Həbsdə olan məşhur azərbaycanlı müğənni 9 il azadlıqdan məhrum edilə bilər - FOTO
Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən "Velizadə prodakşın"ın rəhbəri, müğənni Tural Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Xanim.az oxu.az-a istinadən xəbər verir ki, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror Seyhun Azadəliyev çıxış edib.
O deyib ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilib.
Prokuror T.Vəlizadənin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses fevralın 5-dək təxirə salınıb.
Qeyd edək ki, "Velizadə prodakşın"ın rəhbəri T.Vəlizadə dörd nəfərə qarşı dələduzluq etməkdə ittiham olunur.
Belə ki, o, azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert verditdirəcəyi vədini verib.
T.Vəlizadə ümumilikdə həmin şəxslərdən 200 min dollar pul alıb. Lakin sonradan vədinə əməl etməyib.
Zərərçəkmişlərin şikayətləri əsasında saxlanılan T.Vəlizadənin barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.
O, ittiham üzrə özünü təqsirli bilmədiyini və iş adamlarından pulu borc aldığını söyləyib.










Məşhur müğənni əməliyyat olundu
Xalq artistinin oğlu müğənnilik edəcək
Madonna reklam siması oldu
Ofeliyanın qardaşı komaya düşdü
Türkan Pərvizi kimə dəyişdi? - Yeni duet ortağı ilə ilk FOTO
Tezliklə öləcəyəm' - Sərdar Ortaçın vəsiyyəti
71 yaşlı sənətçi üzgərmə əməliyyatından sonra - FOTO
Hansı daha düzgündür: yeməkdən əvvəl, yoxsa sonra su içmək?
Bu əməliyyatlar həyat keyfiyyətini dəyişir
Su basan evlərdə yaşayanlar risk altındadır - Tənəffüs yolları, bronxlar və ağciyərlər
Hər gün yediyimiz "zəhər": Şirin ləzzətin qaranlıq tərəfləri
Detoks pəhrizləri ilə bağlı 6 böyük mif açıqlandı
Ayaqqabını nəm salfetlə silməyin - SƏBƏB