Hamilə qadınların qida rasionu necə olmalıdır?

Hamilə qadınların qida rasionu necə olmalıdır?Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, ölkədə qida təhlükəsizliyinin təmin olunması ilə bağlı zəruri məlumatlar oxucuların diqqətinə çatdırılır. Budəfəki maarifləndirici mövzumuz isə "Hamilə qadınların qida rasionu" haqqındadır.
Hamiləlik zamanı qadınların immun sistemi zəifləyir. Məhz buna görə də infeksiyalara qarşı daha həssas olurlar. Xüsusilə hamiləliyin erkən mərhələlərində ürəkbulanmaya, əhvali-ruhiyyənin dəyişməsinə görə ananın kifayət qədər qidalanmaması xəstəliklərə tutulma riskini artırır. Dərman istifadəsi qadağan olunduğu üçün xəstəliklərin sağalma müddəti uzanır. Həmin dövrdə qan təzyiqinin artması da hamilə qadınlara rahatsızlıq verə bilər. Bütün bu hallar doğulacaq körpənin sağlamlığı üçün təhlükə faktorudur. Bir sözlə, hamiləliyin düzgün gedişi, gələcək ananın sağlamlığı və düzgün qidalanması doğulacaq uşağın sağlamlığının təminatıdır.
Hamiləlik dövründə orqanizmi zərərli təsirlərdən qorumaq üçün immun sistemini gücləndirmək vacib şərtdir. Qida rasionunda vitamin və minerallarla zəngin olan meyvə-tərəvəzə üstünlük verilməlidir. Sitrus meyvələrinin, narın, brokkoli, kələm və ispanaq kimi tünd yaşıl yarpaqlı tərəvəzlərin, soğan, sarımsaq, kətan toxumunun tələb olunan miqdarda qəbulu olduqca faydalıdır. Hamilə qadınların qida rasionunda yumurta, süd və qırmızı ətin olması şərtdir. Həftədə azı 2 dəfə balıq yemək məsləhət görülür. Lakin körpənin sinir sisteminə zərər verə biləcək ağır metallarla zəngin olan balıqlar (məsələn, tuna balığı) istehlak olunmamalıdır. Hamiləlik dövründə bağırsaqların normal fəaliyyəti üçün qatıq, ayran və pendir kimi süd məhsullarının qəbulunu artırmaq lazımdır. Sinklə zəngin süd məhsulları, noxud, mərci, lobya kimi paxlalı bitkilər, eləcə də qoz-fındıq orqanizmin müqavimət qabiliyyətinin artırılmasına mühüm təsir edir. Fol turşusu, kalsium və dəmirlə zəngin məhsullar hamilə qadınların qida rasionunun xeyli hissəsini təşkil etməlidir. Xatırladaq ki, normadan artıq qidalanma da təhlükəli hesab olunur. Hamilə qadın üçün keyfiyyətli və sağlam qidalanmadan əlavə, düzgün maye qəbul etmək də vacibdir. Gündə azı 2,5-3 litr su içmək tövsiyə olunur. Su həzm sisteminə yaxşı təsir edir. Yuxusuzluq orqanizmin immun sisteminə mənfi təsir göstərən amillərdən biridir. Hamilə qadınların yuxu rejiminə diqqət yetirməsi şərtdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1243   Tarix: 21 may 2020
f Paylaş

Oxşar xəbərlər

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

geyim dəbləri həkim məsləhəti reseptler qəbizlik ayaq dirnaqlarina qulluq pul kisəsi gəlinliklər kosmetika klitor xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır haxisda gülməli hakıştalar salam