Hansı çay daha faydalıdır - yaşıl yoxsa qara?

Hansı çay daha faydalıdır - yaşıl yoxsa qara?Yaşıl və qara çay əslində eyni çay kolundan yığılır. Fərq yalnız çay yarpaqlarının emalındadır.
Qara çay xüsusi şəraitdə qurudulur ki, nəticədə onun tərkibi bir qədər dəyişilir (fermentasiya olunur). Yaşıl çay xüsusi emala məruz qalmır.
Bir çox insanları maraqlandıran suallardan biri: hansı çay daha faydalıdır - yaşıl yoxsa qara? Bu sualın cavabını tapmaq üçün Saglamolun.az sizə hər iki çay haqqında bəzi maraqlı məlumatları təqdim edir.  
1. Yaşıl çayda kofein maddəsi qara çayla müqayisədə daha çoxdur. Kofein çox faydalı maddədir. Kofein beyində amiloid zülalın yaranmasının qarşısını alır. Bu zülal beyində toplanaraq beyinin fəaliyyətini pozur, ağıl zəifliyinin inkişafına səbəb olur.
Lakin kofeindən sui-istifadə ürəyə ziyan vura bilər.
2. Yaşıl çayın tərkibində fol turşusu qara çayla müqayisədə daha çoxdur. Fol turşusu (B9 vitamini) qanyaratma proseslərində iştirak edir. Həmçinin fol turşusu damarlarda trombların əmələ gəlməsinin qarşısını alır.
3. Qara çay katexin maddələri ilə daha zəngindir. Bu maddələr çaya xərçəng əleyhinə xüsusiyyətləri bəxş edir.
4. Qara çayda yaşıl çayla müqayisədə polişəkərlər daha çoxdur. Polişəkərlər qanda qlükozanın səviyyəsini tənzimləyir ki, nəticədə insan özünü daha uzun müddət ərzində tox hiss edir. Bu isə artıq çəki yığmamağa kömək edir.
Gördüyünüz kimi, həm yaşıl, həm də qara çayın çox faydalı və qiymətli xüsusiyyətləri var. Mütəxəssislər hər iki çayı içməyi tövsiyə edir.
Şərqdə belə bir maraqlı çay içmək adəti də var: hər iki çay ayrı-ayrılıqda dəmlənilir, sonra fincana hər çaydan süzülür və insan bu dadlı və faydalı qarışığı içir.      
Saglamolun.Az

Şou Biznes     Baxılıb: 1349   Tarix: 15 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

.

Məşhur aktyor vəfat etdi

ABŞ-li aktyor Maykl Forest 97 yaşında vəfat edib. Bu barədə "The Hollywood Reporter" nəşri məlumat yayıb. Məlumata görə, aktyor ömrünün son illərini qocalar evində keçirib. Maykl Forest "Star Trek" serialınd

.

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

.

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını

.

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

.

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

.

Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar

Gəncədə müğənni əməliyyatdan sonra ölüb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə özəl klinikalardan birində baş verib. Belə ki, 1967-ci il təvəllüdlü Daşqın Eldarlı vəfat edib. İlkin məlumata görə, onu

.

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

.

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"

turlar.az

qis geyimləri 2026 yemek reseptleri toy makiyaji sekilleri yarpizin faydalari duzlu xəmir işləri darcin faydasi sağlam qida kosmetika bürclər sağlamlığa aid atalar sözləri aysel hüzeyir hacibəyov mekteb