"Hamının onu söyüb, təhqir etməsindən zövq alır"

"Hamının onu söyüb, təhqir etməsindən zövq alır"Əməkdar artist Abbas Bağırov verilişləri tənqid edib.
Open.az xəbər verir ki, müğənni bu haqda Əməkdar artist Bəhram Bağırzadə ilə İnstaqramda canlı yayımda söhbət edərkən deyib. O bildirib ki, proqramlarda qonaqların ifasından çox reklama yer verilir:
"Verilişlər 2 saatdır, saat yarım reklam verilir. Yarım saata bilmirsən oxuyasan, yoxsa danışasan. Bunu oxuduğum əsərlərə hörmətsizlik kimi qəbul edirəm. Musiqi ilə bağlı verilişin 95 faizi ifa olmalıdır. Bu proqramda paltaryuyan dərman, telefon qabları reklam ediləcəksə, mənim nə işim var orada? Bilirəm, reytinqli verilişdi kimsə kolbasasını, dərmanını reklam etmək istəyir. Amma bu qədər yox.
Aparıcı oxuduğum mahnını haqqında heç nə soruşmur. Hərdən özüm sual verirəm ki, sizə maraqlı oldu? Buna görə də özüm veriliş etmək qərarına gəldim. "Youtube"da yayımlanacaq, reklam isə bir əvvəldə, bir də sonda olacaq. Mahnı kəsilib, söz dayandırılıb reklam deyilməyəcək".
A.Bağırov Azərbaycanda ilk dəfə onlayn konsert edəcəyini deyib:
"Hazırda bunla bağlı işlər gedir. Yəqin gələn aydan başlayacağıq. Tamaşaçı 1 manat ödəyərək, konserti izləyəcək. Burada yerli müğənnilərlə yanaşı, əcnəbi ifaçıları da görə biləcəklər".
Müğənni trenddə olan bayağı mahnıları tənqid edib:
"Mahnılar yazdırıram, layihələr edirəm ki, sənəti qoruyum. Biz sənəti qorumasaq, bunlar baş alıb gedəcək. Bunların olmaması üçün bacardığımız qədər çalışmalıyıq ki, gələcək nəslə yaxşı mahnı ötürək. Tək mən yox, məndən yaxşı oxuyanlar da var. Bu gün istedadlı gənclər var ki, verilişlərə dəvət edilmir. Çünki reytinq vermirlər, musiqini təbliğ edirlər. Bir ildən çoxdur toy yoxdur. Toy da bir mədəniyyətdir. Gedib "Tərəkəmə" oxuyub gəlmək deyil. Bu, adətimizi də qoruyub saxlamalıyıq.
Lazımsız, iyrənc janrda musiqi ifa etsəm, pulla piarına güc versəm, görün nə qədər gənc ziyan çəkəcək. Nəsə paylaşırsan, gündəmə gəlmək üçün. Düşünmürsən ondan kimsə ziyan çəkəcək, yoxsa yox. Özünü biabır edirsən və ondan zövq alırsan. Belə insan var. Hamı onu söyür, təhqir edir, pis söz yazır, amma zövq alır. Deyir, qoy yazsınlar, əsas odur gündəmdəyəm. Gündəmə belə gəlmək olar? Üçgünlük mikrob olub camaatın canına düşəcəksən, sonra unudulacaqsan. Evimizdə böyüyən uşaqları düşünməliyik". axşam.az

Şou Biznes     Baxılıb: 1832   Tarix: 29 mart 2021
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Məşhur müğənninin qızı 14-cü mərtəbədən yıxılaraq öldü

Türkiyəli müğənni Atilla Taşın qızı Sezen Taş Mersində binanın 14-cü mərtəbəsindən yıxılaraq həyatını itirib. Hadisə səhər saatlarında Erdemli rayonunun Çeşməli məhəlləsində yerləşən "Liparis 5" yaşayış kompleksind

.

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

.

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

.

Əfsanəvi DATO və Bravo Metehi Bakıda konsert verəcək

Gürcüstan musiqisinin tanınmış simaları DATO və əfsanəvi Bravo Metehi qrupu Bakıda pərəstişkarlarının qarşısına çıxacaq. xəbər verir ki, DATO və Bravo Metehi qrupunun konserti 3 noyabr 2026-cı il tarixində Heydər Əliyev Sarayınd

.

Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq

Amerikalı aktrisa Hilari Suonkun üçüncü övladı olacaq. 52 yaşlı aktrisa 7 aylıq hamilə olduğunu açıqlayıb. Qeyd edək ki, Hilari 2018-ci ildə prodüser və iş adamı Filip Şnayderlə ailə qurub. /

.

Məşhur aktyorun film çəkilişində bıçaqlı insident

Hollivud ulduzu Maykl B. Cordanın baş rolda çəkildiyi "Miami Vice 85" filminin çəkiliş meydançasında bıçaqlı insident baş verib. Hadisədən sonra bir nəfər saxlanılıb. Bu barədə "Habertürk" Nyu-York polisini

.

Heyli Biber hamilədir? - Foto

Dünyaca məşhur model Heyli Biberin ikinci dəfə ana olacağı ilə bağlı iddialar yayılıb. Paparatsilərin Los-Ancelesdə gəzinti zamanı lentə aldığı fotolar modelin hamilə olması ehtimalını gündəmə gətirib. Heylinin qarın nahiyəsini

.

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

.

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

turlar.az

gözəllik məhsulları makiyaj etmek qaydalari hamiləlik qadın ətirləri tutmalar gənc ailə bulkalar kosmetika masqalar ginekoloq hakiwda maya maskasi oglan evi