Həbs olunan azərbaycanlı məşhur müğənni onunla sevgili imiş

Həbs olunan azərbaycanlı məşhur müğənni onunla sevgili imişXəbər verdiyimiz kimi Azərbaycanın tanınmış xanım müğənnisi Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilərək həbs edilib.

Bir müddət öncə isə müğənni Tacir Şahmalıoğlu "Düz üzünə" verilişində uzun illər duet ortağı olduğu Fədayə Laçınla yaxın münasibətindən danışmışdı.

O, həmkarı ilə qadın-kişi münasibətlərinin olduğunu etiraf edib.

Fədayə Laçın teleqraf.com-a müsahibəsində məsələyə münasibətini bildirib.

- Tacir Şahmalıoğlu efirdə deyib ki, onunla 6 il sevgili olmusunuz…

- O vaxt aramızda belə bir şey olub. Bu münasibəti bütün Azərbaycan bilirdi… Bu məsələləri qurdalamağın, üzə çıxarmağın, qabartmağın heç yeri deyil. Çünki mən qalmaqaldan uzaq adamam. Amma Taciri qınamıram. Sualı jurnalist verib. Əgər o, yalan danışsaydı, yaxşı olmazdı. Çünki bütün Azərbaycan bizim münasibətimizi bilirdi. Ona görə də o, məcbur olub bu haqda danışıb. Artıq bunların üzərindən 10 il keçib. Mən də, Tacir özü də qalmaqaldan uzaq adam olmuşuq. İndi bizi davaya çəkmək istəyirlər. Amma mən buna gedən deyiləm. Heç kimlə düşmənçilik, özümə isə baş ağrısı istəmirəm.

Məni sənətim maraqlandırır. Bilirəm ki, məni sevənləri də elə yaradıcılığım maraqlandırır. Onsuz da heç kim keçmişini unuda bilməz və unutmur da. Hamının keçmişində səhvi olur. Amma indi istəmirəm ki, bu söhbətlər qabardılsın. Çünki 19 yaşında oğlum var. Bütün həyatımı, varlığımı övladıma həsr etmişəm. İstəmirəm ki, övladım üçün pis olsun, onun psixologiyası pozulsun. Ona görə də bu söhbətlərə bir cavabım var: onsuz da bu qalmaqala getməyəcəyəm.

- Tacir Şahmalıoğlu iddia edib ki, onunla duet ortaqlığına son qoyduqdan sonra populyarlığınıza da son qoyulub...

- Xeyr, əvvəlkindən də populyaram. Məni hamı tanıyır, sevir. Toylarım da var. Pis səslənməsin, bəzi müğənnilər deyir ki, mənim "kalendarnı" toyum var. Düzdür, mənim toylarım "kalendarnı" deyil. Ancaq məni xalq yadından çıxarmır, toylarına da aparır. Həm də məni sənətim tanıdıb. Özümü reklam eləməmişəm. Bəli, Tacirlə birgə duetlərimiz "tutmuşdu". Amma ayrılanda onun da, mənim də sənət həyatımızda bir balaca durğunluq yarandı. Çünki camaat bizi duet ortağı kimi qəbul eləmişdi. Onu da deyim ki, bizi indi də duet ortağı kimi toylara aparırlar. Camaat indi də bizi toylarda bir yerdə istəyir. Onunla da, mənimlə də ayrı-ayrılıqda qiymət danışırlar. Xəbərsiz gedirik, toyda bir-birimizi görürük. Yəni ki, bir-birimizdən xəbərsiz toyda oluruq. Bu da çox normaldır, çünki digər oxuyanlarla münasibətim necədirsə, Tacirlə də elədir.

- Yenidən duet oxumaq istəyiniz var?

- Yox, elə bir planımız yoxdur. Bəlkə də nə vaxtsa ola bilər, biz Tacirlə düşmən deyilik. O, çox böyük ifaçıdır, sənətkardır. Mən ondan çox şey öyrənmişəm. Yəni həyatdır, hər şey ola bilər. Bunda qəbahət olmasa da, hələ ki, belə bir planımız yoxdur.

- Tacir Şahmalıoğlu onu da deyib ki, o, sizi deyil, siz onu sevmisiniz. Bu, doğrudan belə olub?

- Tacir özü qəşəng bilir ki, aramızda sevgi olub, ya yox. Hər halda sevgi olmasaydı, Tacir kimi adamla 6 il yaşamaq olmazdı.

Xəbərlər     Baxılıb: 2798   Tarix: 30 oktyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Üzünüzdəki bu əlamətlər dəmir çatışmazlığından xəbər verir - (Foto)

Sosial şəbəkələrdə aşağı ferritin səviyyəsinin insanın xarici görünüşünə təsiri ilə bağlı paylaşımlar geniş yayılıb. İstifadəçilər solğun dəri, gözaltı tünd dairələr, saç tökülməsi və kövrək dırnaqları "ferritin üzü"

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Saatlarla oturanların diqqətinə

"Uzun müddət oturaq vəziyyətdə qalmaq tromboz riskini ciddi şəkildə artırır. Bu təhlükə xüsusilə kiberidmançılar üçün aktualdır". -a istinadən xəbər verir ki, bunu -ya açıqlamasında rusiyalı professor Dmitri Berezovsk

.

Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir

Sevdiyiniz insanın etdiyi qısa müddətli masajın həm fiziki, həm də psixoloji rahatlığa müsbət təsir göstərə biləcəyi bildirilir. xəbər verir ki, masaj zamanı əzələlər boşalır, bədəndəki gərginlik azalır və insan özünü dah

turlar.az

geyim və ayaqqabılar geyim dəbləri kosmetoloq qadınlarda erroziya sekis xalq mahnilari sozleri sepkilere qarsi kosmetika kondom nedir aydin sani novruz bayramina aid englishdilində qulaq intim munasibetler