Həkim kosmetoloq Aysel İbadzadədən xəbərdarlıq!

Həkim kosmetoloq Aysel İbadzadədən xəbərdarlıq!Günümüzdə dəb halı almış, demək olar ki, cavandan yaşlıya hər bir xanımın istifadə etdiyi sahələrdən biri də kosmetologiya sahəsidir. Xanımlarımız bu kosmetoloji prosedurlar sayəsində əməliyyatsız şəkildə bir çox nahiyələrində dəyişikliklər edərək arzu etdikləri görüntüyə sahib ola bilirlər. Bəs bu prosedurlar hansı üsullarla həyata keçirilir, nə kimi yan təsirləri var? Bu suala cavab tapmaq üçün kosmetologiya sahəsində sözünü demiş, ATU-nun məzunu həkim kosmetoloq Aysel İbadzadəyə müraciət etdik.
Aysel xanım qeyd etdi ki, kosmetoloji prosedurlar düzgün şəkildə və keyfiyyətli pereparatlardan  istifadə edilərək gerçəkləşdirildiyi zaman heç bir yan təsirləri olmur və tamamilə ziyansızdır. Günümüzdə bazarda keyfiyyətsiz, ucuz, istifadəsi zərərli məhsullar və bu sahə üzrə qeyri-peşəkar kosmetoloqlar çoxdur. Xanımlarımıza kosmetoloq seçərkən ilk öncə həkimin savadına və prosedur zamanı istifadə ediləcək perpeparatların keyfiyyıtinə fikir vermələrini məsləhət görürəm. Kənardan baxarkən asan görünən bu sahə əslində riskli və məsuliyyət tələb edən bir sahədir. Düzgün görülməyən prosedur zamanı bir çox arzu olunmaz hallar yaşana bilər. Unutmayın ki, yaxşı kosmetoloq, eyni zamanda, yaxşı həkim olmalıdır. Ümumiyyətlə, kosmetologiya sahəsi geniş bir sahədir. Standart kosmetoloji prosedurlardan əlavə hətta burun əyriliklərini, sallanmış burun ətləri, üz çənə nahiyələrində korreksiyalar etmək ilə cərrahi müdaxilə olmadan çox gözəl nəticələr əldə etmək olur.
Burun üz çənə nahiyəsindəki korreksiyaları necə edirsiz?
Üz çənə yanaq nahiyələrində olan assimetriyalari dolğu vasitesilə korreksiya edirik. Kiçik çənəni böyüdüb, böyük çənəni cərrahi müdaxilə olmadan balacalaşdıra bilirik. Prosedur zamanı hialuron turşusu əsasında təbii dolğulardan istifadə edirik. Tamamilə ziyansızdır. Zamanla sovrulur. Bu üsullarla çənə bucağını sərtləşdirərək daha möhtəşəm görüntü əldə edirsiz. Hal hazirda cox dəbdədir.
Hansı dodağ dolğularında istifadə edirsiz?
Yalnız təbii dolğulardan istifadə edirəm. Süni dolğular səhhət üçün zərərlidir və istifadəsi qadağandır. Eyni zamanda prosedur zamanı xaricdə ixtisas artırma zamanı iştirak etdiyim kurslardan əldə etdiyim yeniliklə xüsusi texnikadan istifade edirəm. Azərbaycanda bunu bir neçə mütəxəssiz bacarır. Onlardan biri də mənəm.
Botoks nədir, hansı üsullarla həyata keçirilir?
Botoks mimik qırışları açmaq üçün istifadə olunur. Üzün bütün nahiyyələrində istifadə etmək olmaz. Ən çox alın, qaşarası nahiyyələrdə və göz ətrafı hissələrdə istifadə olunur. Aşırı tərləmə olarkən qol altı, ayaq altı hissələrdə də istifdə olunur. Gülərkən damaq görünürsə onu da botoks vasitəsilə aradan qaldıra bilirik. Xanımlar bu prosedurdan çox zaman qorxur. Əgər düzgün mütəxəssiz tətbiq edərsə, tamamilə qorxusuz prosedurdur.
Həkim kosmetoloq Aysel İbadzadədən xəbərdarlıq!Kişilər kosmetoloji prosdedurlardan istifadə edirmi və hansı formalarından?
Kişilər daha çox çənə nahiyyələrində olan qüsurlarını aradan qaldırılması üçün müraciət edirlər. /news.milli.az

Xəbərlər     Baxılıb: 3522   Tarix: 14 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Yüksək səviyyədə üzərində E-rəqəmləri olan emal olunmuş qidaların istehlakı ürək xəstəliyi riskini artıra bilər. -a istinadən xəbər verir ki, təxminən 100.00 qadından ibarət bir qrup üzərində işləyən tədqiqatçılar daha yüksə

.

Bu günkü çəki gələcəkdə yaddaşa təsir edə bilərmi? - ARAŞDIRMA

Orta yaşlarda piylənməsi olan insanların yaşlılıq dövründə demensiyaya tutulma riskinin 33 faiz daha yüksək olduğu müəyyən edilib. xəbər verir ki, bu nəticə 19 uzunmüddətli araşdırmanın, ümumilikdə 589 min 649 nəfərin məlumatlarını

.

Xaricdən gətirilən dərmanlar bu hallarda təhlükəli olur

Qeyri-qanuni yollarla idxal edilən dərman vasitələrinin istifadəsi təhlükəsiz hesab edilmir. Trend-in Analitik Ekspertiza Mərkəzindən (AEM) əldə etdiyi məlumata görə, Azərbaycan Respublikasının dərman vasitələrinin(DV) dövlə

.

Səssiz irəliləyən xərçəng növü - İlk əlamətləri bunlardır

Tiroid xərçəngi uzun müddət heç bir ciddi əlamət vermədən inkişaf edə bilər. xəbər verir ki, mütəxəssislər boyunda yeni yaranan şişkinlik, böyüyən düyün və uzun müddət davam edən səs tutulmasının diqqətdən kənarda saxlanılmamasın

.

Ac qalanda ürəkbulanma və halsızlıq yaranırsa

Hipertireoz, Addison xəstəliyi, hipoqlikemiya və polikistik yumurtalıqlar sindromu kimi problemlər aclığa dözümlülüyü azaldaraq ürəkbulanma və halsızlıq yarada bilər. Birinci tip diabet zamanı isə uzun müddət qidadan imtin

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

turlar.az

makiyaj instagram yay kolleksiyasi qadın geyimi olum haqqinda maraqli faktlar aşıq ev dizaynlari qonaq otagi darcin faydasi kosmetika kökəlmək üçün babasil toyuq salati azerb clpaq qadinlari novruz bayramına aid hakışda