Hansı məhsullar sümüklər üçün faydalıdır?

Hansı məhsullar sümüklər üçün faydalıdır?Uzun müddət hesab edilirdi ki, sümük toxumasının möhkəmlənməsi üçün əsas mənbə kalsiumdur.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sən demə, təkcə kalsium yetərli deyildir. Sümüklərin möhkəmlənməsi və inkişafı üçün kalsiumla bərabər, fosfor, maqnezium, sink, mis, vitamin, mineral maddələr, zülal və yağ turşuları lazımdır. Bu maddələr yalnız bir-biri ilə əlaqəli şəkildə heyrətamiz səmərə verir!
1.Tərəvəz (zülal, dəmir, kalsium, K və C vitaminləri mənbəyi).
Bitkilərin, xüsusən orqanik bitkilərin tərkibi kalsium, maqnezium, kalium, dəmir və başqa mineral maddələrlə zəngindir. Yaşıl tərəvəz, o cümlədən kələmin bütün növləri, kahı, xardal yarpağı, rukkola, cəfəri, vəzəri sümüklərin möhkəmlənməsi üçün xüsusi dəyər kəsb edir.
Yalnız ispanaq və manqold istisna təşkil edir: bu bitkilərin tərkibində kifayət qədər kalsiumla yanaşı, kalsiumun orqanizm tərəfindən mənimsənilməsinə mane olan maddələr - oksalatlar var. Sümüklərin möhkəm olması üçün yerkökü, yunan qabağı və hətta palıd qozası da yemək olar! Kalsiumla zəngin xardal toxumları, çiy kərəviz və brokkoliyə də geniş yer verilməlidir.
2.Zülal tərkibli yemək (heyvan mənşəli məhsullar, paxlalılar, soya)
Zülal sümüklərin elastik olmasında əsas rol oynayır. Yeməyə heyvan mənşəli, yoxsa bitki mənşəli zülaldan istifadə etməyin daha məqsədəuyğun olması barədə köhnə mübahisə var. Uzun müddət hesab edilirdi ki, heyvan mənşəli məhsullardan ibarət rasion osteoporozun inkişafına şərait yaradır. Amma elmi şəkildə sübuta yetirilib ki, bu fərziyyə yanlışdır. Əlbəttə, bir çox insanlar bəzi səbəblərdən heyvan mənşəli yeməklər yemirlər. Amma vegetarianlıq hər kəsin öz seçimidir. Başlıcası budur ki, rasion maksimum tarazlaşdırılmış, yeyilən məhsullar isə təzə və orqanik olsun.
3.Bulyonlar (mineral mənbəyi)
Bulyonda bişirmək xörəklərin, xüsusən, şorba, qovurma, paxlalı bitki və hətta sousların bəsləyici dəyərini artırmağın ənənəvi üsuludur. Məsələ bundadır ki, sümük və tərəvəz (adətən bu məhsullardan bulyon hazırlanır) vam odda uzun müddət bişiriləndə onların tərkibindəki külli miqdarda minerallar mayeyə keçir. Nəticədə belə yeməklər çox bəsləyici olur və xüsusən az miqdarda turşməzə nəsə, məsələn, şərab, yaxud sirkə əlavə ediləndə, bulyonu lazımi qələvilərlə təmin edilir.
4.Kəpəkli taxıl (maqnezium mənbəyi)
Qəhvəyi düyü, kəpəkli buğda, arpa, çovdar, yulaf, darı, yemlik taxıl, amarant, sirkən, qaratərə və qarabaşaq kimi kəpəkli taxıl növləri mürəkkəb karbohidratların, sellüloz və B qrupundan mineralların zəngin mənbəyidir. Yetərincə kəpəkli taxıl (bir dəfəyə bir ovuc) yeyəndə "zülal tarazlığı" deyilən tarazlığı saxlamaq üçün heyvan mənşəli yeməyi azaltmaq lazımdır. Məsələ bundadır ki, kəpəkli taxıl orqanizmi çoxlu miqdarda kalori ilə təmin edir. Nəticədə enerji almaq üçün zülal metabolizminə ehtiyac avtomatik surətdə azalır. Bundan əlavə, kəpəkli taxıl kalsiumun bir şəkildən başqa şəklə keçməsinə kömək edən maqnezium mənbəyidir.
5.Mikroelementlərlə zəngin məhsullar.
Şərq mətbəxində geniş istifadə olunan yosunlar minerallarla zəngindir. Bu da onları sağlam qidalanmanın ayrılmaz elementinə çevirir. Həqiqətən də Tayvanda araşdırmalar zamanı aşkar edilib ki, həftə ərzində rasionuna iki dəfə və daha çox yosun daxil edən insanlar osteoporozdan əziyyət çəkmirlər. Bundan əlavə, yosunlar həm də qalxanvarı vəzin yaxşı işləməsinə çox lazımlı olan zəngin yod mənbəyidir. Məlum olduğu kimi, vəzilərin normal işləməsi sümük toxumasının əmələ gəlməsində mühüm rol oynayır.
Qoz-fındıq və toxumların bir sıra üstünlükləri var: onlar təkcə əvəzolunmaz yağ turşularının zəngin mənbəyi deyildir, həm də orqanizmə lazım olan bitki tərkibli zülal, dəmir, bor, fosfor, maqnezium mənbəyidir. Gündə cəmi bir ovuc qoz-fındıq yesəniz, sümükləriniz sağlam və möhkəm olar.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1465   Tarix: 28 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Tənhalıq sağlamlığa ciddi zərər verə bilər

Düzgün qidalanma və müntəzəm idmanla məşğul olmaq sağlam həyat tərzinin əsas şərtləri hesab edilir. Lakin alimlərin araşdırmasına görə, insan sağlamlığına ciddi təsir göstərən daha bir mühüm amil var. Bu da sosial münasibətlə

.

Ətir istifadə edənlərə xəbərdarlıq

Ətirin dəriyə çəkilməsi xərçəngin yaranması riskini artırmır. -a istinadən xəbər verir ki, bu barədə rusiyalı onkoloq Basir Bammatov -ya müsahibəsində danışıb. Lakin o, ətirlərin allergik reaksiyalara və ya dəri qıcıqlanmasın

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

turlar.az

sade makiyaj sekilleri geyim və ayaqqabılar toy gecesi tanınmış qadın simalar çolkalı saç modelleri saclarin yigilmasi yemisan faydasi kosmetika statuslar novruz bayrami hakisda atalar sozu hakiwda veten haqqinda atalar sozu