Həkim kompüter qarşısında yemək yeməyin zərərlərindən danışdı
Kompüter qarşısında yemək sadəcə pis vərdiş deyil, həm də sağlamlıq üçün təhlükəlidir.
Milli.Az xəbər verir ki, bunu qastroenteroloq Jordi Serra Pueyo söyləyib.
Onun sözlərinə görə bu davranış funksional dispepsiya adlı mədə-bağırsaq pozuntusuna gətirib çıxara bilər.
Dispepsiya qarın nahiyəsində ağrı və ya yanğı, tez doymanın yaranması, şişkinlik və yeməkdən sonra ağırlıq hissi ilə müşahidə olunur. Xəstəlik gündəlik həyat keyfiyyətini aşağı salır, hətta psixoloji gərginliyə səbəb ola bilir.
Mütəxəssis əlavə edib ki, kompüter qarşısında yeməyin başqa təhlükəsi də var. Belə ki, bu zaman bağırsaq baryeri zəifləyir. Belə olduqda, qida qalıqları və toksinlər qan dövranına keçərək immun sistemini aktivləşdirir, nəticədə orqanizmdə iltihabi proseslər başlaya bilər.
Həkim insanlara diqqəti yeməyə yönəldərək, sakit şəraitdə nahar etməyi, kompüter, telefon və televizordan uzaq qalmağı tövsiyə edib. Onun sözlərinə görə, yemək zamanı düzgün atmosfer həm həzmi asanlaşdırır, həm də gələcəkdə ciddi xəstəliklərin qarşısını almağa kömək edir.
İsmayıl
Milli.Az









Şəkərli diabet təhlükəsini azaltmaq üçün üç vacib qayda
Günorta yatmazdan əvvəl qəhvə içmək niyə faydalıdır?
İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf
Evdə stress yaradan 5 şey
Nuran yeni layihəsini təqdim etdi
Təzyiqi aşağı salan 5 əsas qida
Sərdar Ortaçdan Tarkana SƏRT MESAJ: "1 nömrə mənəm
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
Tənhalıq sağlamlığa ciddi zərər verə bilər
Saatlarla oturanların diqqətinə
Röyanın adından dələduzluq - FOTO