Saxta şərabı necə seçmək olar?

Saxta şərabı necə seçmək olar?Saxta şərabı ayırd etməyin üsulları açıqlanıb.
Milli.Az xəbər verir ki, Rusiyanın keyfiyyətə nəzarət qurumu "Roskachestvo" şərabın keyfiyyətini müəyyən etmək üçün əsas əlamətləri açıqlayıb. Qurumun sədr müavini Yelena Saratseva bildirib ki, turş, sirkəyə bənzər qoxu və kif iyi içkinin keyfiyyətsiz və ya xarab olduğunu göstərir.
Onun sözlərinə görə, mağazalardan alınan hər bir şərab şüşəsində aksiz markası olmalıdır. İstehlakçılar bu markadakı QR-kodu oxudaraq şərabın istehsaldan satışa qədər olan yolunu izləyə bilirlər. Bu üsul məhsulun mənşəyinin qanuni olub-olmadığını müəyyən etməyə kömək edir.
Saratseva qeyd edib ki, şərabın keyfiyyəti yalnız sənədləşmə qaydalarına deyil, həm də şərabçının peşəkarlığına bağlıdır. Bəzən məhsulun dad və keyfiyyətinə təbii mantar tıxac da təsir göstərə bilər. Əgər tıxacda kif varsa, o zaman bu kif şəraba keçərək içkini oksidləşdirə və sirkəyə çevirə bilər.
Mütəxəssis xəbərdarlıq edib ki, şərabı açarkən sirkə və kif iyi gəlirsə, həmin içkini içmək olmaz. Bu, onun keyfiyyətsiz və sağlamlıq üçün zərərli ola biləcəyini göstərir.
"Əgər şərabı düzgün şəraitdə saxlamısınız, amma onu açanda kəskin turş və kif qoxusu gəlirsə, içməmək daha yaxşıdır. Belə şərab orqanizmə mənfi təsir göstərə bilər," - deyə Saratseva bildirib.
İsmayıl
Milli.Az

Xəbərlər     Baxılıb: 1340   Tarix: 26 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Avtobusa minənlərin diqqətinə - Ciddi xəbərdarlıq edildi

Payız aylarında havaların soyuması ilə respirator virus infeksiyalarının yayılma riski artır. Xüsusilə qapalı və insanların sıx olduğu məkanlar, o cümlədən ictimai nəqliyyat vasitələri virusların yayılması üçün əlverişl

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

turlar.az

hamilelikde qidalanma həkim məsləhəti yemek reseptleri toxuma və əl işləri qadın testləri azerbaycan xalq mahnilari adlari xorionik qonadotropin kosmetika qaynanaya aid ekizler maraqli hakistalar şəkərbura ginekoloq