Həftədə 4 dəfə sekslə məşğul olsanız... – İNANILMAZ

Həftədə 4 dəfə sekslə məşğul olsanız... – İNANILMAZMütəxəssislər seksin sağlamlığa müsbət təsirləri olduğunu hər zaman vurğulayırlar. Lakin müntəzəm olaraq sekslə məşğul olmağın sağlamlığa faydaları daha çoxdur.

Aile.lent.az həmin faydalarla sizi də tanış edir.

Daha az stress

Aparılan araşdırmalardan biri sübut edib ki, həftədə iki dəfədən çox sekslə məşğul olan cütlüklər stresli vəziyyətlərin öhdəsindən daha yaxşı gəlirlər. Seks əsnasında endorfin və oksitosin ifraz edilir. Bu hormonlar beyindəki zövq nöqtələrini fəaliyyətə gətirərək sakitlik və rahatlıq duyğuları yaradır. Narahatlıq və depressiya hissi isə uzaqlaşır.

Daha az ağrı

Orqazmdan sonra ifraz olunan hormonlar kürək və ya baş ağrılarına yaxşı təsir edir. Miqrendən əziyyət çəkən qadınların yarısı seksdən sonra daha az ağrı hiss etdiklərini deyirlər. Orqazm əsnasında ifraz olunan endorfin ağrıları azaldır.

Daha az xəstəlik

Asqırma, öskürmə və davamlı axan burun əlbəttə seksual deyil. Amma sekslə məşğul olmaqla qrip və soyuqdəymədən xilas olarsınız. Sekslə məşğul olan insanlarda yüksək səviyyədə immunoqlobulin A (IGA) var. Xəstəliklərlə mübarizə aparan anticismlər bədəni qrip və soyuqdəymədən qoruyur.

Daha gənc bir görünüş

Nizamlı olaraq (həftədə təxminən 4 dəfə) sekslə məşğul olan insanlar əslində olduğundan 7-12 yaş daha gənc görünürlər. Daim sekslə məşğul olmaq bədəndə testosteron və estrogen istehsalını artırır. Bu hormonlar bədənə gənclik və canlılıq verir.

Menstruasiya dövründə daha az ağrı

Qadın orqazma çatdıqda uterusu gərilir və ağrılara yol açan faktorlar aradan qalxır. Uterus bölgəsindəki gərilmə qanın daha tez axmasını və menstruasiya dövrünün daha erkən bitməsini təmin edir.

Daha formalı bir bədən

Sekslə məşğul olmaq 85-250 kalori yandırır. Kardioloqlar qaçma trenajorunda orta səviyyəli məşq etməklə sekslə məşğul olmağı bərabər hesab edirlər. Sekslə məşğul olmaq vücudu formalaşdırır, qarın, omba və kürək əzələləri işləyir.

Qeyd: 20 il ərzində 900 insan arasında araşdırma aparan tədqiqatçılar həftədə ən az 2 dəfə sekslə məşğul olanların infarkt keçirmə riskinin daha aşağı olduğunu müəyyən ediblər. Ayda bir dəfə və ya daha az sekslə məşğul olanların isə infarkt keçirmə riski daha yüksəkdir. Daim sevişmək kişilərdə prostat xərçəngi riskini də azaldır. Tez-tez boşalan kişinin reproduktiv funksiyaları sağlam fəaliyyət göstərir və xərçəngə gətirib çıxaran maddələrin bədəndən atılmasını təmin edir.

Ailə və Uşaq     Baxılıb: 12865   Tarix: 18 noyabr 2016
f Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Əl, ayaq və ağızda səpkilər – Su çiçəyidir yoxsa?

Ağızda, əllərdə və ayaqlarda ağrılara səbəb olan, qabarcıq və səpkilərlə irəliləyən əl-ayaq və ağız xəstəlikləri son günlərdə daha çox rast gəlinir. Hər yaş qruplarında müşahidə olunsa da, daha çox uşaqları hədəf alır. Mövz

.

Qadınları orqazma çatdıran 7 seks pozası

Seks həyatına bir az rəng qatmaq və daha çox həzzli hala gətirmək üçün hal-hazırda tətbiq olunan mövqeləri bir az modifikasiya etmək lazımdır. Budur, qadınların orqazma çatmalarını asanlaşdıran 7 seks pozası… Ən sadə sevişm

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Vaxtından əvvəl doğulmuşların RETİNOPATİYASI

Hal hazırda dünyada hər 10 uşaqdan biri vaxtından əvvəl doğulur. Aparılan geniş miqyaslı elmi araşdırmalar və qabaqlayıcı tədbirlərə baxmayaraq vaxtından əvvəl doğuşların sayı günü-gündən artmaqdadır. Dünya statistikasın

.

Ana südü xərçəngin dərmanıdır

Ana südü yeni doğulmuş körpənin qida ilə bağlı bütün tələblərini ödəyən zəngin qida məhsuludur. Aparıcı səhiyyə təşkilatlarının, o cümlədən, Amerika Pediatriya Akademiyası və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən

.

Uşağı əmzikdən tərgidirik. 2 üsul

Yenidoğulmuş uşağın qayğısı ananın bütün zamanını alır. Bu zaman əsl xilaskar əmzik olur, onunla uşaqlar tez yatır və az şıltaqlıq edirlər. Amma körpə böyüyür və əmziklə vidalaşma zamanı gəlib çatır. Bunu necə edək ki, əmzikl

.

Körpənin yatağı necə olmalıdır? Vacib qaydalar

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir

.

9 aylıq uşağın inkişafı

9 aylıq inkişaf dövrü – bir çox körpələr üçün iməkləmədən, ayaq üstə durmağa, gəzməyə çalışma dövrü hesab olunur. bildirir ki, bəzi körpələr isə iməkləmədən də gəzə bilir. Bu da normal hal hesab olunur. - 9 aylıq körpəni

.

Normal doğumun 10 faydası: Keysəriyyə əməliyyatına ciddi zərurət olmalıdır

 . Qadın Xəstəlikləri və Doğum Mütəxəssisi Dos. Dr. Özlem Özgür Gürsoy ana olmağa hazırlaşan qadınlara müraciət edib. O, keysəriyyə ilə doğumun yalnız tibbi zərurət halında tətbiq oluna biləcək bir seçim olduğunu, norma

turlar.az

qadin sayti qaşların formalari hamiləlik is qurmagin yollari otaq dizaynları kişi xəyanəti moda kosmetika rus dilini oyrenek 2ci ders kurtlar vadisi yuxuda qara ilan gormek usaq geyimleri xocali