Hadisə Bakıya gəlir: İlk dəfə açıq havada konsert verəcək
Türkiyənin pop ulduzu, unudulmaz performansı və səhnə şousu ilə izləyicilərin rəğbətini qazanan Hadisə avqust ayının 26-da "Dalğa Fest"də açıq hava konserti verəcək.
İndiyədək türkiyəli pop ulduza bir neçə dəfə Bakıda açıq hava altında konsert vermək təklifi edilsə də, heç vaxt razılaşmayıb. Bu, Hadisənin Azərbaycanda açıq hava altında ilk solo konserti olacaq.
26 avqustda baş tutacaq konsertin biletləri 30 manatdan başlayır. Biletləri "iticket.az"dan, "Dalğa Beach"dən və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.
Qeyd edək ki, "Dalğa Fest"də artıq bu yayın ən böyük üç konserti - Xalq artistləri Miri Yusifin, Röya Ayxanın və Türkiyənin məşhur müğənnisi Murat Bozun konsertləri böyük izdihamla qarşılanıb.
Xatırladaq ki, Azərbaycanda ən böyük su parkı olan "Dalğa Beach Aquapark Resort" Bakının Mərdəkan qəsəbəsində, şəhərin mərkəzindən 37 km, hava limanından isə 17,2 km məsafədə yerləşən, müasir çimərlik istirahəti və əyləncə mərkəzidir. / azxeber.com









Arzuolunmaz hamiləlik
Azərbaycan toylarında yengə nə üçün lazımdır?
Yuxuda sevişmək nəyə yozulur?
Cinsi əlaqə zamanı nə etmək lazımdır?
Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
"Eşref Tek" nə vaxt yayımlanacaq?
"Qızım babası kimi siyasətçi olacaq
Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı
Nev vəfat etdi
Rafet El Romanın azərbaycanlı nişanlısı - Foto
Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir