Hamiləlikdən qorunmağın sağlam yolları - həkim açıqladı

Hamiləlikdən qorunmağın sağlam yolları - həkim açıqladıMilli.Az musavat.com-a istinadən hamiləlikdən qorunmağın sağlam yollarını təqdim edir:
- Doktor, ilk öncə kontrasepsiya üsulu haqqında məlumat verərdiniz...
- Kontrasepsiya - arzuolunmaz hamiləliyin baş verməsinin qarşısının alınması üsuludur. Beləliklə, həm ailə arzuolunmaz hamiləlikdən qorunur, həm də qadın üçün uşaqsalma (abort) təhlükəsi yaranmır.
Qeyd etmək lazımdır ki, abort heç də kontraseptiv üsul deyil və o, orqanizmə ciddi ziyan vurur. Bundan başqa, abort cərrahi müdaxilə olduğundan, hər bir cərrahi əməliyyata xas olan müvafiq riskləri var.
Kontrasepsiya cinsi fəallıq zamanı hamiləliyin və ya yumurtanın sperma ilə mayalanmasının qarşısını almaq üçün üsulların, cihazların istifadəsinə əsaslanır. Onun əsas məqsədi arzuolunmaz hamiləliklərin qarşısını almaqla, fərdlərə və ya cütlüklərə reproduktiv seçimlərinə və ailə planlamasına nəzarət etmək imkanı verməkdir.
- Kontrasepsiyanın növləri hansılardır?
- Arzuolunmaz hamiləlikdən qorunmanın bir çox yolları mövcuddur və hər bir cütlük üçün fərdi qaydada seçilir. Buraya uşaqlıqdaxili, hormonal, baryer, fizioloji (təbii), cərrahi sterilizasiya, təcili qorunma kimi hamiləlikdən qorunma üsulları daxildir.
Uşaqlıqdaxili vasitə (UDV, spiral) - hamiləlikdən qorunma məqsədilə uşaqlığa yerləşdirilən kiçik qurğudur. Buraya adi və hormonal spirallar daxildir. Metodun təsir mexanizmi ondan ibarətdir ki, mayalanmış hüceyrənin implantasiyasının qarşısı alınır.
Qeyd etmək lazımdır ki, UDV uşaqlıq borusu hamiləliyinin qarşısını almır. Hormonal tərkibli spirallar isə uşaqlığın selikli qişasını atrofiya etdiyi üçün (dölün implantasiyasının qarşısı alınır) onun effektivliyi daha yüksəkdir.
Arzuolunmaz hamiləlikdən qorunmağın daha bir yolu kombinə edilən oral kontraseptivlərdir (КОК). Onlar ovulyasiyanın yaranmasının qarşısını alır, uşaqlıq borularının yığılmalarını ləngidir. Eyni zamanda, КОК seliyin qatılaşmasını təmin və uşaqlığın selikli qişasını atrofiya edir.
Hamiləliyin qarşısının alınmasının təbii üsulları da mövcuddur. Buraya təqvim üsulu, servikal üsul, yarımçıq cinsi akt aiddir. Lakin bunlar effektiv vasitələr hesab olunmur.
Qeyd etmək lazımdır ki, kontraseptivin effektivliyi onun düzgün istifadə olmasından birbaşa asılıdır.
- Süd verərkən hamilə qalmaq mümkündürmü?
- Südverən analarda Prolaktin adlanan süd hormon səviyyəsi yüksəlir. Bu hormon yumurta hüceyrənin əmələ gəlməsinə mane olduğu üçün yeni doğuş edən ananı hamiləlikdən qoruyur. Körpəsini müntəzəm olaraq əmizdirən bir qadın doğuş sonrası ilk 4-6 ay ərzində hamiləlikdən qorunmuş ola bilər. Ancaq sonrakı aylarda körpəyə əlavə qidalar verməyə başlaması ilə əlaqədar daha az əmizdirəcək və nəticədə daha az prolaktin yaranacaq.
Südverməyə baxmayaraq, yumurta hüceyrənin əmələ gəlməsi və yeni bir hamiləlik baş verə bilər. Ona görə də, südvermənin qoruma qabiliyyətinə güvənilməməlidir.
Menstruasiya başladığı andan etibarən ana körpəni yalnız ana südü ilə bəsləyirsə də, hamiləlikdən qorunmaq üçün bir üsul tətbiq etməlidir. Zahılıq dövründəki qanaxmalar (ilk 6 həftə) menstruasiya qan sızması kimi qiymətləndirilmir, qoruyucu bir üsul tətbiq etməyə ehtiyac yoxdur.
- Son olaraq qadınlara nə məsləhət verərsiniz?
- Qeyd etdiyim kimi, kontrasepsiya arzuolunmaz hamiləlikdən qorunmanı təmin edir və hamiləliyin baş verməsinin müxtəlif üsullarla qarşısını alır.
Xanımlara tövsiyə edərdim ki, uyğun kontrasepsiya üsulunun seçilməsi üçün mütləq ginekoloqla müzakirə edib, bərabər qərar versinlər.
Milli.Az

Xəbərlər     Baxılıb: 2213   Tarix: 14 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

.

Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq

Gec yatmağa və gec oyanmağa üstünlük verən insanlar tez-tez narahatlıq və depressiya simptomları ilə üzləşirlər və iş günündən sonra daha zəif bərpa olunurlar. -a istinadən xəbər verir ki, bununla bağlı tədqiqatın nəticələr

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

turlar.az

makiyaj instagram kosmetik vasiteler hamiləlik elm haqqinda atalar sozleri moruğun faydasi pilinqin hazirlanmasi arıqlama sirləri kosmetika tərəzi novruz hakısdası bayatılarımızda vətən həsrəti novruz bayramına aid hakışta bayati