Hava kəskin dəyişir: 29 yanvaradək... - Nazirlikdən XƏBƏRDARLIQ
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin respublika ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edir.
Nazirliyin mətbuat xidmətindən Xanim.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 27-də cənub-qərb küləyinin 15-18, arabir 20-25 m/s, yanvarın 28-i günün ikinci yarısından 29-u axşamadək isə şimal-qərb küləyinin 15-20 m/s olacağı, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
Bölgələrdə yanvarın 28-i gündüz, 29-da bəzi rayonlarda havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi gözlənilir. Yanvarın 27-29-da qərb küləyinin bəzi rayonlarda arabir 9-14 m/s, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.
f Paylaş








8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik
Kişiləri ehtiraslandıran sözlər
Yuxuda sevdiyin insanı görmək
Adımızdan yüksək məbləğdə pul istəyirlər
"Bayağını paylaşmamalıyıq
Elektronikin macəraları' filminin aktyoru vəfat etdi
Lara Fabian İrəvanda konsert verəcək
Yatmazdan əvvəl yeyilən bu qida möcüzələr yaradır
Özümü sevirəm və bədənimə yaxşı baxıram' - Gülay
"Qavaldaş nağara" maketi məhv edildi, Natiq Şirinov məhkəmədə qalib gəldi - Foto
Frida Kalonun həyatı film olur
Dünyanın ən gözəl qızı' onunla evlənir - FOTOLAR
Yeriyərkən siqaret çəkməyin təhlükəli tərəfləri