Hamıya pulsuz torpaq veriləcək - YENİ QANUN
Rusiya Dövlət Dumasına Rusiyanın bütün ərazisində torpaqların pulsuz verilməsi haqqında qanun layihəsi daxil olub.
Qanun layihəsi ilə Uzaq Şərq regionunda deyil, ölkənin bütün ərazisində vətəndaşların dövlət və ya bələdiyyə torpaqlarını pulsuz almaq hüququnu müəyyən edir.
Uzaq Şərq regionunda pulsuz torpaqların paylanılmasına dair qanunu isə Rusiya prezidenti Vladimir Putin ötən ilin mayında imzalayıb. "Uzaq Şərq hektarı" barədə sənədə əsasən, hər bir Rusiya vətəndaşı Uzaq Şərqdə 5 illik müddətə pulsuz istifadə etmək üçün 1 hektar torpaq sahəsi əldə etmək hüququ əldə edib. Daha sonra bu torpağı icarəyə götürmək və yaxud onu şəxsi mülkiyyətə keçirmək mümkün olacaq.
Həmin sənədə əsasən "Pulsuz hektar"ları Yakutiya, Kamçatka, Primorsk, Xabarovsk diyarlarında, Amur, Maqadan, Saxalin vilayətlərində, Yəhudi muxtar vilayətində, həmçinin Çukotkada almaq olar. Bu ideyanı 2014-cü ilin yanvarında prezidentlə görüşündə onun Uzaq Şərq dairəsindəki elçisi Yuriy Trutnev irəli sürüb. Onun sözlərinə görə, hazırda Uzaq Şərqdə 614 milyon hektar istifadəsiz ərazi var.
Son məlumatlara görə, Uzaq Şərq ən böyük torpaq sakəsi Xabarovsk diyarında verilib./publika.az









Hakışta
8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin
Cəfərinin insan orqanizminə inanılmaz faydaları
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir
Qarabağa köçən məşhurlar - SİYAHI
Gec yatıb-duranlara mütəxəssislərdən xəbərdarlıq
Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var
Zülalla ən zəngin çərəz
Yuxusuz gecədən sonra bunu edin
Mahnı qalmaqalı böyüdü: Asya Əlizadə və 'Lvbel C5'ə 5 il həbs cəzası istənilir