Hamı peyvənd olunmazsa... - Professordan XƏBƏRDARLIQ

Hamı peyvənd olunmazsa... - Professordan XƏBƏRDARLIQ"Hamı peyvənd olunmazsa, pandemiya başa çatmayacaq".
Milli.Az xəbər verir ki, bu sözləri koronavirus peyvəndinin 3-cü mərhələsində könüllü olan Türkiyə Elmlər Akademiyasının Xərçəng Araşdırması Qrupunun koordinatoru, professor Taner Demirer deyib. O, pandemiyanın başa çatması üçün hər kəsin peyvənd vurdurmasının zəruri olduğunu qeyd edib:
"COVID-19 pandemiyası dünyada şok effekti yaratdı. Bu cür hallarda araşdırmalara yardım etmək lazımdır. Mən Çinin "SinoVac" firmasının inkişaf etdirdiyi peyvənd üçün könüllü oldum. Burada könüllü olmaq müqəddəs bir işdir. Nəticə olaraq peyvəndin istifadəyə yararlı olması və təsdiqlənib insanların xidmətinə verilməsi lazımdır. İki doza peyvənd olundum. Çin peyvəndinin araşdırmaları Türkiyə, Braziliya, İndoneziya və bir çox başqa ölkədə davam etdirilir".
Çin peyvəndinin təsirsiz hala gətirildiyini vurğulayan professor qorxmadığını deyib:
"Zərərsiz peyvənddir. "Ölü peyvəndlər"in gözlənilməz əks təsiri olmur. Qorxmadım, "ölü peyvənd" olduğu üçün etdirməyə qərar verdim. Peyvəndi vurdurduqdan sonra 2 gün halsız oldum. Vaksin vurulan qolumda yüngül ağrı oldu. 3-cü, 4-cü və 5-ci günlərdə bir az üşütmə və 37 dərəcə qızdırma oldu. Sonra bu simptomlar yox oldu. İkinci dozanı vurdurduqdan sonra da halsızlıq oldu, amma əlavə əlamətlər nəzərə çarpmadı.
Peyvəndlərə ciddi ehtiyac var. İndiyə qədər edilən açıqlamalarda həm ABŞ, həm də Pfizer/BioNTech peyvəndlərinin 94-95 faiz təsirli olduğunu gördük. İndoneziyadakı nəticələrə görə, Çin peyvəndinin də qoruyucu və immunitet təsiri var. Türkiyədə və Braziliyada nəticələr bəlli olduqdan sonra Çin peyvəndinin təsirləri tam açıqlanacaq.
Bu, çox ciddi pandemiyadır, əgər ona qalib gəlmək istəyiriksə, vaksinasiya olunmalıyıq. Əks halda normal həyata qayıtmaq daha çox zaman tələb edəcək. Problemin qlobal səviyyədə həll olunması vacibdir. Əgər Amerika və Avropada vaksinasiya edib, Afrika və digər ölkələri siyahıdan çıxarsanız, o zaman pandemiya dünyadan silinməyəcək. Odur ki, ədalətli yanaşma şərtdir. Bərabərlik içində yoxsul ölkələrdə də vaksinasiya həyata keçirməyin yollarını tapmalıyıq.
Bu peyvəndlərin nə qədər immunitet yaradacağı bilinmir. Düşünürəm ki, peyvəndlərin təsiri 9 ay və ya 1 ilə qədər davam edəcək, amma qrip peyvəndləri kimi xəstəliyi yüngül keçirməyimizi təmin edəcək. Yoluxuculuğu azaltdığını və ildə iki dəfə tətbiq edilməsi lazım olduğunu qarşıdakı 2 ildə daha dəqiq görəcəyik". (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1101   Tarix: 19 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Göz sağlamlığı üçün vitaminlər həqiqətən faydalıdırmı?

Adətən düşünürük ki, gözlər üçün vitaminlər ekran yorğunluğuna qarşı tez bir həll və ciddi problemlərin profilaktikasıdır. Amma onların həqiqətən görməyə təsir edib-etmədiyini araşdıraq. bu vitaminlərlə bağlı məlumatlar

.

Asqırmağı saxlamaq təhlükəlidir - Həkimdən xəbərdarlıq

Asqırmağı saxlamağa çalışmaq gözlənildiyindən daha ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, bu barədə uşaq anestezioloqu David Kallexo xəbərdarlıq edib. Ekspertin sözlərinə görə, asqırmaq orqanizmi

.

Aralıqlı orucla bağlı mif dağıdıldı

Səhər yeməyindən imtina etmək çox vaxt zehni və fiziki məhsuldarlığın azalması ilə əlaqələndirilir. Buna baxmayaraq, son illərdə aralıqlı oruc adlanan qidalanma rejiminin populyarlığı kəskin şəkildə artıb. Milyonlarla insa

.

Təmizləyici su filtrlərinin gizli fəsadları varmış

"Filtrdən axan təmiz su, əgər qurğuya düzgün qulluq edilmirsə, hər zaman təhlükəsiz olmur". -a istinadən xəbər verir ki, bu barədə -ya istinadən Rusiya Dövlət Dumasının səhiyyənin mühafizəsi komitəsinin sədr müavin

.

Ürək tutması və insult riskini 67% artıran qidalar açıqlanıb

Ultra emal olunmuş qidaların tez-tez istehlakı ciddi ürək-damar xəstəlikləri riskini əhəmiyyətli dərəcədə artıra bilər. report-a istinadən xəbər verir ki, çips, kolbasa, şəkərli içkilər, hazır yeməklər və fast food səhə

.

Bu vərdişləriniz varsa, arıqlaya bilməyəcəksiz

Arıqlamaq, artıq çəkidən xilas olmaq üçün saatlarla idman zalında vaxt keçirmək əlbəttə ki, pis deyil. Amma bəzi halda bu da sizə kömək etmir. Kişilər arıqlamaq üçün bir neçə vərdişlərini də unutmalıdır. 1. Yedikləriniz

.

Yeməyi bir dəfədən çox qızdırmağın sağlamlıq üçün TƏHLÜKƏSİ

Mütəxəssislərin fikrincə, bir çox qida məhsulu yenidən qızdırıldıqdan sonra yalnız faydalı xüsusiyyətlərini itirmir, həm də sağlamlıq üçün təhlükəli ola bilər. Müasir həyatda insanların çoxu hər gün bir neçə dəfə təzə yemə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Hamının sevərək yediyi balıq ZƏRƏRLİ İMİŞ

Tuna balığı sağlamlıq üçün ən zərərli balıq növlərindən biri hesab olunur. -a istinadən xəbər verir ki, bunu rusiyalı terapevt və dietoloq Marqarita Korolyova deyib. Mütəxəssis bildirib ki, qida üçün istifadə olunan tun

turlar.az

geyim və ayaqqabılar qaşların formalari sade makiyaj sekilleri gün vurmanın əlamətləri stil dərsləri 2026 geyim kolleksiyasi gözəl geyimlər kosmetika birlik haqqinda cinsi əlaqə hakisda haxisda aybawi