıq kimi qəbul edilməməlidir. xəbər verir ki, mütəxəssislər xüsusilə gecə və səhər saatlarında artan öskürəyin bəzi ağciyər xəstəliklərinin əlaməti ola biləcəyini bildirirlər. Qey

.

Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız

Bel və boyun ağrıları müasir dövrdə ən çox rast gəlinən sağlamlıq problemlərindən biridir. Mütəxəssislər isə bu ağrıların qarşısını almağın ən sadə yolunun gündəlik hərəkətlilikdən keçdiyini bildirirlər. axşam.az-a istinadə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Enerjini azaldan gündəlik səhvlər

Bəzi qidalanma vərdişləri həddindən artıq yorğunluğa səbəb ola bilər. -a istinadən xəbər verir ki, bu barədə diyetoloq Valeska Nişida "Terra" nəşrinə müsahibəsində xəbərdarlıq edib. Nişida ilk zərərli vərdiş kim

turlar.az

geyim seçimi qadın geyimi maskalar gecəliklər moruğun faydasi ciyer qovurmasi tanınmış qadınlar kosmetika kokelmek qiz burcu vətən haqqında bayatı azerbaycan sac modelleri