Hamilələr üçün təhlükəsiz gözəllik prosedurları - SİYAHI + FOTO

Hamilələr üçün təhlükəsiz gözəllik prosedurları - SİYAHI + FOTOHamilə qadınlar iynəsiz mezoterapiya, masaj, pressoterapiya, floatinq və s. prosedurları edə bilərlər.
Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə Rusiyanın tanınmış mama-ginekoloqu Olqa Terexina məlumat verib.
Onun sözlərinə görə, qadın hamilə qaldıqda baş verən hormonal dəyişikliklərə görə dəri dəyişə bilər.
"Buna görə də, ilk trimestrdə belə, qulluq prosedurları, dəri təmizləmə və inyeksiyasız mezoterapiya edə bilərsiniz. Onlar dərinin keyfiyyətini yaxşılaşdırır, yağlı parıltıdan və qara nöqtələrdən qurtulmağa kömək edir", - deyə o izah edib.
Hamilələr üçün təhlükəsiz gözəllik prosedurları - SİYAHI + FOTOHəkim xatırladıb ki, hamilələr adətən şişlikdən, bədən ağrılarından ağrıdan, əzələ tonusunun azalmasından əziyyət çəkirlər.
"Belə şəraitdə pressoterapiya, aparatla masaj, endosfer terapiyası kömək edəcək. Ancaq qarın və bel nahiyəsində prosedurlar aparmaq olmaz; Yalnız qollar və ayaqlar, çiyin qurşağı üçün prosedurlar həyata keçirmək olar", - deyə ginekoloq xəbərdarlıq edib.
Terexina hamiləliyin yarımçıq qalma riski olmadığı təqdirdə massaja da icazə verildiyini bildirib. Onun sözlərinə görə, bunu bütün dövlərdə, dərman olmadan ağrıları rahatlaşdırmaq və aradan qaldırmaq üçün edilə bilər.
Hamilələr üçün təhlükəsiz gözəllik prosedurları - SİYAHI + FOTO"Klassik masaj onurğa sütununa yükü azaldır, qol və ayaqların limfatik drenaj masajı isə şişkinliyi aradan qaldırır, ayaqlarda ağırlıq hissini götürür", - deyə həkim bildirib.
Ginekoloq əlavə edib ki, ürək-damar sistemindən əks göstəriş yoxdursa, floatinq faydalı olacaq.
"Bunu hamiləlik boyu etmək olar. Onurğada stressi azaldır, təzyiqi normallaşdırır və sakitləşdirir. Ancaq bütün prosedurlar həkimlə razılaşdırılmalıdır. Hər bir qadının hamiləliyi fərdi olduğu üçün mütləq həkimə müraciət etmək lazımdır", - deyə həkim xəbərdarlıq edib.
Milli.Az 
Hamilələr üçün təhlükəsiz gözəllik prosedurları - SİYAHI + FOTO

Xəbərlər     Baxılıb: 1671   Tarix: 26 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

turlar.az

gelinlikler qis geyimləri 2026 geyim şəkilləri yuxa tortu əli əmirli cins salvarlar facebook çanta kosmetika rəksanə burclerin uygunlugu atalar sozleri lakonizim hamilelik