Hansı vətəndaşlara yalnız bir doza vaksin vurulmalıdır?

Hansı vətəndaşlara yalnız bir doza vaksin vurulmalıdır?Azərbaycanda koronavirusa yoluxan şəxs rəsmi qeydiyyata düşərək immunitet sertikatı alandan 6 ay keçdikdən sonra bir doza vaksin vurdurmaqla peyvənd sertifikatını müddətsiz uzada bilər. Həmin sertifikatla da ölkə daxilində pasport tələb olunan məkanlara rahatlıqla daxil olmaq mümkündür.
Milli.Az "Report"a istinadən bildirir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
Onun sözlərinə görə, bəzən həmin şəxslərin vaksin sertifikatı deyil, müddətsiz immunitet sertifikatı olur:
"Bir çox hallarda vətəndaş xaricə getmək istəyəndə ondan iki doza peyvənd sertifikatı tələb olunur. Onun da iki doza peyvənd sertifikatı olmadığına görə (sadəcə buster, yəni qüvvətləndirici doza vurularaq immun sertifikatının müddəti uzadılıb) xaricə gedə bilmir. Çünki ölkə xaricinə çıxış zamanı tələb olunan qaydalara görə həmin şəxslərin mütləq qaydada iki dozalı vaksin sertifikatı olmalıdır. Yəni, xaricə getməyi planlaşdırmayan vətəndaşlarımız immun sertifikatının bitməsindən sonra 1 doza peyvənd vurdurmaqla kifayətlənə bilərlər".
Həkim-infeksionist onu da xatırladıb ki, hazırda ilkin vaksinasiyanın 6-cı ayında buster və ya revaksinasiya (vətəndaş 28 gün intervalla 2 doza vaksin vurdurubsa və 6-cı ayda yenidən 28 gün intervalla 2 doza vaksin olunursa, bu revaksinasiya adlanır) mümkündür:
"COVİD-19 xəstəliyinə qarşı 2 doza vaksin vurdurduqdan 6 ay sonra orqanizmin bu virusa qarşı müqaviməti azalır. Orqanizmin koronavirus infeksiyasına qarşı müqavimətini yenidən artırmaq üçün buster dozanın (3-cü doza) vurulması tövsiyə olunur. Buster dozadan sonra 4-cü doza vətəndaşın sağlamlıq vəziyyəti nəzərə alınaraq həkim məsləhətinə əsasən vurula bilər".
Qeyd edək ki, avqust ayından etibarən ölkədə buster dozanın vurulmasına başlanılıb. COVID-19 xəstəliyinə yoluxmuş və immunitet sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, yəni sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində qüvvətləndirici doza vurdura bilər. Buster dozanı vurdurmaqla vətəndaş immunitet sertifikatının müddətini müddətsiz olaraq uzadır. Yoluxmadan 5 ay sonra vaksinasiya üçün randevu.its.gov.az saytı üzərindən onlayn növbə götürülə bilər. Əgər "buster" dozanı vurdurmaq üçün tələb olunan vaxt yəni ki, 56 gün ötürülərsə, o zaman peyvənd sertifikatı əldə etmək üçün hər iki doza vaksin vurulmalıdır. Belə ki, vətəndaş 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurduraraq immunitet sertifikatını peyvənd sertifikatı ilə əvəz edə bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2091   Tarix: 28 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

turlar.az

gozel gorunmek maskalar aksessuarlar kicik biznes qurmagin yollari masaj edirem ideal toy ayaq sismesi kosmetika kondom vətən haqqında atalar sözləri aslan novruz haqistalari xərçəng bürcü