Hamiləlik ehtimalını necə artırmaq olar? Məsləhətlər

Hamiləlik ehtimalını necə artırmaq olar? MəsləhətlərGinekoloqların ən tez-tez eşitdiyi suallardan biri: "Həkim, mən niyə hamilə qalmıram?".
Bəzən hətta tam sağlam cütlük hamiləliyin baş tutmasını müəyyən müddət ərzində gözləməli olur. Bu təbiidir.
Tibbi statistikaya əsasən, 30% sağlam ailə cütlüklərində hamiləlik ailə qurulduqdan sonra ilk 3 ay ərzində, 60% cütlüklərdə növbəti 7 ay ərzində, qalan 10-12% cütlüklərdə - 11-12-ci aylarda baş tutur. Beləliklə, yalnız 1 ildən sonra ailə cütlüyü sonsuzluqla bağlı həkimə müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir. Lakin burada söhbət sağlam və cavan insanlardan gedir. Qadının yaşı 30-dan çoxdursa və hamiləlik 6 ay ərzində baş tutmayıbsa, bu müddət bitdikdən sonra həkimə müraciət etmək lazımdır. Qadının yaşı 40-dan çoxdursa, gözləmə müddəti 3 aya kimi qısalır.
Hamiləliyin ehtimalını artırmaq üçün bu məsləhətlərdən istifadə edin:
- Hamiləliyin baş tutması ehtimalı qadının menstrual dövrünün müəyyən günlərində artır - bu  ovulyasiyadan 1-3 (hətta 5) gün əvvəl və ovulyasiya günü. Ovulyasiyanı təyin etmək üçün bir çox üsullar var. Bu üsullardan biri - servikal seliyinin (uşaqlıq boynu seliyinin) dəyişilməsinə əsaslanır. Bu ən dəqiq metodlardan biridir. Ovulyasiya gününə yaxın və ovulyasiya günü servikal seliyinin həcmi xeyli artır, selik şəffaf və elastik olur (nazik sap kimi uzanır), yumurtanın ağına bənzəyir.
- Hamiləliyi planlaşdıran cütlük hamiləliyin şansını artırmaq üçün 1 gündən bir cinsi əlaqədə olmalıdır (ovulyasiya yaxın günlərdə isə - hər gün).
- Cinsi əlaqədən sonra qadın 15-20 dəqiqə ərzində bel üstə sakit uzanmalıdır. Həkimlərin müşahidələrinə görə, bu sadə məsləhət hamiləliyin şansını xeyli artırır.
- Cinsi əlaqədən sonra qadın uşaqlıq yolunu yumamalıdır. Bu hamiləliyin şansını artırır.
- Qadında artıq çəki varsa, mütləq arıqlamalıdır. Yalnız bu sadə məsləhət bir çox qadınlara hamilə qalmağa kömək edib.
- Həddən artıq arıqlıq da hamiləlik üçün əngəl yaradır. Belə qadınlar öz çəkisini normaya çatdırmalıdır.
- Sağlam və tamdəyərli qidalanma da hamiləliyin ehtimalını artırır. Bu həm qadın, həm də kişiyə aiddir. Belə hesab olunur ki, qoz-fındıq, paxlalı bitkilər (noxud, lobya və s.), bol meyvə-tərəvəz, balıq və digər dəniz məhsullarının qəbulu hamiləliyin baş tutmasını yaxınlaşdırır.
Əksinə isə müxtəlif kimyəvi əlavələr (rəng və dadvericilər, konservantlar və s.) həm qadın, həm də kişinin dölyaratma sisteminə mənfi təsir edir.
- Fiziki aktivlik hamiləliyin ehtimalını artırır. İdman, bədən tərbiyyəsi zamanı orqanizmdə qan dövranı yaxşılaşır və bu, o cümlədən, cinsiyyət sisteminin sağlamlığına müsbət təsir edir. Təbii ki, söhbət həddən artıq yükləmələrdən getmir. Belə yükləmələr əksinə hamiləliyin şansını azaldır.
- Pis vərdişlərdən imtina edin. Spirtli içkilərin qəbulu və siqaret çəkmək kimi pis vərdişlər kişilərdə spermanın keyfiyyətini azaldır, belə kişilərin spermasında anomal spermatozoidlərin sayı daha çox olur.
- Əgər qadın bütün öz fikirlərini məhz hamilə qalmağa yönəldirsə, bu prosesi beyinlə kontrol etməyə çalışırsa, bu halda bu qadında psixogen sonsuzluq inkişaf edə bilər. Həkimlər sonsuzluq üçün heç bir səbəb tapmır, lakin hamiləlik də baş tutmur.
Bu vəziyyətdə həkimlər qadınlara belə məsləhət verir - müəyyən müddət ərzində hamiləlik haqqında düşünməyin, ovulyasiya günlərini və s. hesablamayın, hamiləlik testlərindən istifadə etməyin, ən yaxşısı isə - sanatoriya, kurorta, səyahətə gedin.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1657   Tarix: 26 oktyabr 2021
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Yuxusuz gecədən sonra bunu edin

Kanadanın MakGill Universitetinin alimləri müəyyən ediblər ki, 20 dəqiqəlik orta intensivlikdə fiziki məşq yuxusuzluqdan sonra yaddaşın fəaliyyətini dəstəkləyə bilər. axşam.az-a istinadən bildirir ki, araşdırmanın nəticələr

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

maskalar geyim və ayaqqabılar qadin dunyasi goyemin faydasi ariqlamaq ucun yasil cay ciyer qovurma südlü şirniyyat kosmetika ağır itki vusale elizade atalar sözləri hakışta oğlaq