Heç vaxt empata yalan danışmayın, çünki onlar…

Heç vaxt empata yalan danışmayın, çünki onlar…Həqiqətləri nə qədər gizlətməyə çalışsanız da, empatlar həqiqi hədəfləri, düşüncələri və niyyətləri tanıyır. Onları başqalarından fərqləndirən şey budur.
Empatlar bu planetin ən istedadlı insanlarından biridir. Həm də başqalarının duyğularını hiss edə bildikləri üçün deyil. Bu insanlar yaxınlarına müsbət təsir göstərir - və bu təsir bəzən onların həyatını tamamilə dəyişdirmək gücünə malikdir, və ya əksinə, hər şeyi yerinə qoyur.
Milli.Az gencaile.az-a istinadən bildirir ki, tanışlarınız arasında empatiya duyğusu olan varsa, yəqin ki, yalan danışmağın faydasız olduğunu bilirsiniz. Elə görünür ki, ətrafdakıları tamamilə fərqli bir şəkildə qəbul edirlər və bunun sayəsində adi insanların nədə bacarıqsız olduqlarını görə və hiss edə bilirlər.
Bəzən empatlar yalana inandığını göstərə bilər, amma bu, o demək deyil ki, baş verənləri görmürlər. Bəli, onlar ümumiyyətlə, çox mehribandırlar və mehribanlıqlarını rəhbər tutaraq sizinlə birlikdə oynaya bilirlər. Ancaq bu, maskanızın arxasında gizlənənləri görə bilmədikləri ilə bağlı deyil.
Empatlar həmişə insanların yalnız müsbət cəhətlərini görməyə və bu dünyanı daha yaxşı bir yerə çevirməyə çalışırlar. Odur ki, zaman-zaman ətrafındakılara bu və ya digər yalanın başqa insanlara zərər verməyəcəyindən əmindirsə, onların yalan danışmasına icazə verirlər. Ancaq buna yalnız müəyyən bir həddə icazə verirlər.
Xeyr, onlar əsla icazə vermir ki, həyati vacib olan məsələlərdə onlara yalan deyəsiniz. Niyyətiniz çirkindirsə, heç bir halda yalanınızı görməzdən gəlməyəcəklər. İnanın, empatlar pis sözlər və əməllərinizə özünüzdən daha çox haqq qazandırmağa meyllidir. Ətrafınıza buraxdığınız dumanın arxasında nələr baş verdiyini görürlər...
Empatlar həqiqətin tezliyinə "uyğunlaşdırılmış" olduğundan, ətraflarında baş verən hər şeyi daha dərin səviyyədə - digər insanların sözlərini, düşüncələrini və əməllərini də başa düşür. Bəli, bəli, sizi də. Ancaq sizə qarşı nə qədər mehriban olsalar da, imkan daxilində heç vaxt başqalarının zərər görməsinə imkan vermir.
Bütün empatlar təbiətən şəfaverici olduğundan, ruhunuzu yaxşılaşdırmağa çalışa, daha yaxşı, xeyirxah və daha nəcib olmağın gətirdiyi üstünlükləri göstərə bilər. Bununla birlikdə, onlar müalicəvi sehrinin bütün hallarda işə yaramadığını və bəzən onlar üçün qalan yeganə yolun uzaqlaşmaq olduğunu da bilirlər. Ancaq bunu yalnız son vasitə olaraq edirlər. Onlara dəfələrlə yalan danışsanız da, dəyişə biləcəyinizi hiss etsələr, yenə də kömək əlini uzatmağa hazır olacaqlar və bu heyranlıq doğurmaya bilməz. Empatlar qərəzsiz və fədakardır. Təəssüf ki, bir çox insan bundan faydalanmağa çalışır.
Ancaq yalanınız digər insanları incitmişsə, empatlar heç bir tərəddüd və şübhə etmədən rolunuzu aşkar edə bilər. Empatlar yalnız bir halda susa bilər, əgər ona həqiqətən dəyişdiyinizi və yalanlarınızın nəticələrini ödəməyə hazır olduğunuzu sübut edə bilsəniz. Onlar yalanlarınızı üzünüzə vurmayıbsa, bu o demək deyil ki, olanlardan bixəbərdilər. İnanın, onların yaddaşı əladır. Onlara ümumiyyətlə yalan danışmamaq daha yaxşıdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1452   Tarix: 08 mart 2020
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Qız övladı atanın ömrünü uzadır? - Alimlərdən maraqlı araşdırma

Alimlərin apardığı araşdırmada qız övladlarının ataların uzunömürlülüyü ilə əlaqəli olduğu müəyyənləşib. xəbər verir ki, araşdırmaya görə, atanın hər bir qız övladının olması onun ömrünün orta hesabla 74 həftə, yəni təxminə

.

Yuxudan duran kimi bunu edin

Mütəxəssislərin fikrincə canlı və sağlam beyinə sahib olmaq üçün səhərlər müəyyən vərdişləri müntəzəm olaraq tətbiq etməlisiniz. axşam.az-a istinadən bildirir ki, yaşınızdan asılı olmayaraq, gündəlik vərdişləriniz beyninizi

.

Gözə linza taxdırmazdan əvvəl bunu mütləq bilməlisiniz

"Yeni nəsil göz içi linzalar üçün ciddi yaş məhdudiyyəti yoxdur. Linza seçimində əsas meyar yaş deyil, gözün ümumi vəziyyəti və pasiyentin gündəlik görmə ehtiyaclarıdır". xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyini

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

turlar.az

hamiləlik geyim necə seçməli kosmetoloq qazan kotleti sepkilere qarsi mualice hüquq və qadın haqları ciyər qovurması kosmetika burclerin uyumu gozellik heyati hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz rus dili