Hamiləlik şübhəsi ilə həkimə getdi, şok gerçəyi öyrəndi
33 yaşlı Emily Campbell yaşadığı şişkinlik problemlərinin ciddi xəstəliyin əlaməti ola biləcəyini heç ağlına gətirməmişdi. 2022-ci ilin dekabrında qarın bölgəsinin həddindən artıq şişdiyini və demək olar ki, yeddi aylıq hamilə kimi görünməyə başladığını hiss edəndə xəstəxanaya getdi və həyatını dəyişdirən gerçəklə üzləşdi.
Milli.Az dailymail-ə istinadla xəbər verir ki, həkimlər Kampbelin qlüten intoleransı səbəbindən qəbizlik yaşadığını və çox stressli olduğunu bildiiriblər. Lakin zaman keçdikcə şişkinlik artıb. Aparılan müayinələr nəticəsində pelvik bölgəsində böyük kütlənin olduğu aşkarlanıb. Məlum olub ki, qadın yumurtalıq xərçəngidir.
Kampbell kütləni götürtmək üçün əməliyyat etdirdi, lakin cərrahlar xərçəngin qalın bağırsaq və sidik kisəsi daxil olmaqla bir çox orqana yayıldığını görüblər. Qadının əməliyyatla yumurtalıqları, uşaqlığı və appendiksi götürülüb. Bu əməliyyatın nəticəsi olaraq Campbell artıq uşaq sahibi ola bilməyəcəyini də öyrənib.
Aparılan testlər Kampbelin xəstəliyin nadir növü ilə mübarizə apardığını göstərdi. Bu növ, ümumiyyətlə 20-40 yaş arasındakı qadınlarda rast gəlsə də, kemoterapiyaya yaxşı cavab verməyən xüsusiyyətə malik idi. Buna görə Campbell müalicə üsulo olaraq əməliyyatı seçdi.
Yumurtalıq xərçənginin əlamətləri arasında şişkinlik, qarın ağrısı, iştahın azalması, tez-tez sidiyə çıxma ehtiyacı, həzm pozğunluğu, qəbizlik və ya ishal, bel ağrısı, yorğunluq və izah olunmayan kilo itkisi kimi simptomlar yer alır.
Erkən diaqnoz həyat qurtara bilər, buna görə bu əlamətlərə sahib olan qadınların vaxt itirmədən həkimə müraciət etmələri tövsiyə olunur.
İsmayıl
Milli.Az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Ülviyyə Əliyevaya ağır itki
2 aktrisa saxlanıldı
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
Elnarə Abdullayeva nənə olacaq
Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır
Kifayət qədər yatırsınız, amma yorğun oyanırsınız - Səbəbi budur
Dünyada nadir rast gəlinir: "Vampir xəstəliyi" nədir?