Hazır olun! Bu il bütün sahələrdə maaş və pensiyalar...

Hazır olun! Bu il bütün sahələrdə maaş və pensiyalar..."Neftin qiymətinin 2014-cü ilin iyun ayından bəri 2-3 dəfədən çox aşağı düşməsi bir çox neft ölkələrindən fərqli olaraq Azərbaycanı hələ çox "vurmayıb".

Düzdür, manatın dəyəri 125%-dən çox ucuzlaşmışdır, buna müvafiq olaraq istehlak qiymətləri yüksəlmişdir, 12% civarında inflyasiya qeydə alınmaqdadır, iqtisadi artım tәnәzzüldәdir və sair.

Lakin hələ hiss olunacaq səviyyədə ixtisarlar, maaşların və pensiyaların ödənişlərində yubanmalar baş verməyib. Bu və ya digər istehlak məhsullarının qıtlığı problemi ortaya çıxmayıb, əhalinin enerjidaşıyıcıları ilə təminatında ciddi, kütləvi problem və sair yaranmayıb".

İqtisadçı-ekspert Pərviz Heydərov deyib.

Onun sözlərinə görə, vəziyyət hələ ki kritik həddə deyil:

"Təkcə bir problem mövcuddur ki, o da xarici valyuta qıtlığıdır. Hansı ki, bu da hələ ki faciəvi həddə deyil desək, yanılmarıq. Düzdür, vəziyyət buna yaxındır.

Ancaq demək istədiyim budur ki, məlum təzyiqə kifayət qədər yaxşı tab gətirə bilmişik. Bunun fərqinə varmalıyıq. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) 15 milyard dollar həcmində rəsmi valyuta ehtiyatını itirsək də, vəziyyət hələ ki kritik həddə deyil.

Bütün bunlar da ölkəmizin neft amilinə dayanaqlı makroiqtisadi dayanıqlığının kifayət qədər möhkəm olduğunu göstərmişdir".

Bununla belə ekspert xatırladıb ki, əgər 2017-ci ildə də mövcud təzyiqlər davam edəcəksə, bu halda bir sıra problemlər yarana bilər:

"Lakin təhlükəsizlik yastığımız artıq xeyli zəifləmişdir. Keçən ili və bu ili yola verə bildiksə də, mövcud təzyiq 2017-ci ildə də eyni gücdə qalarsa, artıq tab gətirə bilməyəcəyik.

Belə ki, maaşlar və pensiyalar bütün sahələrdə gecikdirilməyə başlanacaq, genişmiqyaslı ixtisarlar start götürməli olacaq, bir sıra zəruri istehlak malları üzrə kəskin qıtlıq özünü göstərməyə başlayacaq".

P.Heydərov qeyd edib ki, ancaq xoşbəxtlikdən növbəti ildən ölkə iqtisadiyyatına kənar mənfi təzyiqlərin zəifləyəcəyi, neftin dünya bazar qiymətlərinin tamamilə sabitləşəcəyi, ölkə iqtisadiyyatında makroiqtisadi dayanıqlığının bundan artıq sarsılmasının qarşısının alınması tədbirlərinin tədricən effekt verməyə başlayacağı gözlənilir ki, hesab edirəm, 2017-ci ilin, xüsusən 2-ci yarısından etibarən, indi hiss etdiyimiz çətinliklər xeyli dərəcədə aradan qalxacaq.

Mənbə: oxu.az

Xəbərlər     Baxılıb: 2147   Tarix: 25 mart 2017
f Paylaş

Oxşar xəbərlər

.

Ağcaqanadlar ən çox onları SANCIR

Yay aylarının ən narahatedici problemlərindən biri olan ağcaqanad sancmaları ilə bağlı maraqlı faktlar açıqlanıb.  xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, ağcaqanadlar hər kəsi eyni dərəcədə sancmır. Onlar bəzi insanlar

.

Sabunlarda təhlükəli bakteriya aşkar edildi: "Evində olan dərhal atsın"

Mikrobları məhv etmək üçün istifadə etdiyimiz antibakterial məhsullar əslində bakteriyaların mutasiyaya uğramasına və dərmanlara qarşı müqavimət qazanmasına səbəb olur.  xəbər verir ki, antibakterial məhsulların tərkibindək

.

Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi

Qadınlarda ürək tutması əksər hallarda klassik simptomlarla özünü göstərmir və bu da xəstəliyin vaxtında aşkarlanmasını çətinləşdirir. xəbər verir ki, kişilərdə tez-tez rast gəlinən şiddətli sinə ağrısından fərqli olaraq

.

Yatmazdan əvvəl su içmək: Doğrusu nədir?

Sirakuz və Pensilvaniya ştatı universitetlərinin araşdırmasına görə, kifayət qədər maye qəbulu gecə boyu bədənin bərpasını dəstəkləyir.  xəbər verir ki, su həzm prosesi üçün vacibdir. Kifayət qədər su içməmək qəbizliyə yo

.

Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma

Son dövrlərdə sosial mediada geniş yayılan iddialardan biri də paket çayların suya milyardlarla mikroplastik buraxması ilə bağlıdır. xəbər verir ki, bu fikir ilk baxışda narahatedici görünsə də, mütəxəssislər onun tam olara

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

.

Yuxusuzluq iki sağalmaz xəstəliyin erkən əlaməti ola bilər

Qəfil başlayan yuxu problemləri bəzi ciddi xəstəliklərin ilkin əlaməti kimi ortaya çıxa bilər. xəbər verir ki, xüsusilə Parkinson və Alzheymer kimi nevroloji pozuntuların erkən mərhələsində yuxusuzluq diqqət çəkən simptomlarda

.

Həyatımızı idarə edən hormon - KORTİZOL

"Stress hormonu" kimi tanınan kortizol orqanizmin stress reaksiyasını tənzimləyən əsas hormonlardan biridir və gündəlik həyatda mühüm rol oynayır. xəbər verir ki, böyrəküstü vəzilərdə ifraz olunan kortizolun metabolizmə

.

Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər

Hamamda nəm qalan hər bir təmizlik vasitəsi mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır. Tam qurumayan liflər təmizləmək əvəzinə, bakteriyaları birbaşa dərinin məsamələrinə daşıyır.  xəbər verir ki, duş liflərini

turlar.az

geyim seçimi qis geyimləri 2026 geyim necə seçməli kısa saç hörükləri islamda qadın duxovkada toyuq qizartmasi 3 kq kosmetika gözellik orqazm vetene aid atalar sozleri birlik hakışda