Gürcüstanlı sevgilinin Ağcabədi DƏHŞƏTİ: gizlicə oğlanın yataq otağına girdi və... - ŞOK TƏFƏRRÜAT

Gürcüstanlı sevgilinin Ağcabədi DƏHŞƏTİ: gizlicə oğlanın yataq otağına girdi və... - ŞOK TƏFƏRRÜATAğcabədi rayonunda yeznəsini qətlə yetirməkdə təqsirli bilinən 1987-ci il təvəllüdlü Cavid İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xanim.az publika.az-a istinadən xəbər verir ki, Cavid İsmayılov 2015-ci ilin mayın 6-da Ağcabədinin Aşağı Avşar kəndində yeznəsi, 30 yaşlı Saqibət Qədimovu balta ilə qətlə yetirib. Buna səbəb Saqibət Qədimovun Cavid İsmayılovun bacısna xəyanət etməsi olub.
"Bacıma xəyanət edirdi"

Aşağı Avşar kəndində baltalanaraq öldürülən 30 yaşlı Saqibət Qədimovu qətlə yetirən qaynı Cavid İsmayılov törətdiyi əməli etiraf edib.

Hadisədən bir gün sonra, mayın 7-də tutularaq Ağcabədi rayon Prokurorluğuna gətirilən Cavid İsmayılov ifadəsində yeznəsini qisas almaq məqsədilə öldürdüyünü deyib: "Saqibət bacıma xəyanət edirdi. O, başqa qadınlarla gəzirdi. Ona görə də balta ilə öldürdüm. Onu dəfn edəndən sonra isə baltanı Qaradolaq kəndi ərazisindəki Yuxarı Qarabağ su kanalına atdım".
Xəyanət, yoxsa qisas?

Cavid İsmayılovun digər bir ifadəsinə əsasən isə qətlin qisas yox, tamah məqsədilə törədildiyi məlum olub. O, ifadəsində əlavə edib ki, Saqibətin Aşağı Avşar kəndindəki evinin tikildiyi torpaq ona məxsus olsa da, atası Saqibətə verib.
Cinayətin necə baş verməsinə gəlincə, qətl baş verən vaxta kimi Saqibət Qədimov Bakıda yaşayırmış. Həmin gün öz ailəsi ilə mərhum dayısının il mərasimi üçün kəndə gəlib.
Baltalı qətl

Elə həmin gecə onun evində son günü olub. Həyat yoldaşı və iki azyaşlı övladı ilə evin birinci mərtəbəsində yatan Saqibət Qədimovu balta ilə qətlə yetiriblər. Saqibət Qədimovu öldürən zaman səsə həyat yoldaşı oyanıb. O, əlində balta olan şəxsi yalnız yataq otağının qapısından çıxarkən görüb.
Hadisədən sonra istintaqçılar evin hər tərəfində quraşdırılmış 8 videomüşahidə kamerasına baxsalar da, onların söndürüldüyünü görüblər. Hadisənin cərəyan etdiyi, "şadlıq sarayı" adlanan, hündür hasarla əhatələnmiş malikanəyə cinayətkarın belə asan girib-çıxması, kameraların söndürülməsi təcrübəli istintaqçıları cinayətkarı "içəridə" axtarmağa sövq edib.
Gürcüstanlı qız

Saqibət Qədimov Bakı şəhərində gürcüstanlı bir qızla qeyri-rəsmi sevgi münasibətində olub. Onun üçün də dəbdəbəli şərait yaradıb. Buna görə qaynı Cavid İsmayılov dəfələrlə ona bütün kənddə söz-söhbətin yayıldığı, özünü ədəbli aparması barədə xəbərdarlıq edib. Görünür, onun dediklərinə Saqibət Qədimov əhəmiyyət verməyib və qətl hadisəsi baş verib.
20 il cəza

İstintaq orqanı tərəfindən Cavid İsmayılova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham elan edilib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavid İsmayılov 20 il müddətinə azadlıqdan məhrum olunub. Hökmdən narazı qalan Cavid İsmayılov apelyasiya şikayəti verib.
Cavid İsmayılov barəsində təyin edilmiş hökmün ləğv edilməsini, ona yüngül cəza verilməsini istəyib. Onun şikayətinə Şirvan Apelyasiya Məhkəməsində baxılıb.
Hakim kollegiyası Cavid İsmayılovun apelyasiya şikayətini təmin etməyib. Bu qərardan narazı Cavid İsmayılov eyni tələblə kasasiya şikayəti verib.
Məhkumun xahişi

Onun kasasiya şikayəti baxılması üçün Ali Məhkəməyə göndərilib. Şikayətə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada baxılıb.

Məhkəmə araşdırması aparılan zaman məhkum Cavid İsmayılov ərizə ilə hakim kollegiyasına müraciət edib. O, kasasiya şikayətini geri götürdüyünü, kasasiya şikayətinin geri götürülməsi ilə bağlı ərizəsinin təmin edilməsini istəyib.
Hakim heyəti məhkumun ərizəsinin təmin edilməsi barədə qərar elan edib. Qərara görə, Cavid İsmayılovun kasasiya şikayəti baxışdan çıxarılıb. İş üzrə materiallar kasasiya qaydasında baxılmadan apelyasiya instansiyasına qaytarılıb.

Xəbərlər     Baxılıb: 1793   Tarix: 21 mart 2018
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

turlar.az

qadin dunyasi kosmetik vasiteler geyim seçimi stil və moda razyana çayı vətən bayatıları körpə və ona qulluq kosmetika kurtlar vadisi aysel atalar sozu ariqlamaq xanim.az