Hamilə qadınlar bu qidaları yesin

Hamilə qadınlar bu qidaları yesinHamilə olduğunuz zaman körpənizin sağlam inkişafı sizin qəbul etdiyiniz qidalardan asılıdır. Düzgün qidalanma normal bir hamiləliyin və dölün tam inkişafını təmin edir.
Milli.Az axşam.az-a istinadən hamiləlik zamanı qəbul edəcəyiniz məsləhətli qidaları sizə təqdim edir.
Süd məhsulları
Süd, qatıq, kəsmik və pendirin tərkibində olan kalsium körpənin sümüklərinin və dişlərinin formalaşması üçün mütləqdir.
Paxlalı bitkilər
Zülal və karbohidrat tərkibli olan noxud, lobya, mərci və soyadan istifadə etmək ana və uşağın sağlamlığı üçün vacibdir.
Qramafonçiçək batat (Şirin kartof)
Hamiləlik zamanı A vitamini qəbul etmək lazımdır. Lakin bunu heyvan mənşəli məhsullardan almaq məsləhət deyil. Şirin kartofda kalsium, C və A vitaminləri və beta karotinlə bol olduğu üçün istifadəsi önəmlidir.
Balıq
Balıq hüceyrə funksiyası, beyin və göz inkişafı üçün əhəmiyyətli olan omeqa-3 yağ turşusunun əsas mənbəyidir. Həftədə iki dəfə D vitamini ilə zəngin olan somon balığı yemək tövsiyə olunur.
Yumurta
Gün ərzində bir ədəd yumurta yedikdə lazım olan  protein, dəmir və B12 vitaminini qəbul etmiş olursunuz.
Yarpaqlı tərəvəzlər
C, A, K vitaminləri ilə zəngin brokoli, kahı, ispanaq, kələm və s. yarpaqlı tərəvəzlər hamilə qadınlar üçün təhlükə yaradan qəbizliyin də qarşısını alır.
Ət
Zülal körpənin orqanizmi üçün xeyirlidir. Heyvan mənşəli zülallar daha faydalı hesab olunur. Mal əti, qaraciyər və toyuqdan hazırlanan yeməklər zülal ilə yanaşı dəmir ehtiyatını da təmin edir.
Çiyələk
Karbohidrat, dəmir və C vitamini qəbul etməyin ləzzətli yolu çiyələk yeməkdir.
Avokado
Avokado bol lif, fol turşusu, B6 və C vitaminləri ilə zəngindir. Lifli quruluşu sayəsində qəbzliyin qarşısını alır, ürək bulanmasını kəsir, körpənin beyin və sinir sisteminin inkişafına müsbət təsir edir.
Manqo
Manqo hamiləlik boyu yeyilə biləcək ən faydalı meyvələr sırasındadır. Bu meyvə A, C vitamini və kalium cəhətdən zəngindir. Manqonu salatlarınıza və ya şirniyyatlarınıza da əlavə edə bilərsiniz.
Günəbaxan tumu
Günəbaxan  tumu sadəcə omega-3 və omega-6 yağlı turşuların mənbələri deyil, həmçinin,  magnezium, A,B,D,E və K vitaminləri, kalsium, dəmir, kalium və sink ilə boldur. Bu da hamilələr üçün möhtəşəm seçimdir.
Çərəz və quru meyvələr
Hamiləlikdə qoz, fındıq, fıstıq, badam və quru meyvələr yemək lazımdır. Quru meyvələr sizin və körpənizin sağlamlığı üçün çox vacib olan yağlara sahibdir. Qoz-fındıq maqnezium, mis, kalium, kalsium və vitamin E tərkiblidir. Bu vitaminlər körpənizin beyninin inkişafına müsbət təsir edir.
Su
Sistitin və qəbizliyin qarşısını almaq üçün su içmək mütləqdir. Gün ərzində iki litrə yaxın sudan istifadə etmək məsləhətdir. Kifayət qədər su içmədikdə, uşaq qarnınızda susuz qala bilər.
Qeyd edək ki, həddindən artıq yemək qadağandır. Yeməkdən sui-istifadə yalnız çəki artımı ilə yanaşı dölün obezliyinə də səbəb ola bilər.
Milli.Az

Xəbərlər     Baxılıb: 1735   Tarix: 29 sentyabr 2024
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Alimlər demensiyanı əvvəlcədən göstərən yeni əlamət tapdı

Yuxu zamanı beyin fəaliyyəti demensiya riskinin erkən göstəricisi ola bilər. xəbər verir ki, bununla bağlı ABŞ-nin Kaliforniya Universitetinin alimləri araşdırma aparıb. Araşdırma çərçivəsində yaşı 40-94 arasında dəyişə

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Tez-tez baş ağrısı yaşayanlar bunu bilməlidir

Tez-tez təkrarlanan baş ağrısı bəzən stress, yuxu rejiminin pozulması, susuz qalmaq, yeməkləri ötürmək, gözlərin uzun müddət ekrana yönəlməsi və ya düzgün olmayan duruşla əlaqəli ola bilər. Bəzi hallarda isə miqren kimi xüsus

.

Maşında ürəkbulanma: Pediatrdan valideynlərə məsləhət

Yay mövsümündə uzun avtomobil səfərləri zamanı uşaqlarda ürəkbulanma və qusma halları tez-tez müşahidə olunur. xəbər verir ki, pediatr Jül Fujer bunun beynin gözlərdən və bədənin hərəkətindən gələn siqnallar arasındakı uyğunsuzluqda

.

Sümükləri möhkəmləndirən qidalar

60 yaşdan yuxarı insanların təxminən 30 faizi bud-çanaq sınığından sonra bir il ərzində həyatını itirir. xəbər verir ki, bu səbəbdən sümüklərin möhkəmliyini qorumaq və sınıq riskini azaltmaq üçün kalsium, D vitamini, zülal

.

Bakıda 29 yaşlı qadının qopmuş qolu bərpa olundu - (Foto)

Bakıda ağır yol-nəqliyyat hadisəsi zamanı sol qolu travmatik amputasiya olunan 29 yaşlı qadın uğurla əməliyyat edilib. xəbər verir ki, hadisədən sonra zərərçəkən Səhiyyə Nazirliyi Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyy

.

Qarpız bu şəxslərə olmaz

Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər. xəbər verir ki, rusiyalı diyetoloq Olqa Yamilovanın sözlərinə görə, xüsusilə böyrək və şəkərli diabet xəstələri bu meyvəni ehtiyatla istehla

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qaraciyər sağlamlığı üçün ən faydalı 4 qida

Qaraciyər orqanizmin əsas filtrasiya orqanlarından biridir və hər gün toksinləri, dərman qalıqlarını və maddələr mübadiləsi nəticəsində yaranan tullantıları emal edir. "Euroonco" federal ekspert onkologiya klinikalar

turlar.az

geyim seçimi gözəllik məhsulları hamilelikde qidalanma düz qarın əllərin tərləməsi qisa saclarin yigilmasi bilik haqqinda atalar sozu kosmetika bayatı cinsi elaqe eqreb lakonizm əfsanələr