Həftədə bir dəfə cinsi əlaqədə olmaq erkən menopauza riskini azaldır - FOTO
Həftədə bir dəfə intim münasibətdə olmaq qadınlarda erkən menopauza riskini azaldır.
Milli.Az Mirror-a istinadla xəbər verir ki, Londonda aparılan araşdırmalara görə, həftədə azı bir dəfə cinsi əlaqədə olmaq və ya sevişmək menopauza prosesinin vaxtından əvvəl başlama riskini 28 faizə qədər azaldır.
University College Londonda (UCL) aparılan araşdırmaya görə, yaşlandıqca intim münasibətdə olmadıqda qadında qadınlıq hormonu hesab edilən estrogenin səviyyəsi azalır və bədən qocalmağa başlayır.
"Əgər qadın yaşlandıqca sekslə məşğul olmursa, hamilə qala bilməyəcək. Çünki beyin bədən enerjisini yumurtalığa sərf etməməyə başlayır", - antropoloq Megan Arnot araşdırma nəticələri barəsində danışarkən söyləyib.
Qeyd edək ki, menopauza orqanizmin təbii "qocalma" prosesinin mərhələsidir. Klimaksın başlamasına səbəb yumurtalıqların fəaliyyətinin dayanması və qanda qadın cinsi hormonların (estrogen və progesteron) səviyyəsinin aşağı düşməsidir.
İsmayıl
Milli.Az /news.milli.az









Daha bir ölkədə hantavirus aşkarlandı
Bu ölkədə daha bir nəfərdə hantavirus aşkarlandı
Ölümcül virus təhlükəsi: 190 nəfər həyatını itirdi
Maykl Ceksonun 'gizli ailəsi'ndən müğənni ilə bağlı dəhşətli iddialar
Oxumaqlarım yox, danışdıqlarım viral olur' - Əməkdar artist
Səhnə fəaliyyətim Mehinin yaşından çoxdur' - Xalq artisti
Avroviziya mahnı müsabiqəsi başlayır - İlk yarımfinalçların adları
"Survivor"da dəhşətli hadisə: İştirakçının ayağı amputasiya edildi
Məşhur müğənni SAXLANILDI
Maksim Qalkinin Bakı gəzintisi - FOTOLAR
Arıqlama iynələri möcüzədirmi?
Evlilik üç il müddətində müqavilə ilə olmalıdır' - Aktrisadan maraqlı təklif
Fərda Xudaverdiyev aparıcılığa başlayır
Məşhur aktyorun son görüntüsü yayıldı - FOTO