Hansı rəngi sevdiyini de, sənə kim olduğunu deyim

Tanışlıq zamanı insanlar bir-birinin sevdiyi rənglərlə də maraqlanırlar. Bu yalnız söhbəti davam etdirmək üçün soruşulan sual deyil, həm də həmsöhbətinin xarakteri haqqında daha çox məlumat toplamaq üçündür.

Psixoloqlar bildirirlər ki, sevdiyimiz rəng bizim xarakterimizə və ya əldə etmək istədiklərimizə uyğundur.
Hansı rəngi sevdiyini de, sənə kim olduğunu deyimAğ. Bu mükəmməllik və təmizlik rəmzidir. Onu ən çox çox səliqəli, təmiz və səmimi insanlar seçirlər.

Qara. Amerikalı psixoloq Tirado Bernardo deyir ki, qaranı adətən sirli adamlar seçilir. Onların daxilini anlamaq bir o qədər də asan deyil. Onlar əksər hallarda məsafə saxlayırlar. Həmçinin bu insanların zərif və gözəl zövqü var.

Göy. Əgər sənin sevimli rəngin göydürsə, deməli sən daha çox münasibətlərdə harmoniyanı qiymətləndirirsən. Göy rəngi düzgün xarakterli insanlar sevirlər. Təəssüf ki, onlara stereotiplərdən qurtulmaq çətindir. Əvəzində isə onlar hər şeyi məsuliyyətlə görürlər və dediklərinə nəzarət edə bilirlər.

Yaşıl. Psixoloqlar iddia edirlər ki, yaşıl rəngə üstünlük verən insanlar çox fəal və istiqanlıdırlar. Onlar dəyişikliklərə asanlıqla uyğunlaşırlar və pul məsələlərində nadir hallarda problemləri olur. Onlar həmçinin öz hərəkətlərində həmişə məntiqlidirlər və bütün başladığı işləri sona qədər aparırlar.

Narıncı. Frenk Sinatranın sevimli rəngi məhz narıncı idi. Müğənni narıncı rəngi ən "xoşbəxt" rəng hesab edirdi. Müəyyən dərəcədə o, haqlı idi. Psixoloq Betti Vud deyir ki, bu rəngi fəal həyat mövqeyi olan şən insanlar seçilir. Bəzən onlar hadisələri dramatikləşdirməyi sevirlər, amma bu heç də həmişə mənfi xüsusiyyət kimi dəyərləndirilmir. Bu insanlar diqqət mərkəzində olmağı sevirlər.

Çəhrayı. Daha çox incə və yumşaq xarakterə sahib olan qadınlar çəhrayı rəngə üstünlük verirlər. Onlara münasibətlərdə dayaq və dəstək lazımdır. Bu rəngi sevənlər əsasən yaxşı və qayğıkeş valideyn olurlar.

Bənövşəyi. Əgər sən yaradıcı insansansa onda, yəqin ki, sənin sevimli rəngin bənövşəyidir. Bu rəng həm də iddialı və kimsəyə tabe olmaq istəməyənlərin rəngidir. Bu rəngi sevənlər hər zaman güvənilə bilən yaxşı yoldaş olurlar.

Qəhvəyi. Az adam bu rəngə üstünlük verir. Amma bu rəngi bəyənənlər zəhmətsevər, səbirli, incə qəlbli və gözəl yumor hissinə sahib insanlardır.

Qırmızı. Ehtiraslı şəxslər və macəralara məftun olanlar qırmızını seçirlər. Bəzən bu adamlar dəymədüşər olurlar, amma onların incikliyi çox tez keçir. Qırmızı rəngi sevənlərlə sən heç vaxt darıxmayacaqsan. Onlar həmişə öz məqsədlərinə doğru gedir və öz arzularını gerçəkləşdirirlər.

Boz. Əgər boz rəngi seçirsənsə, səni "qmüdafiə" və "etibarlılıq" sözləri ilə xarakterizə etmək olar. Sən mübahisə etməyi sevmirsən. Sən təkliyi sevirsən və bu təklik səni heç vaxt darıxdırmır.

Sarı. Psixoloqlarla sübut ediblər ki, sarı bu rəngi sevən insanlar geniş və parlaq dünyagörüşünə malik olurlar. Onlar hər şeyin öz yerində olmasını xoşlayırlar. Yaxşı yumor hissinə malik olurlar.

Əgər insanlar bir rəngi deyil, bir neçə rəngi sevirlərsə deməli onların xarakteri düşdüyü şəraitdən asılı olarq dəyişir. Bu tamamilə normal haldır.

Xəbərlər     Baxılıb: 3788   Tarix: 14 sentyabr 2015
f Paylaş

Oxşar xəbərlər

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Nahardan sonra yuxunuz gəlirsə, səbəb təkcə yorğunluq deyil

Nahardan sonra güclü yuxululuq hissi bir çox insana tanışdır. Bəzən bu, orqanizmin təbii bioloji ritmləri ilə bağlı olur. -a istinadən bildirir ki, ancaq gündüz yuxululuğu davamlı və çox güclüdürsə, bəzi sağlamlıq problemlərini

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

turlar.az

geymler 2026 makiyaj instagram toy makiyajlari aloy gulunun faydasi zoğal mürəbbəsi hazırlanması 2026 qonaq otagi qadın aksesuarları kosmetika baldıza aid hakışta arxadan olmag baliq burcu veten haqqinda bayati gozde olar