"Həkim səhvinə görə olub" - "Eurovision"un əlil iştirakçısı - FOTO
Rusiyanı "Eurovision-2017"da əlil müğənni Yuliya Samoylova təmsil edəcək.
Xanim.az qafqazinfo-ya istinadən xəbər verir ki, 27 yaşlı sənətçi yarışma barədə müsahibə verib.
"Çox xoşbəxtəm, həmçinin şokdayam. Bunun həqiqət olduğuna inana bilmirəm",- ifaçı bildirib.
Yuliya deyib ki, oxuduğu "Layt" adlı mahnını sevgilisinə həsr edib:
"Uzun illərdir ki, Aleksey Taranla bir aradayıq. Mahnı da öz taleyim, bu yerə çatana kimi çəkdiyim əziyyətlərdən bəhs edir. Bu mahnını da sevgilimə həsr edəcəm".
1-ci qrup əlil olan Samoylova həkimlərin səhvi ucbatından əlil arabasına məhkum olduğunu söyləyib:
"Uşaqlıqda həkim səhvi ucbatından belə olmuşam. 1 yaşım var idi, həkimlər peyvənd vurdular, nəticəsi belə oldu. Ailəm heç vaxt məndən utanmayıb. Yaxınlarımız valideynlərimə deyirdi ki, növbəti övlad dünyaya gətirin, gəncsiniz.
Ancaq onlar inadkar oldular, məndən başqa uşaq istəmədilər. Bu halıma görə heç vaxt üsyan etməmişəm. Yarışmaya hazırlaşanda mənə dedilər ki, sən səhnəlik deyilsən, araba sənə maneə olacaq. Belə səhnəyə çıxa bilməzsən".
Qeyd edək ki, "Eurovision-2017"nin yarımfinalları 9-11 may tarixlərində, final isə mayın 13-də baş tutacaq.














İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Qadınlarda infarktın gizli əlamətləri - Həkim xəbərdarlıq etdi
Eşref Rüya' final edir - Tarix bilindi
Aynişan bu dəfə geyimlərini satışa çıxardı
Kişi sağda, qadın solda yatmalıdır - SƏBƏB
Səhər halsız oyananların NƏZƏRİNƏ - Ciddi xəstəliklərin əlamətidir
Paket çaylar suya milyardlarla mikroplastik buraxır? - Araşdırma
Rusiyalı müğənni Dağıstanın bərpası üçün 5 milyon manat bağışladı
Hər iki ailəm xəyanətə görə dağılıb' - Aysun
Duş lifi ilə yuyunanlara xəbərdarlıq: Gigiyena sandığınız şey xəstəlik mənbəyi ola bilər
Fillip Alla Puqaçovanın kukla kolleksiyasını yığır
Eldəniz Məmmədov baba oldu