Havada olan 5 ən zəhərli maddə

Havada olan 5 ən zəhərli maddəNəfəs aldığımız hava Sağlamlığın qorunmasında mühüm rol oynayır. Çirkli hava astma, tənəffüs yolu xəstəlikləri, ağciyər xərçəngi və allergiyaya səbəb ola bilər.
Statistikaya görə, vaxtımızın 90%-ni qapalı yerdə keçiririk və evlərin 95%-də havanın keyfiyyəti ilə bağlı problemlər var. Orta hesabla bir insanın gündə 23000 dəfə nəfəs aldığını nəzərə alsaq, gündə nə qədər toksin udduğumuzu təsəvvür edə bilərsiniz!
Sağlam həyat tərzi sürmək üçün insanların çoxu pəhrizə əməl edir, zərərli içkilərdən imtina edir və yuxu rejiminə riayət edir. Ancaq az adam havanın sağlamlıq üçün nə qədər vacib olduğundan xəbərdardır. Havası az olan otaqlarda yaşayan və ya işləyən insanlarda çox vaxt ürək-damar, otoimmün xəstəliklər, eləcə də bəzi xərçəng növlərinə rast gəlinir.
Özünüzü və yaxınlarınızı bu nəticələrdən qorumaq üçün əvvəlcə ətraf mühitinizdə hansı çirkləndiricilərin üstünlük təşkil etdiyini müəyyənləşdirməlisiniz və sonra onlardan qurtulmağa çalışmalısınız.
Milli.Az atmosferdəki beş ən zəhərli maddənin siyahısı ilə tanış edir:
1. Tütün tüstüsü
Siqaret tüstüsü qapalı məkanlarda əsasın hava çirkləndiricilərindən biridir. ABŞ və Avropanın bir çox hissəsi ictimai yerlərdə siqaret çəkməyi qadağan etsə də, xərçəngin əsas səbəbi olaraq qalır. Siqaret çəkməsəniz də, onun tüstüsü sizə ciddi ziyan vurur, insult və infarkta səbəb ola bilər.
Tütündə bir çox kanserogen var, eyni zamanda allergik xəstələrə və astmatiklərə zərər verir. Onun tüstüsü uşaqlar üçün xüsusilə zərərlidir, çünki onlarda astma yarada bilər və ani körpə ölüm sindromu riskini artırır.
2. Tikinti materialları
Bir çox tikinti materialında təhlükəli "uçucu üzvi birləşmələr" var. Belə maddələr xüsusilə parket yapışqanlarında, izolyasiya materiallarında və boyada olur. Onlar potensial kanserogen olan formaldehid, arsen, ksilol və benzol kimi toksinləri ehtiva edir. Bu kimyəvi maddələrlə təmasda dəridə qaşınma, ürəkbulanma, baş ağrısı, zəiflik və başgicəllənmə ola bilər.
Yenicə təmir olunmuş mənzilə daxil olmusunuzsa, otaqları yaxşı havalandırın və hər şeyin quruması üçün təmirin bitməsini gözləyin.
3. Kif və nəm
Kif təbii nəmli yerlərdə (vanna otağı, çardaq, zirzəmi) meydana gəlir və vaxtında müdaxilə etməsəniz tez böyüyür. Kif və çürüyən bakteriyalar təhlükəli mikotoksinlər istehsal edir, bu da zəiflik, təngənəfəslik, iltihab, ürək bulanması, ishal və depressiyaya səbəb ola bilər. Evdə kif diqqətlə təmizləyin, o havaya, oradan isə nəfəs yollarına daxil ola bilər.
4. Toz, polen və digər hissəciklər
Allergiyaların çoxu toz və polen hissəciklərindən qaynaqlanır, odur ki, evinizi və iş yerinizdə otağın havasını təmiz saxlamaq vacibdir. Ev heyvanlarından çıxan toz, eynilə yun və ya lələk havaya daxil olur. Beləliklə insanlarda tənəffüs çətinliyinə səbəb olur.
Digər ümumi hava çirkləndiriciləri burun axmasına, asqırma, göz yaşarması və nəfəsalmada çətinlik yarada bilər.
5. Təmizləyici məhsullar, hava təravətləndiriciləri və pestisidlər
Bu maddələrin hamısında havanı zəhərləyən və sağlamlığa zərər verən toksinlər var. Onların tərkibində ağardıcı, triklosan, formaldehid və neft məhsulları kimi kimyəvi maddələr var ki, bunlar da nəfəs almaq üçün təhlükəlidir: tənəffüs problemlərinə və hətta bəzi xərçəng növlərinə səbəb ola bilər. (publika.az)
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1526   Tarix: 30 may 2020
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Bu içki qaraciyəri qoruyurmuş

Qəhvənin yalnız enerji vermədiyi, qaraciyərin sağlamlığının qorunmasına da kömək edə biləcəyi bildirilir. -a istinadən bildirir ki, türkiyəli həkim, professor Onur Yaprakın sözlərinə görə, cəmiyyətin təxminən üçdə birind

.

Azərbaycanda qızılca ilə bağlı son vəziyyət açıqlandı - RƏSMİ

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. Bu barədə -ın sorğusuna cava

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Çoxlarının etdiyi bu səhvlər ciddi problemlərə yol aça bilər

Gün ərzində saatlarla telefon və kompüter ekranına baxmaq, yanlış oturmaq və uzun müddət hərəkətsiz qalmaq boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim İdris Avcı boyun onurğasını yükləyə

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Qışda uşaqları xəstə edən soyuq deyilmiş

"Soyuq hava uşağı xəstə etmir. Uşaqların soyuq havada çölə çıxması, düzgün geyindirildikdə faydalıdır. Təmiz hava, fiziki aktivlik, gün işığı və açıq havada hərəkət uşağın ümumi sağlamlığı üçün vacibdir". xəbə

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

turlar.az

geyim dəbləri adlarin menasi toy makiyajlari hamilələrin qidalanması gözəl xanım ancelina colinin sekilleri ilhamə qasımova kosmetika qiz burcu klitor pizza yemekler meseller