Həccə getdiyi deyilən Cabir İmanovdan ŞOK SÖZLƏR "Özünə hörmət etməyən "

Həccə getdiyi deyilən Cabir İmanovdan ŞOK SÖZLƏR "Özünə hörmət etməyən "Bir neçə gündür ki, bəzi saytlarda "Planeta Parni iz Baku" KVN teatr komandasının üzvü, Azərbaycanın əməkdar artisti Cabir İmanovun Həcc ziyarətində olması barədə yazılar diqqət çəkir. Redaksiyamızla əlaqə saxlayan aktyor yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini deyərək bu məlumatı tirajlayanları sərt tənqid edib.

Cabir İmanov bunları deyib:

"Son vaxtlarda Həcc ziyarətinə getməyimlə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bunu özünə hörmət etməyən, qeyri-peşəkar jurnalsitlərin rəyi kimi qəbul edirəm. Ona görə ki, İnstaqram-da gördüyü şəkillərdən məlumatı təsdiqləmədən yazmaq peşəkarlıqdan xəbər vermir. Axı şəklin altında heç Həcc ziyarətinə getdiyimi də yazmamışam. Jurnalistlərin nə ixtiyarı var ki, belə bir mövzuda olan məlumatı məndən soruşmadan, fikrimi öyrənmədən yazsın? Və maraqlıdır ki, onlar bu məlumatı haradan götürüb?

Mən, sadəcə, Məkkəyə Ümrə ziyarətinə getmişəm, Allah hamıya qismət eləsin. Bunu afişa etmək, hamıya yaymaq istəməmişəm. Lakin bəzi jurnalistin səhv yazdığı xəbərə görə bunu deməyə vadar oldum. Respublikada elə adam qalmayıb ki, zəng edib mənə "Səni Həcc ziyarətinə getməyin münasibətilə təbrik edirəm" deməsin. Belə olmaz axı... İlk növbədə, zəng vurub məlumatın doğru olub-olmadığını yoxlamalı, daha sonra isə mənim icazəm olarsa, yazmalı idilər. Şəxsi həyatım haqqında özüm instaqram-da heç bir məlumat vermirəmsə, başqasına bu ixtiyarı kim verib ki, haqqımda yalan yazsın? Məkkədə olmaq mütləq Həcc ziyarətinə getmək demək deyil. Əgər kimsə o şəhərə gedirsə, bu, o demək deyil ki, Həccdə olub".

Mənbə:Milli.az

Xəbərlər     Baxılıb: 3246   Tarix: 12 iyun 2017
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Çox öskürənlər bunu oxusun

Uzun müddət davam edən öskürək bir çox insanın qarşılaşdığı problemlərdən biridir. Bəzən adi soyuqdəymədən sonra yaranan öskürək həftələrlə davam edə bilər. Lakin öskürəyin səbəbi hər zaman tənəffüs yolu infeksiyası olmur

.

Tünd kişmiş cavanlaşdırır

Tünd kişmişin faydalı xüsusiyyətləri onların yüksək antioksidan tərkibi ilə izah olunur. -a istinadən xəbər verir ki, diyetoloq Yelena Solomatinanın açıqlamasına görə, tünd kişmiş antioksidant xüsusiyyətləri təsirli polifenolları

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Toyuq ətini əvəz edir - Tərkibində 25 % zülal var

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub. qafqazinfo-ya istinadən xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb. Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdı

turlar.az

gelinlikler geymler 2026 qaşların formalari qaragatin faydasi gözəllik və makiyaj dogum cantasinda ne olmalidir qazan kotleti hazirlanmasi kosmetika toy gecesı banan ziyafet geyimleri birlik haqqinda sperma