Hamiləlik zamanı qarpızın faydaları

Hamiləlik zamanı qarpızın faydalarıHamiləlik zamanı sağlam qidalanmaq həm özünüz, həm də doğulacaq körpəniz üçün çox önəmlidir. Bu səbəbdən hamilə qadınların gündəlik qida rasionunda meyvə və tərəvəzlərin öz yeri olmalıdır.
Bəs yüksək qida dəyərinə malik, ən böyük giləmeyvə sayılan qarpızın hamiləlik zamanı qadının orqanizminə və eləcə də dünyaya gətirəcəyi körpənin inkişafına nə qədər faydalı olduğunu bilirsinizmi?
Qarpızın 92%-nin sudan ibarət olması və tərkibindəki meyvə şəkəri hamimilələrdə daha çox səhərlər müşahidə olunan ürəkbulanmasını və mədə qıcqırmalarını azaltmağa kömək edir.
Hamiləlik zamanı sıx-sıx qarşılanan simptomlardan biri üzdə, ayaqlarda, əllərdə olan şişkinlikdir. Qarpızın yüksək miqdarlı su tərkibi sayəsində əzələlərdəki və damarlardakı tıxanmalar açılaraq şişkinliyin aradan qalxmasına səbəb olur və bədəndə suyun toplanmasına mane olur.
Tərkibindəki minerallar hamiləliyin üçüncü trimestrində tez-tez rast gəlinən əzələ qıcolmalarını azaldır. Çoxlu miqdarda lif qaynağı olduğuna görə bağırsaqları hərəkətə gətirdiyindən hamiləlikdə qəbizlik zamanı da yeyilməsi məsləhət görülür.
Qarpız pomidorla müqayisədə daha çox likopenlə zəngindir. "Super Foods" kitabının müəllifi Steven Prattın araşdırmalarına əsasən antioksidant maddə olan likopen nəinki orqanizmi xərçəng və qan-damar xəstəliklərindən qorumağa yardımçı olur, bədənin immunitet sitemini təbii şəkildə gücləndirir, hətta insan dərisinin günəşdən qorunma faktorunu da artırır. Beynəlxalq Ginekologiya və Mamalıq Jurnalı tərəfindən aparılan tədqiqatlara görə gündəlik likopen qəbulu hamiləlik zamanı ciddi problemlərdən biri sayılan preeklampsiya riskini 50%-ə qədər azaldır. Həmin araşdırma zamanı gündəlik olaraq 4 qram likopen tətbiq edilmişdir. Halbuki, bir porsiya qarpızın (300 qram) tərkibində bundan 3 dəfə artıq – 12 qram likopen maddəsi vardır.
Bundan başqa mütəxəssislər yoxlamışlar ki, qarpızın tərkibində bol miqdarda A, C və B6 vitaminləri, kalium və maqnezium mineralları vardır. Ana bətnindəki körpənin inkişafı üçün əhəmiyyətli olan bu maddələr onun görmə qabiliyyətinə, beyninə, sinir və immunitet sisteminə müsbət təsir edir. Eyni zamanda, kalium ana üçün də xeyirlidir, belə ki, bu maddə qanda suyun balansını tənzimləyir və hamiləlik zamanı dərini nəmləndirir.
Üstəlik nəzərə alın ki, siz bütün bu faydaları cəmi 50 kalori olan 300 qramlıq bir dilim qarpızla təmin edə bilərsiniz.
Hər bir qidanın faydalı tərəfləri olduğu kimi həddindən artıq qəbul edildikdə zərərləri tərəfləri də meydana çıxır. Qarpız qanda şəkərin miqdarını yüksəltdiyinə görə gündə bir dilim (300 qram) yeyilməlidir. Bundan başqa çoxlarımız bilirik ki, qarpız tez xarab olan meyvələrdəndir. Ona görə xüsusilə hamilə qadınlar qarpızı öz mövsümündə yeməli və yeyərkən onun təzə olduğuna, kəsilmiş qarpızdırsa, açıqda və ya soyuducuda uzun müddət saxlanmadığına diqqət yetirməlidirlər.
Qarpızı təkcə dilimlənmiş şəkildə deyil, ondan həm də müxtəlif smuzi və kokteyllər də hazırlayaraq içə bilərsiniz. Smuzi reseptlərindən birini sizə təqdim etmək istəyirik: 2 stəkan qarpız, 1 stəkan çiyələk, 1 stəkan süd və ya təbii yoqurt, bir neçə kub buz. Bütün bu məhsulları blenderdə qarışdırandan sonra içə bilərsiniz. Çiyələyi başqa giləmeyvələr də əvəz etmək olar. Hətta süd və ya yoqurt əvəzinə sitrus şirəsi (limon, portağal və ya layma) əlavə etmək olar.
Qarpız seçərkən mütləq müxtəlif kimyəvi maddələrdən və preparatlardan azad olan və təbii yolla becərilmişlərdən istifadə edin.
Mənbə: www.fitpregnancy.com

