Hansı yaşda CHECK-UP müayinə etdirmək lazımdır? - HƏKİM RƏYLƏRİ

Hansı yaşda CHECK-UP müayinə etdirmək lazımdır? - HƏKİM RƏYLƏRİSon zamanlar qəfil ürək tutmaları, gözlənilmədən gələn xəstəliklərə düçar olanların sayı artıb.
Hansı ki, o adamlar haqqında "sağlam adam idi, ağrımırdı, qəfil niyə belə oldu ki" söyləyirlər. Amma sonradan məlum olur ki, bu problemlər gizli şəkildə illərdir davam edirmiş. Bəs bunları vaxtında necə bilmək olar?
Musavat.com xəbər verir ki, xarici ölkələrdə insanlar ən az ildə iki dəfə çekap (Check-up) müayinədən keçirlər. Bununla da baş verə biləcək müxtəlif xəstəlikləri önləmiş olurlar. "Check-up" vasitəsilə  xərçəngin erkən diaqnozu qoyularaq, daha tez və effektiv müalicə edilməsinə nail olmaq olur.
Döş xərçəngindən vərəmə qədər bütün xəstəliklərdən "Check-up" vasitəsilə yaxa qurtarmaq mümkündür. Ümumiyyətlə, "Check-up" erkən diaqnoz məqsədilə edilən müayinə, laboratoriya, rentgen və bütün testlərin birləşməsidir. Ancaq təəssüflə qeyd etməliyik ki, Azərbaycanda bu məsələyə biganə yanaşılır. Bizdə insanlar xəstələnməyincə həkimə müraciət etmir. Hətta çox zaman xəstələnəndə  belə öz üsulları ilə müalicə almağa çalışırlar. Məhz buna görədir ki, insanlar bir az yaşlaşdıqdan sonra gənclikdə hiss etmədikləri gizli xəstəliklər baş qaldırır və çox zaman da müalicə üçün gec olur. Mütəxəssislər bildirirlər ki, böyüklər ildə iki dəfə, uşaqlar bir yaşına qədər hər ay, qadınlarsa 6 aydan bir "Check-up" müayinədən keçməlidir.
Həkim Vasif İsmayıl bildirdi ki, insan 45 yaşdan sonra müntəzəm olaraq həkim nəzarətindən keçməlidir: ""Check-up" müayinəsinin müntəzəmliyinin hər kəsə görə dəyişən xarakteri var. Bu insanın yaşına, həyat tərzinə görə dəyişir. Hər kəsin müəyyən yoxlanılacaq parametrləri var. Bu məsələyə çox ciddi diqqət etmək lazımdır. Sığortada olan həkim buna nəzarət edir və müəyyən bir "Check-up" qrafiki çıxarır. İnsanlar bu qrafik əsasında gedib yoxlanılırlar. Hər mədəni ölkədə bu belədir. Yəni hər kəs ağlına gəldiyi zaman gedib "Check-up" olunmur. Sadəcə olaraq, vəziyyətinə görə tənzimlənmiş "Check-up" müayinəsinə gedir. Ümumiyyətlə, hər bir insan 45 yaşından sonra müntəzəm olaraq "Check-up" üçün həkimə getməlidir. Amma orada hansı təhlilləri verəcək, bu, artıq hər bir fərdin şəxsən qərar verəcəyi bir məsələdir".
Qadınların "Check-up" müayinədən ildə neçə dəfə keçməsinə və hansı xəstəliklərin gizlin gedə biləcəyi məsələsinə gəlincə isə cərrah mama-ginekoloq Ləman Əliyeva qadınların ildə iki dəfə müayinədən keçməsinin vacib olduğunu dedi: "Türkiyədə və digər xarici ölkələrdə qadınlar uşaqlıq boynu xərçənginin öncədən aşkara çıxması üçün altı aydan bir və ya ən az ildə bir dəfə retrospektiv analiz verirlər. Bizdə yaşı 30-un üzərində olan qadınlardan çoxu bu analizin nə olduğunu bilmir və keçməyib. Biz təbii ki, qəbulumuza gələn xanımlara bunu başa salırıq. Hətta ola bilər ki, onun heç bir problemi, şikayəti yoxdur, sadəcə, ginekoloqun müayinəsində olur? retrospektiv testindən keçir. O zaman uşaqlıq boynunun xərçəngi ilə bağlı şübhələr ortaya çıxır. Bunu öncədən biləndə müalicələr tətbiq etməklə qarşısını ala bilirik. Amma bəzən elə halda gəlirlər ki, uşaqlıq boynu xərçənginin ilkin mərhələsi olur. Qadınlar bunu gecikdirirlər. Biz qəbulumuza gələn qadınlara gücümüz çatan qədər deyir,  maarifləndiririk. Qadın problemi oldu olmadı, ildə iki dəfə, altı aydan bir ginekoloq müayinəsində olmalıdır".
Uşaqlara gəlincə isə pediatr Günay Rəsulova bildirdi ki, maddi sıxıntıya baxmayaraq valideynlər övladlarını rutin kontrollardan və pediatr müayinələrindən mütləq keçirməlidir: "Uşaqlara tətbiq olunmalı müayinələr və pediatr kontrolları var ki, bunlar olduqca vacibdir. Məsələn, yeni dünyaya gələn uşağa topuq testi müayinəsi edirik. Hansı ki, bu, dünyanın hər yerində tətbiq edilir. İlk 3-4 ay ərzində çanaq müayinəsi edirik. Bu da mütləq lazımdır. Uşaqdan asılı olaraq exo kardeoqrafiyası və s. aylıq kontrollar edirik. Bundan başqa, uşaqlar bir yaşdan sonra altı aydan bir, sonra isə ildə bir dəfə pediatriv müayinədən keçirilməlidir. 1, 3 və 6 yaşda da keçilməli olduğu vacib müayinələr var. Bir yaşa qədər uşaqlarda peyvənddən öncə həkim baxışı, peyvəndlərin olunması hər uşağa mütləq şəkildə tətbiq edilməlidir. Dünyanın hər yerində tibbi sığorta tətbiqinə əsasən insanların vaxtı-vaxtında həkimə getmək kimi bir üstünlükləri olur. Bizdə də dövlət tərəfindən tibbi sığorta uğurla tətbiq olunmaqdadır. Tibbi sığorta tətbiq edildikdən sonra insanlar bu barədə maddi sıxıntı çəkmədən aylıq rutinlərini yerli yerində edə biləcəklər".
Pediatr valideynlərin sırf maddi çətinliyə görə övladlarının müayinəsini gecikdirdiyini dedi: "Dövlət tibbi sığortanın tətbiqindən sonra bizdə də bu cür sıxıntılar qalmayacaq. Hər bir valideyn təbii ki, övladının sağlamlığı üçün heç bir müayinədən kənarda qalmaq istəməz. Valideynlərə tövsiyə edərdim ki, maddi çətinliyə baxmayaraq, övladlarını mümkün olduqca rutin müayinələrdən və pediatr kontrollarından keçirsinlər. Həmçinin mümkün olduqca profilaktik peyvəndlər tətbiq olunmalıdır. Bir yaşa qədər uşaqlara poliklinikalarda ödənişsiz müayinələr və peyvəndlər tətbiq olunur. Ən azından bunlardan kənarda qalmaq olmaz".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1057   Tarix: 06 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?

