Hazır olun! Bir neçə ay sonra hər kəsin səbirsizliklə gözlədiyi qərar veriləcək

Hazır olun! Bir neçə ay sonra hər kəsin səbirsizliklə gözlədiyi qərar veriləcəkMərkəzi Bankın sədri Elman Rüstəmov manatın cari büdcə ilinin sonuna qədər möhkəmlənmə ehtimalının olduğunu bildirib. Proqnozun nə dərəcədə real olmasını Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu "Qaynarinfo"ya şərh edib.

Ekspert ilin sonuna qədər manatın möhkəmlənməsi üçün iqtisadi amillərin əsas vermədiyi qənaətindədir:

"Ölkədəki hazırkı marko maliyyə, makro iqtisadi mühit manatın zəifləməsi üçün əsaslar yaradır. Sadəcə olaraq Mərkəzi Bankın tənzimləmə vasitələri, buxovlayıcı monetar siyasəti, məhdudlaşdırıcı fiskal siyasəti, işçi qabiliyyətinin aşağı düşməsi, alıcılıq qabiliyyətinin azalması və digər amillər imkan verir ki, manatın məzənnəsində Mərkəzi Bank istədiyi səviyyəni müəyyən dövr üçün təyin eləsin. Amma düşünmürəm ki, bu cari büdcə ilinin sonuna kimi davam edəcək. Hesab edirəm ki, bir neçə aydan sonra, manatın məzənnəsinin ucuzlaşması ilə qarşılaşa bilərik. Ölkədə aparıcı iqtisadi kursun - qeyri-neft ixracatının stimullaşdırılması olduğunu nəzərə alsaq ucuzlaşma Azərbaycan iqtisadiyyatı üçün də müəyyən stimullar verə bilər".

Manatın məzənnəsilə bağlı proqnozları qiymətləndirən Q.İbadoğlu məzənnənin kəskin düşməyəcəyini, sadəcə milli valyutanın indiki səviyyəsi ilə müqayisədə ucuzlaşmasının baş verəcəyini qeyd edib:

"Onsuz da manatın məzənnəsi avro ilə müqayisədə ucuzlaşmaqda davam edir, sadəcə olaraq dollarla müqayisədə möhkəmlənmə müşahidə edilir. Əslində bu dünya bazarında dollarla avro münasibətlərindən qaynaqlanır. Amma istənilən halda dollara nəzərən də manatın məzənnəsinin bir neçə aydan sonra kəskin yox, yumşaq səviyyədə ucuzlaşmasını müşahidə edə bilərik."

Elman Rüstəmovun hər dəfə manatla bağlı açıqlamasından sonra məzənnədə ucuzlaşmanın qeydə alınması ilə bağlı sualımıza cavabında iqtisadçı-ekspert bunun baş verməsi ehtimalının çox aşağı səviyyədə olduğunu bildirdi: "İnanmıram, çünki artıq o dövr deyil. Hazırkı dövrdə Elman Rüstəmovun bu istiqamətdə proseslərə təsir imkanları əvvəlki illə müqayisədə daha çoxdur. Yəni indiki halda ona inanmaq olar. Mərkəzi Banka Dövlət Neft Nondundan 7.5 milyard manat köçürülüb. Mərkəzi Bankın bu baxımdan imkanları daha geniş görsənir. İndiki halda tənzimləmə vasitələrini işə salıb valyuta məzənnə bazarında tarazılıq formalaşdırmaq imkanları daha çoxdur".

Mərkəzi Bankın manatın məzənnəsinə müdaxilə etməməsi ilə bağlı baş bankirin dediklərinə münasibət bildirən Qubad İbadoğlu bunun heç də belə olmadığını dedi: "Deyilənlərlə baş verənlər arasında fərq var. Mərkəzi Bank prosesləri nəzarətdə saxlayır. Azərbaycanda liberal bank yoxdur. Demək olar ki, hökmran mövqeyə malik olan banklar var və onlar vasitəsilə müdaxilə imkanları əvvəlkindən daha rahatdır. Banklarda inhisarlaşma daha yüksəkdir".

Xəbərlər     Baxılıb: 4695   Tarix: 30 may 2017
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Bu yaşda ət yemək ömrü uzadır

Çəki çatışmazlığı olan yaşlı insanlarda ət istehlakı 100 yaşa qədər yaşamaq ehtimalını artıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, bu yaş dövründə ətdən imtina etmək, xüsusilə qadınlar arasında daha qısa ömür sürməkl

.

Hər gün üzüm yesək, nə olar?

Üzüm həm dadı, həm də zəngin qida tərkibi ilə seçilən meyvələrdəndir. -ın məlumatına görə, tərkibində vitaminlər, minerallar, lif və antioksidantlar olan bu meyvənin müntəzəm, ölçülü miqdarda istehlakı sağlam qidalanmay

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

turlar.az

qadın geyimi yemek reseptleri geyim şəkilləri nişanlılıq qan qruplari kariyera və iş həyatı keks reseptləri kosmetika haxisda burclər oglan evi bürcler qiz burcu