Hamiləlik dövründə hansı musiqilərin faydası var

Hamiləlik dövründə hansı musiqilərin faydası varÇoxdan sübut olunub ki, musiqi insana böyük təsir edir. Musiqi sakitləşdirir və ya əksinə insanı daha gümrah edir, aqressiyanı, stesi azaldır, depressiyadan çıxmağa kömək edir və s.
Hərbi marşaları misal çəkmək olar. Bu marşlar əsgərlərin ruhunu möhkəmləndirirdi, onları döyüşə hazırlaşdırırdı.
Qədim vaxtlardan bu günə kimi musiqini köməkçi müalicəvi vasitə kimi müxtəlif xəstəliklərin (xüsusilə sinir sistemi pozulmalarının - nevroz, nevrasteniya, yuxusuzluq, kəkəlləmə və s.) müalicəsində istifadə edirlər.
Beləliklə, musiqinin insana böyük müsbət təsiri şübhəsizdir.
Bütün dünyada həkimlər hamilə qadınlara musiqiyə qulaq asmaq tövsiyə edirlər. Bu həm ana, həm körpə üçün çox xeyirlidir. Hamiləlik zamanı qadının əhval-ruhiyyəsi tez-tez dəyişilir, qadın ağlağan olur, depressiyaya düşür. Musiqi bu halda güclü psixoterapevtik təsir edir - sakitləşdirir, qadında pozitiv fikirlər, duyğular yaradır.
Ana bətnində olan uşaq səsləri eşidir və bu səslərə müxtəlif reaksiya verir. Alimlərin fikirinə görə, musiqi ana bətnində olan körpənin inkişafına (xüsusilə onun beyninin inkişafına) çox müsbət təsir edir, hətta gələcəkdə onun zövgünün formalaşmasında böyük rol oynayır.
Araşdırmalar nəticəsində məlum olub ki, Mosart və Vivaldi kimi dahi bəstəkarların musiqisi ana bətnində olan uşaqların əksəriyyətinin xoşuna gəlir, onları sakitləşdirir.
Musiqi seçdikdə klassik melodiyalara, xalq musiqisinə, beşik mahnılarına üstünlük verin. Hər hansı melodiya körpənin xoşuna gəlməyə bilər (siz bunu körpənin "davranışından" başa düşəcəksiniz).
Klassik melodiyaları arasında mütəxəssislər bu melodiyaları tövsiyə edirlər:
- Mosart "Simfoniya N40"
- Betxoven "Sonata N14"
- Şubert "Ave Mariya"
- Vivaldi "İlin fəsilləri" ("Времена года")
- Çaykovski "Şelkunçik", "Yatmış gözəl"
- Şopen "Noktürn-sol-minor"
- Qaydn "Sonatalar"
- Qlinka "Ruslan və Lyudmila"
- Bokkerini "Minuet".
Hamilə qadınlar üçün mütəxəssislər tərəfindən hazırlanmış xüsusi musiqi disklər  buraxılır.
Təbii ki, zövqünüzə uyğun olan digər klassik melodiyaları seçə bilərsiniz.
Həmçinin ana körpəsinə beşik mahnıları oxuya bilər - ananın səsi körpə üçün ən yaxşı melodiyadır.
Təbiətin səsləri (yağışın, okeanın, quşların, meşənin səsi) də həm uşağa, həm də anaya müsbət təsir edir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1308   Tarix: 28 oktyabr 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış

"Tibbdə geniş yayılmış "iki nəfər üçün yemək" yanaşması artıq elmi əsasını itirib". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zaman

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Hər evdə var, amma bu təsirini çoxları bilmir

İspaniyada aparılan araşdırma zamanı üç ay ərzində müntəzəm olaraq tomat pastası qəbul edən insanların zehni fəaliyyətində və beyin funksiyalarında müəyyən dəyişikliklər müşahidə olunub. xəbər verir ki, Barselona Universitetini

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

turlar.az

sade makiyaj sekilleri yemek reseptleri aksessuarlar keyks yemək reseptləri sızanaqlara qarşı maskalar dil haqqinda atalar sözləri kosmetika rus dilini öyrənək xanim.az salatlar ekizler cinsi