Həkim-allerqoloq: İlk növbədə, xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdır

Həkim-allerqoloq: İlk növbədə, xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdırFəsil dəyişikliyi zamanı bir çox mövsümü xəstəliklər baş qaldırır. Onların arasında allergiyalar da var. Ağacların çiçək açması, tozlanma nəticəsində havada uçuşan toz hissəcikləri insanlarda allergiyaya səbəb ola bilər. Yazda allergiyası kəskinləşənlər günün birinci yarısı, xüsusilə saat 10-11 arası açıq havada gəzməməlidirlər, çünki tozlanma daha çox səhər saatlarında olur.
Milli.Az bildirir ki, həkim-allerqoloq Pərvanə Hüseynova bu barədə AZƏRTAC-a deyib: "Allergiyanın müxtəlif növləri var. Məsələn, qida maddələrinə, hansısa dərmana, heyvanlara, yuna və toza qarşı allergiyalar olur. Bitkilər çiçək açarkən və tozlanarkən da allergiyalar yarana bilər. Bu, əsasən martın əvvəllərindən başlayaraq aprel-may aylarına qədər davam edir. Bəzən elə xəstələr olur ki, onlarda mövsümü xəstəliklər payız aylarına qədər davam edir. Həmin xəstələr adətən göz sulanması, burunda qıcıqlanma, tez-tez asqırmalar, göz, burun və qulaqlarda qaşınmalardan şikayət edirlər".
Onun dediyinə görə, mövsümü xəstəliklərə səbəb olan bəzi allergiyaların vaxtında müalicə olunmaması hətta qış fəslində müəyyən qidalara qarşı allergik reaksiyalar yaradır: "İlk növbədə, xəstənin nəyə qarşı allergiyası olduğunu müəyyən etmək lazımdır. Elə ola bilər ki, müəyyən müddət keçəndən sonra həmin xəstələrdə mövsümi allergik bronxit əmələ gələ bilər. Mövsüm vaxtı onlarda öskürmə, təngnəfəslik və xışıltı ola bilər. Ona görə də belə xəstələr allerqoloqa müraciət edərək müalicə olunmalı və dərman preparatları qəbul etməməlidirlər. Yaz vaxtı həmin xəstəliyi olanlar imkan daxilində qolu açıq geyinməməlidirlər".
Həkim-allerqoloq bildirib ki, çiçək tozcuqlarından qorunmaq üçün evə gələrkən dərhal geyimi dəyişmək, duş qəbul etmək lazımdır: "Mövsüm bitdikdən sonra isə həmin xəstəyə sınaqlar qoyularaq allergiyaya hansı çiçək və ya bitkinin səbəb olduğunu öyrənmək lazımdir. İmmunoterapiya vasitəsilə həmin xəstələrin 80 faizi müalicə edilir. Müalicə olunmadıqda bronxit, bronxial astma, bəzən mövsüm zamanı allergik rinit olan xəstədə iki-üç il sonra allergik bronxit əmələ gəlir və sonralar astmaya qədər aparıb çıxarır".
Yaz fəslində virus infeksiyalarının törətdiyi xəstəlikləri də unutmaq olmaz. Ona görə də yazda həm allergik xəstəliklərdən, həm də virus infeksiyalarından qorunmaq lazımdır.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 2567   Tarix: 07 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

.

Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda

Rusiyalı həkim-terapevt Nadejda Çernışova şəkərli diabet üçün risk qrupuna kimlərin aid olduğunu və bu xəstəliyin yaranma riskini azaltmaq üçün hansı addımların atılmasının vacib olduğunu izah edib. -a istinadən xəbər veri

.

Xərçəngə qarşı mübarizədə böyük ümid: Yeni peyvənd hazırlandı

"Merck" və "Moderna" şirkətlərinin birgə hazırladığı eksperimental peyvənd dəri xərçənginin təkrarlanması və ya ölüm riskini 42 faiz azaldıb. xəbər verir ki, "İntismeran autogene" adlanan peyvən

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Yuxuda nar görmək görün nələrə işarə edirmiş?! İNANILMAZ!

Yuxuda nar görmək qadın üçün ziyarət və mücevherata, kişi üçün də övlada, dövlət məmurları üçün terfie, zabitlər üçün əmrlərinin keçməsinə, kəndli üçün oktyabr bərəkətinə, tacir üçün çox quru, xalq üçün yaxşı bir idarəy

.

Yeməkdən sonra bunu etmək çox faydalıdır - 10 dəqiqə bəs edir

Yeməkdən sonra qısa müddətli gəzinti qan şəkərinin yüksəlməsini məhdudlaşdırmağa və sağlamlığa müsbət təsir göstərməyə kömək edə bilər. xəbər verir ki, mütəxəssislərin tövsiyəsinə görə, yeməkdən sonra ilk 15 dəqiqə ərzind

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Evdə stress yaradan 5 şey

Eviniz istirahət edib güc topladığınız məkan olmalıdır. Lakin gündəlik həyatda adi görünən bəzi əşyalar və şərait fərqinə varmadan gərginliyi artıra bilər. -a istinadən bildirir ki, 886 nəfərin iştirak etdiyi araşdırma göstəri

.

Zülalla ən zəngin çərəz

Diyetoloq Anita Mirçandani zülalla ən zəngin çərəzin adını açıqlayıb. -a istinadən xəbər verir ki, onun qidalanma üzrə tövsiyələri "Good Housekeeping" jurnalında dərc olunub. Diyetoloqun sözlərinə görə, araxis (yerfındığı

turlar.az

yay geyimləri 2026 toy gecesi yemek reseptleri gullu cantalar mastopatiya agrilari bitki dərmanları mesameler ucun maskalar kosmetika pizza novruza aid hakisda nagillar eqreb