Həftədə ən azı bu qədər addım atmaq lazımdır ki... - AÇIQLANDI

Həftədə ən azı bu qədər addım atmaq lazımdır ki... - AÇIQLANDITədqiqatçılar belə qənaətə gəliblər ki, sağlamlıq və uzunömürlülük üçün insanlara əslində həftədə minimal sayda addım atmaq lazımdır.
"Metro"nun yazdığına görə, tədqiqatçılar müəyyən ediblər ki, insanlara sağlamlığı qorumaq və ömrü uzatmaq üçün gündə 10, hətta 8 min addım atmağa ehtiyac yoxdur.
Şübhəsiz ki, hərəkətli həyat tərzi bizə sağlamlığı normal səviyyədə qoruyub saxlamağa və hətta ömrü uzatmağa kömək edir.
Milli.Az AZƏRTAC-a istinadla xəbər verir ki, lakin bizim hər gün konkret olaraq neçə addım atmağımızla bağlı alimlər hələ də bir araya gələ bilməyib.
Yeni araşdırmada Yaponiyanın Kioto Universitetindən alimlər belə qənaətə gəliblər ki, həqiqətən də sağlam və uzun ömür üçün bizə yerimədən başqa heç nə lazım deyil.
Belə ki, tədqiqatçılar müəyyən ediblər ki, sağlamlığımızın yaxşılaşdırılması üçün həftədə bir və ya iki dəfə cəmi 8 min addım atmaq kifayət edəcək. Nəticələr sübut edir ki, həftədə bu minimal addımları atan insanlar gündəlik 8 min addım atan insanlar kimi həmin ürək-damar "güzəştləri" və daha aşağı ölüm göstəricilərinə malik idi.
Misal üçün, həftədə bir və ya iki dəfə 8 min addım atan insanların növbəti 10 il ərzində ölüm riski 15 faiz azalırdı. Eyni zamanda həftədə 3 gündən 6 günə qədər eyni sayda addım atanların ölüm riski 16,5 faiz azalırdı.
Tibb üzrə alim Holly Andersenin sözlərinə görə, bu araşdırmanın minimumu müəyyən etdiyini və hətta kiçik həcmdə idmanın orqanizminiz üçün faydalı olduğunu göstərdiyini başa düşmək vacibdir. Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, biz nə qədər çox hərəkət etsək, bu, sağlamlığımıza bir o qədər yaxşı təsir edir və oturaq həyat tərzinin orqanizmə təsirini azaldır.
Unutmayın ki, fiziki aktivlik təkcə ürək və damarlar üçün faydalı deyil, o həmçinin sümüklər, beyin, ümumilikdə immun sistemi, stresin səviyyəsi və yuxunun keyfiyyətinə müsbət təsir edir. 
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 1034   Tarix: 13 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Qəhvəni bu saatda için

Kardioloq və terapevtlər qəhvə qəbulunda təkcə miqdarın deyil, içkinin hazırlanma üsulu və qəbul edildiyi saatın da vacib olduğunu bildiriblər. xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, kofein qəbulunu 15:00-16:00 radələrind

.

Göz quruluğunun səbəbi bəlli oldu

Smartfon, planşet və kompüterdən uzun müddət istifadə göz quruluğu şikayətlərini artırır. xəbər verir ki, mütəxəssislər gözlərdə yanma, batma, qızartı və görmənin bulanması kimi əlamətlərin diqqətdən kənarda saxlanılmamasın

.

Xərçəngə səbəb ola bilən bakteriya bu imiş - Diqqətli olun

Xərçəng riskinə təsir edən amillərlə bağlı yeni araşdırma diqqətçəkən nəticə ortaya qoyub. xəbər verir ki, "The Lancet Oncology" jurnalında dərc edilən araşdırmaya görə, 2024-cü ildə dünyada diaqnoz qoyulan bütü

.

Bu qidalar beyin damarlarına zərər verə bilər

Çox emal olunmuş qidaların qəbulu orta yaşlı insanlarda beyin damarlarının zədələnməsinə səbəb ola bilər. . xəbər verir ki, Kanadada aparılan və "JAMA Network Open" jurnalında dərc olunan araşdırmada 35-69 yaş aras

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

turlar.az

gelinlikler geyim seçimi sade makiyaj sekilleri peçenyelər bayatilar ciyər qovurması zeytunun hazirlanmasi kosmetika efsaneler qiz evi haxista qoğalın nağlı haxışda rus dilin nece orenek