Xəbərlər     Baxılıb: 1724   Tarix: 23 fevral 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Bu üsullarla quru öskürəkdən tez qurtulmaq mümkündür

Quru öskürək bir çox insanın qarşılaşdığı narahatedici problemlərdən biridir və xüsusilə mövsüm dəyişikliklərində daha çox yayılır. Mütəxəssislər bildirirlər ki, bu tip öskürək adətən boğazın qıcıqlanması, viral infeksiyala

.

Yumurta alarkən mütləq koduna baxın - FOTO

Mağazadan yumurta alarkən diqqət yetirilməli vacib məqam var. xəbər verir ki, mütəxəssislər alış zamanı yumurtanın üzərindəki kodların mütləq yoxlanılmasını tövsiyə edirlər. Bildirilir ki, bu kodlar təsadüfi deyil və məhsulu

.

Qabığında elə faydası var ki

Yerfındığının qabığı adətən atılır, amma əslində müəyyən faydalı xüsusiyyətləri də var. O, tam olaraq bir şəfa mənbəyidir. xəbər verir ki, onu çay kimi dəmləyib içə bilərsiniz. . 1. Antioksidant mənbəyidir Qabıqda polifenolla

.

Böyrək çatışmazlığına səbəb olan 6 QİDA

Böyrək sağlamlığını saniyələr içində təhdid edən "öldürücü qidaların" siyahısı açıqlanıb. xəbər verir ki, siyahını Yaponiyanın dünyaca məşhur nefroloqu, professor Dr. Masahiro Kohzuki hazırlayıb. Bir çox insanı

.

Zərərli bildiyiniz bu qidalar əslində faydalıdır - Popkorn, makaron

Bəzi qidalar uzun müddətdir ki, "sağlam olmayan" kimi təsnif edilsə də, onların qida tərkibinin araşdırılması fərqli bir reallığı ortaya qoyur. Düzgün bişirmə üsulları və nəzarətli istehlak ilə bu qidalar bədə

.

Gecə oyaq qalmaq ürək xəstəliklərini artırır

Yeni elmi araşdırma gec saatlara qədər oyaq qalma vərdişinin sağlamlığa mənfi təsir göstərə biləcəyini ortaya qoyub. xəbər verir ki, mütəxəssislər bildirir ki, "gecə bayquşu" kimi tanınan insanlar ürək-damar xəstəliklər

.

Gecə yata bilməməyinizin səbəbi ayaqlarınız ola bilər

Dincəlmək üçün uzandığınızda ayaqlarınızda hiss etdiyiniz o müəmmalı narahatlıq, əslində bədəninizin verdiyi bir imdad çağırışıdır.  xəbər verir ki, xroniki venoz çatışmazlığı ayaqlardakı damar qapaqcıqlarının funksiyasın

.

Hər gün yumurta yemək olar?

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan məhsullardan biridir. xəbər verir ki, mütəxəssislər bildirir ki, onu hər gün yemək mümkündür, lakin müəyyən məqamlara diqqət yetirmək vacibdir. Məlumata görə, sağlam insanla

.

Pivəni həddindən artıq içməyin ZİYANI

Son vaxtlar pivənin normadan artıq istifadəsinin insan sağlamlığına mənfi təsirləri ilə bağlı mütəxəssislər xəbərdarlıq edir.  xəbər verir ki, həkimlərin sözlərinə görə, pivə az miqdarda qəbul edildikdə müəyyən hallarda cidd

turlar.az

kosmetik vasiteler yemek reseptleri toy gecesi 2026 payiz qis debi qadin donlari berguzar korel kosmetika oxu az novruza aid hakisda nagillar veten haqqinda atalar sozu burclerin uygunlugu