Yeni hobbiyə başlamaq üçün ideal yaş 55 imiş - ARAŞDIRMA

Yeni hobbiyə başlamaq üçün ideal yaş 55 imiş - ARAŞDIRMAYeni bir hobbiyə başlamaq üçün gec olduğunu düşünürsünüzsə, elm bunun əksini deyir. Avstraliyada aparılan son tədqiqat göstərib ki, insan beyninin idrak potensialı 55-60 yaşları arasında ən yüksək səviyyəyə çatır.
Milli.Az xəbər verir ki, Qərbi Avstraliya Universitetinin psixologiya professoru Gilles Gignacın rəhbərlik etdiyi araşdırma "Intelligence" jurnalında dərc olunub.
Tədqiqatda mühakimə, yaddaş və şəxsiyyət ölçüləri də daxil olmaqla 16 psixoloji xüsusiyyət analiz edilib. Burada "Böyük Beşlik" şəxsiyyət modeli - açıqlıq, vicdanlılıq, ekstravertlik, razılıq və nevrotizm xüsusiyyətləri xüsusi diqqət mərkəzində olub.
Alimlərin nəticəsinə görə, ümumi zehni fəaliyyət 55-60 yaşda zirvəyə çatır, bundan sonra isə 65 yaşdan etibarən tədricən azalma müşahidə olunur. Maraqlıdır ki, bəzi xüsusiyyətlər həyatın daha gec dövrlərində də inkişaf edir: vicdanlılıq 65 yaşında, emosional sabitlik isə 75 yaşında ən yüksək səviyyəyə qalxır.
Uzun illər beyin fəaliyyətinin 20 yaşlarda ən güclü olduğu düşünülürdü. Lakin Heydelberq Universitetinin apardığı genişmiqyaslı araşdırma bu fikri təkzib edib - bir milyondan çox insanın cavab sürətinin təhlili göstərib ki, idrak funksiyaları 60 yaşdan sonra belə yüksək səviyyədə qalır.
Tədqiqatçılar bildirirlər ki, yaş artdıqca bəzi qabiliyyətlər zəifləsə də, digər bacarıqlar bu itkini kompensasiya edir. Nəticə etibarilə, zehni güc uzun illər boyu aktiv və çevik qala bilir - yəni, öyrənmək və inkişaf etmək üçün heç vaxt gec deyil.
Fidan
Milli.Az

Xəbərlər     Baxılıb: 1307   Tarix: 28 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Uşağı məktəbə nə vaxt göndərmək olmaz?

"Uşaqların immun sistemini dəstəkləmək üçün gündəlik qidalanmada zülalla zəngin məhsullara üstünlük vermək lazımdır. Bunlara yumurta, balıq, hinduşka əti, yağsız ət və paxlalılar daxildir". xəbər verir ki, bu fikirlər

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Qəhvə sevənlər bunu mütləq oxusun

Kofeinin orqanizmə təsiri ilə bağlı yeni araşdırma aparılıb. London Kral Mariya Universitetinin alimləri müəyyən ediblər ki, kofein hüceyrələrin enerji çatışmazlığına cavab verən qədim mexanizmini aktivləşdirə bilər. Alimlə

.

Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar

Çində ofis işçiləri arasında "ofis qocalması" adı ilə yeni bir trend yayılıb. İşçilər ofis işıqlarının və kompüter ekranlarının yaydığı ultrabənövşəyi şüalardan qorunmaq üçün iş masalarının üzərində günəş çətirlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

yay kolleksiyasi geyim şəkilləri yaz geyimleri 2026 münasibətlər makaron reseptləri pilinqin hazirlanmasi hekayələr sevgi kosmetika kley lekesi meseller rus dilini öyrənək qu quşu efsane