Günorta saatlarında yorğunluq hiss edən insanların əksəriyyəti özlərini gümrah hiss etmək üçün bir fincan qəhvə içirlər. Lakin mütəxəssislər qəhvənin təsirini artırmaq üçün maraqlı üsul təklif edirlər. . xəbər verir ki, qəhv

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Pasportdakı rəqəm aldadıcı ola bilər: Orqanizmin əsl yaşı necə müəyyən edilir?

İnsanın faktiki yaşı hər zaman orqanizmin sağlamlıq və funksional vəziyyəti ilə üst-üstə düşmür. -a istinadən xəbər verir ki, bu barədə həkim Viktoriya Kulaqina məlumat verib. Həkimin qeyd etdiyi kimi, bioloji yaş insanı

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Həkimlər ən zərərli qəhvə növünü açıqladılar - Ürək üçün təhlükəlidir

Qəhvə sağlamlıq üçün faydalı içki hesab edilsə də, onun hazırlanma üsulu və tərkibinə əlavə edilən maddələr ürək-damar sisteminə mənfi təsir göstərə bilər. Kardioloqlar xüsusilə şəkərli qəhvə içkilərinin təhlükələri barəd

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

turlar.az

geyim və ayaqqabılar qaşların formalari həkim məsləhəti asiq qadinlar haqqinda maraqli melumatlar nişanlılıq elme aid atalar sozu kosmetika novruza aid hakistalar qaynana rus dilini oyrenek 2ci ders bayati hakiwda