Hansı hazır qida(smes) daha yaxşıdır

Hansı hazır qida(smes) daha yaxşıdırHazırda kifayət qədər körpələr üçün hazır qidalar satılır. El dilində desək smeslər...
Bəzən analar öz südündən özləri imtina edirlər ki, bunu həkimlər çox yanlış addım kimi dəyərləndirirlər. Bəzi analar isə hansısa xəstəlik səbəbindən müalicə almalı olurlar. Bu səbəbdən də onlara süd vermək qadağan edilir. O zaman hazır qidalara keçirilir.
Bəs hansı hazır qidalar (smeslər) daha yaxşıdır?
Əksər valideynləri düşündürən sualın cavabını pediatr Xəyalə Quliyeva immunitet.az-a cavabladı.
Onun sözlərinə görə, hər halda ilk tövsiyə edilən ana südüdür. Ancaq bəzi hallarda təəssüf ki, hazır qidalara ehtiyac duyulur:
"Bəzi analar düşünürlər ki, uşaq smes yeyirsə daha yaxşı qidalanır, kökələcəklər. Uşaqda daha yaxşı inkişaf olacaq. Smes uşağı süni şəkildə kökəldə bilər".
Quliyeva, əvvəlcə ana südünün çatıb-çatmadığını müəyyənləşdirməyin lazım olduğunu qeyd edib:
"Bunun üçün uşağın həftəlik, aylıq çəkisinə baxmaq lazımdır. Birinci ayda 600 qr, ikinci aydan 6-cı aya qədər 700-800 qr artım olmalıdır. Bir yaşına kimi hər aya 400 qr çəki almalıdır. Əgər uşaq almırsa, pamper dəyişimi bir-iki dənədirsə deməli doğurdan da ana südü çatmır. Əgər çox dəyişirsə aylıq artım 700-800 qr aralığındadırsa deməli ana südü yetərlidir. Ən yaxşı smes deyilən anlam yanlışdır. Bəzən nutrilon qəbzlik verir friso kabrita, humana əksər zaman bütün uşaqlara düşür. Yəni bu sırf uşağın orqanizmindən asılıdır. Sadəcə qiymət fərqi var. Yoxsa xüsusi bir hal yoxdur".
Müəllif: Şəhanə Quliyeva
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1472   Tarix: 09 iyul 2022
f Paylaş

Oxşar xəbərlər

.

Göz linzası ilə bağlı ən çox verilən sual cavablandı

"Göz içi linza (İOL) katarakt əməliyyatı zamanı bulanıqlaşmış təbii büllurun yerinə yerləşdirilən süni linzadır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilə

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

turlar.az

geymler 2026 geyim seçimi qaşların formalari displaziya geyim necə seçməli sandal ayaqqabilar balaca qablarda keks kosmetika sirin qogal həmidə nağıllar azerb clpaq qadinlari 8 mart