Hamilələrin gigiyenası

Hamilələrin gigiyenasıHamiləlik dövrü qadın orqanizminin bütün orqanları normal fəaliyyət göstərir. Ancaq yüklənmiş vəziyyətdə, bu inkişaf edən dölün tələblərinə uyğun olaraq baş verir. Hamilə qadının həyat tərzi normal olduqda bu adi sayılır. Qida rejiminin pozulması, yorğunluq, başqa faktorların hamilə qadına təsiri, bədənin gigiyena qaydalarının pozulması hallarında, hamiləliyin gedişində dəyişiklik baş verir və müxtəlif ağırlaşmalar meydana çıxır. Bu ağırlaşmaların baş verməməsi üçün hamiləlik zamanı gigiyena qaydalarına ciddi riayət eləmək lazımdır. Bunun üçün aşağıdakı tədbirlərə əməl olunmalıdır:
* qadının sağlamlığının saxlanılması və möhkəmləndirilməsi
* dölün düzgün inkişafı
* doğuş və zahılıq dövrünün normal keçməsi
* qadın orqanizminin uşağın döşlə əmizdirilməsinə hazırlanması.
Qadının həyat tərzi hormal keçərsə, hamiləlik zamanı heç bir xüsusi dəyişiklik baş vermir. Normal hamiləlik vaxtı qadın adi işləri yerinə yetirə bilir və yüngül idmanla məşğul ola bilər. Normal fiziki və zehni iş hamilə qadın üçün faydalıdır. Bu qadına müsbət təsir göstərir və qadının sinir, ürək-damar, tənəffüs, qan dövranı, maddələr mübadiləsinə yaxşı təsir göstərir.
Hərəkətsizlik, uzun müddət oturaq və yataq həyat şəraiti qadında piylənməyə, qəbizliyə, əzələ sisteminin zəiflməsinə səbəb olur. Hamiləlik zamanı ağırlıq qaldırmaq və həddindən artıq yorulmaq olmaz. Əgər hamilə qadın işləyirsə, o fasilə zamanı təmiz havada gəzməlidir. Bu hamilıə qadının yorğunluğunu aradan qaldırır və psixi vəziyyətinə yaxşı təsir edir. Hamilə qadın gün ərzində ən az 8 saat yatmalıdır. Hamiləlik zamanı spirtli içki qəbulu, siqaret çəkmək qəti qadağandır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1279   Tarix: 29 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir

Ürək-damar xəstəliklərindən qorunmaq üçün gündəlik vərdişlərə diqqət etmək vacibdir. Mütəxəssislər siqaretdən uzaq durmaq, sağlam qidalanmaq və mütəmadi fiziki aktivliyin ürək sağlamlığında mühüm rol oynadığını bildirirlər

.

Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur

Kifayət qədər yatmağınıza baxmayaraq səhərlər yorğun və halsız oyanırsınızsa, bunun səbəbi yalnız yuxusuzluq olmaya bilər. xəbər verir ki, mütəxəssislərin fikrincə, səhər yorğunluğu yuxu keyfiyyətini pozan vərdişlərdən v

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

turlar.az

maskalar gelinlikler geyim dəbləri qidalanma qaydaları yeni paltarlar 2026 sifahi xalq edebiyyati geyim və ayaqqabılar kosmetika heyati hakisda kahfe fali sağlıq geyim