Hamiləlikdə bunu etmək autizm riskini artırır

Hamiləlikdə bunu etmək autizm riskini artırırAlimlər müəyyən ediblər ki, hamiləlik zamanı riayət olunan qidalanma tərzi körpənin autizmə tutulma riskinə təsir edir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, sosial qarşılıqlı əlaqə və ünsiyyətdə problemlər yaradan autizm spektri pozğunluğunun həm ətraf mühit, həm də genetik faktorlardan qaynaqlandığı düşünülür.
"JAMA Network Open" jurnalında dərc olunan yeni araşdırma çərçivəsində İngiltərə və Norveçin iki əhatəli məlumat bazasından istifadə olunub. Beləliklə, ən azı 95 min ana və körpənin məlumatları təhlil edilib.
Birləşmiş Krallıqda məlumatlar 1990-1992-ci illərdə və Norveçdə 2002-2008-ci illərdə toplanıb.
Uşaqlar ən azı 8 yaşına qədər izlənilib. Tədqiqatçılar müəyyən ediblər ki, hamiləlik dövründə sağlam qidalanan anaların uşağına autizm diaqnozu qoyulma ehtimalı pis qidalananlara nisbətən 22 faiz aşağı olur.
Sağlam qidalanmaq dedikdə doymuş yağlardan, işlənmiş ətdən, şirin içkilərdən və lazımsız karbohidratlardan uzaq durmaq, eyni zamanda müntəzəm olaraq tərəvəz, meyvə, çərəz, balıq və tam taxıllar istehlak etmək nəzərdə tutulur.
Hamiləlik dövründə müntəzəm olaraq sağlam qidalanan anaların uşaqlarının sosial problemlərinin yaranması ehtimalının da 24 faiz azaldığı anlaşılıb.
Ananın pis qidalanmasının qız uşaqlarına daha çox təsir etdiyi müəyyən edilib.
Tədqiqatçılar hamiləlik zamanı riayət edilən pəhrizin DNT və ya immunitet sisteminə təsir göstərə biləcəyini irəli sürürlər.
Autizm hallarının təxminən 40-80 faizinin genetik mənşəyə malik olduğu təxmin edilir. Bu səbəbdən sağlam qidalanan analardan dünyaya gələn uşaqlarda da autizm ehtimalı var.
Tədqiqat qrupu tapıntılarını təsdiqləmək üçün daha çox araşdırmaya ehtiyac olduğunu etiraf edib.
Milli.Az

Xəbərlər     Baxılıb: 2341   Tarix: 23 iyul 2024
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

Gecə yuxu zamanı ayaq əzələlərində qəfil və ağrılı qıcolmalar bir çox insanda müşahidə olunur. xəbər verir ki, bu hal bəzən sadə səbəblərlə bağlı olsa da, tez-tez təkrarlanması müəyyən sağlamlıq problemlərinin əlaməti ol

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

turlar.az

toy makiyajlari toy makiyaji sekilleri kosmetoloq ataya aid atalar sozleri ayaqqabi modelleri 2026 qadınlarda erroziya ureyin isemik xestelikleri kosmetika brusell bakteriyası qogal novruz bayrami hakisda novruz oglan evi