Hamiləliyi dərmanla sonlandırmağın faciəvi fəsadları

Hamiləliyi dərmanla sonlandırmağın faciəvi fəsadlarıCəmiyyətimizdə hələ də hamiləlik və ailə planlaması məsələlərinə qarşı maariflənmə səviyyəsinin aşağı olması bir çox qadının həyatı üçün ciddi təhlükələr yaradır. Arzuolunmaz və ya planlaşdırılmamış hamiləliklə qarşılaşan qadınların bir qismi çıxış yolunu abortda görür. Təəssüf ki, bu zaman bəziləri qeyri-peşəkar üsullara əl ataraq öz sağlamlıqlarını və həyatlarını riskə atırlar. Ən narahatedici məqam isə bəzi hallarda abortun sosial və mədəni təzyiqlər, xüsusilə də dölün cinsiyyəti ilə bağlı qərarlarla əlaqəli olmasıdır. 
Milli.Az xəbər verir ki, hamiləliyi özbaşına sonlandırmaq cəhdləri bəzi qadınlar üçün faciəvi sonluqla nəticələnir. İstər arzuolunmaz hamiləlik, istərsə də dölün qız olması kimi səbəblərdən abort ilk seçimə çevrilir. Hazırda Azərbaycan abortların əhali sayına nisbətinə görə dünyanın ön sıralarında yer alır. Bu acı statistika təkcə rəqəmlərlə deyil, həm də qadın həyatı və sağlamlığı baxımından dərin narahatlıq doğurur.
Ginekoloq Fidan Əliyeva qeyd edir ki, bu cür dərmanların apteklərdə reseptsiz satılması qanunla qadağandır və onların nəzarətsiz istifadəsi ölümcül nəticələr doğura bilər:
"Qadınlar hamilə olduqlarından şübhələndikləri an, heç bir həkim məsləhəti olmadan apteklərə müraciət edirlər. Bəzi hallarda bu üsul nəticə verir, lakin çox zaman ağır qanaxmalar və həyati təhlükə ilə nəticələnir. Elə hallar olub ki, qadını xəstəxanaya çatdırmaq mümkün olmayıb," - deyə F. Əliyeva vurğulayır.
Digər ginekoloq Leyla Sadıqlı isə bildirir ki, qanunvericiliyə əsasən, qadınlar hamiləliyin 12-ci həftəsinə qədər abort etdirə bilərlər. Lakin bu müddətdən sonra həyata keçirilən abortlar "gecikmiş abort" hesab olunur və qadının sağlamlığı üçün ciddi təhlükələr yaradır.
"Çox təəssüf ki, bəzi qadınlar dölün cinsiyyəti məlum olduqdan sonra - yəni hamiləliyin 12-ci həftəsində - abort qərarı verirlər. Xüsusilə qız uşağına hamilə olduqda bu cür müraciətlər artır. Ancaq bu gecikmiş abortlar zamanı infeksiya, uşaqlıq boşluğunun zədələnməsi, ciddi qanaxma və ikincili sonsuzluq kimi ağırlaşmalar müşahidə olunur," - deyə həkim xəbərdarlıq edir.
Mütəxəssislər düşünürlər ki, abortun bu qədər yayılmasının əsas səbəbi hamiləlikdən qorunma vasitələri ilə bağlı maarifləndirmənin az olmasıdır. Hamiləlikdən qorunmaq üçün ən geniş yayılan üsullardan biri spiral olsa da, dərialtı implantlar və ya hormonal həblər də effektiv üsullar sırasındadır. Təəssüf ki, bu metodlardan istifadə etməyən qadınlar daha tez-tez arzuolunmaz hamiləliklə qarşılaşır və nəticədə aborta üz tuturlar.
Abort yalnız bir tibbi müdaxilə deyil, qadının gələcək sağlamlığına təsir edən, psixoloji və sosial nəticələri olan ciddi bir qərardır. Bəzi hallarda qadınlar abortun fəsadlarını dərhal hiss etmirlər. Fəsadlar bir neçə həftə, ay və ya illər sonra ortaya çıxa bilər.
Həkimlər və mütəxəssislər deyir ki, abort son çarə deyil. Ailə planlaması, qorunma üsullarının düzgün istifadəsi və cəmiyyətin bu məsələdə maariflənməsi abort göstəricilərinin azalmasına səbəb ola bilər.
Asya
Milli.Az

Xəbərlər     Baxılıb: 1450   Tarix: 21 may 2025
f Paylaş

Oxşar xəbərlər

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

"Qan təzyiqinin ölçülməsi zamanı düzgün texnikaya əməl edilməməsi nəticələrin təhrif olunmasına gətirib çıxara bilər". -a istinadən xəbər verir ki, bunu RT-yə rusiyalı həkim-kardioloq Yekaterina Paukova deyib. "Nəticəy

turlar.az

geyim və ayaqqabılar adlarin menasi reseptler gözəl saçlar bürclər 2026 ana haqqinda atalar sozleri reseptlər kosmetika englishdilində qulaq faydalı maskalar qız bürcü arxadan olmag dostluq