Hamiləlik zamanı ən təhlükəli ANTİBİOTİKLƏR - Uşaqlarda QÜSURLARA səbəb olur
Hamiləlik zamanı müxtəlif səbəblərə görə qadınlara antibiotiklər təyin oluna bilir.
London Universitet kolecinin alimləri araşdırmalar zamanı belə nəticəyə gəliblər ki, hamiləlikdə makrolid qrupuna aid olan antibiotiklərdən istifadə uşaqlarda qüsurların riskini xeyli artırır. Penisillin qrupuna aid olanlarda belə risk aşkar olunmayıb.
Milli.Az saglamolun.az-a istinadən bildirir ki, makrolidlərdən istifadə uşaqlarda ürək, beyin və cinsiyyət orqanlarının qüsurlarının riskini artırır.
British Medical Journal yazır ki, ilk üçaylığında penisillin qəbul edən qadınlarla müqayisədə makrolidləri qəbul edənlərdə bu risk 55% daha yüksəkdir. Ən təhlükəli makrolidlər arasında alimlər eritromisin, klaritromisin, azitromisin kimi dərmanların adını qeyd edir.
Alimlər bu nəticələrə 1990-ci ildən 2016-cı ilə kimi doğulmuş 1 milyon uşağın sağlamlıq haqqında məlumatlarını analiz etdikdən sonra gəliblər.
Milli.Az /news.milli.az









8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Yuxuda sevdiyin insanı görmək
Kişiləri ehtiraslandıran sözlər
Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT
Ev heyvanı saxlamaq stressi artıra bilər - Araşdırma
Flora Kərimova xəstəxanaya yerləşdirilib
O qədər imkanı var, məndən pulsuz bilet istəyir
Bozo' Bakıda - FOTOLAR
Su içmək üçün ən doğru vaxtlar
Xəstəxanaya yerləşdirilən Flora Kərimovanın qızı Azərbaycana gəldi
Səhhəti ilə bağlı iddialara cavab verdi
Hovuz suyunun gözlərə zərəri
Anam yaddaşını itirib, məni belə xatırlamır