Həkim tapmayan ata xəstəxananın ALTINI ÜSTÜNƏ ÇEVİRDİ: "Tibb bacısını hamama salıb..." - VİDEO

Həkim tapmayan ata xəstəxananın ALTINI ÜSTÜNƏ ÇEVİRDİ: "Tibb bacısını hamama salıb..." - VİDEOBakıda poliklinikada xəstə uşağa tibbi yardım göstərməyə həkim tapılmadı.

BiG.AZ xəbər verir ki, bu barədə a24.az saytına daxil olan məlumata görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı birləşmiş şəhər xəstəxanasının poliklinikasında baş verib.

Bu barədə uşağın atası Tural Yasinov məlumat verib. Belə ki, həkimlərin laqeydliyini görən ata baş verənləri mobil telefonuna çəkərək yayımlayıb və qəzəbini dilə gətirib.

"40 dərəcə temperaturu olan uşağı axşam saat 6-da Maştağada 7 nömrəli xəstəxanaya aparmışıq. Bu boyda xəstəxanada heç bir həkim yoxdur. Ancaq tibb bacısı var. Uşaq az qala qızdırmadan öləcək, amma ona baxacaq bir növbətçi həkim tapılmır. Baş həkimə də zəng çatmır. Məcbur qalıb Əmircandakı 8 nömrəli xəstəxanaya apardıq. Xahiş edirəm, Səhiyyə Nazirliyi bu məsələyə ciddi yanaşsın. Dövlətin xəstəxanasında həkim tapılmır. Uşaq orada ölsə, kim cavabdeh olacaqdı?"

Məsələ ilə bağlı BiG.AZ sözügedən Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 7 saylı birləşmiş şəhər xəstəxanasının poliklinikası ilə əlaqə saxlayıb. Poliklikadan bizə verilən məlumata görə, hadisə zamanı xəstəxanada həkim olub:

"Hadisə baş verən zaman poliklinikada həkim olub. Bizim hər gün üçün növbətçi həkimlərimiz var. Biz həmin həkimin ad və soyadını sizə verə bilmərik, mümkünsə siz baş həkim Gülarə xanımla əlaqə saxlayın".

Poliklinikanın baş həkimi Gülarə Nəcəfova isə BiG.AZ-a açıqlamasında bəzi məqamların üstünü açıb. O, həmin şəxsin tibb bacılarına qarşı zorakılıq etdiyini, hamama salaraq qapısını bağladığını və nalayiq ifadələrlə kontingenti təhqir etdiyini bildirdi:

"Bəli, həmin şəxs uşağını gətirmişdi. Onun uşağına baxılıb, həmin şəxs də özünü çox kobud aparıb. Tibb bacısını itələyib, onu salıb hamama qapısını da arxadan bağlayıb. Deyir ki, mənə uşaq həkimi gətirin. Mən şöbə müdiriyəm, mənə zəng elədilər. İstədim vətəndaşı başa salım ki, bizim reanimatoloqlar sizə hər cür kömək edəcəklər, vətəndaş başladı məni nalayiq sözlərlə təhqir etməyə. Hətta utanıram o sözü təkrar dilimə gətirməyə. Mənə çox pis təsir elədi. Məni hədələdi ki, səni məhkəməyə verəcəm, mənə uşaq həkimi verin. Ona başa salmağa çalışdım ki, reanimatoloq, anestezioloq sizə köməklik edəcək, mənə deyir ki, o cərrahdır. Başlayıb haray-qışqırıq salmağa. Onu itələyir, bunu dağıdır. Poliklinikanın qapısını da qırıb. Götürüb qaynar xəttə zəng edib, polis çağırıb. Üstəgəl götürüb Daxili İşlər Nazirliyinə də yazıb. Polislər də çox gec gəldilər, biz izahatımızı verdik, onun etdikləri barədə polisə məlumat verdik. Mən özüm şəxsən Təcili Tibbi Yardım çağırtdırıb onun uşağını Əmircandakı 8 nömrəli xəstəxanaya apartdırmışam. Dünən axşam da, bu gün səhər də zəng edib uşağın səhhəti ilə maraqlanmışam. Səhhəti çox yaxşıdır hazırda. Uşağın o qədər ciddi bir problemi yox idi, xırda infeksiya idi, qızdırma vermişdi.

Hələ bu azmış kimi götürüb video da çəkib. Həkimlərimi, növbətçilərimi çəkib. Bütün kontingentim də yerində, işinin başında idi. Niyə özünün etdiyi haray-qışqırığı, tibb bacılarıma etdiyi zorakılığı, hamama salıb qapısını bağladığı məqamları da çəkməyib? Niyə xadiməni az qala pəncərədən atdığını da çəkməyib? Biz də həmin şəxs barəsində lazımi tədbir görəcəyik".

Xəbərlər     Baxılıb: 2756   Tarix: 19 sentyabr 2017
f Paylaş

Oxşar xəbərlər

.

Hər gün bir stəkan için - Faydaları saymaqla bitmir

Çuğundur şirəsi antioksidantlar və nitratlarla zəngindir və xüsusilə ürək-damar sağlamlığına müsbət təsir göstərir. Nitratlar bədəndə nitrik oksidə çevrilərək qan damarlarını genişləndirir və təzyiqi aşağı salır. xəbər veri

.

Uşaq danışmırsa nə etmək lazımdır? - AÇIQLANDI

"Autizm sindromlu uşaqlarda sosial ünsiyyət pozğunluqları, beynin səsli informasiyalarının çətinliklə qavranılmaması, sensor həssaslığının həddindən artıq yüklənməsi və ünsiyyət üçün motivasiyanın olmaması səbəbində

.

Kifli qidalardan hansı yeyilməli, hansı zibilə atılmalıdır?

Kif yalnız səthdə görünən bir ləkə deyil; onun mikroskopik kökləri qidanın dərinliklərinə qədər uzana bilər.  xəbər verir ki, Britaniya Qıda Standartları Agentliyi (FSA) aşağıdakı qruplara hətta "təhlükəsiz" görünə

.

Uzun müddət davam edən öskürəklə bağlı xəbərdarlıq

Yaz aylarının gəlməsinə baxmayaraq, havaların hələ də tam isinməməsi sağlamlıq problemlərini də özü ilə gətirir. xəbər verir ki, xüsusilə allergiyaya meyilli şəxslərdə polenlərin təsiri ilə tənəffüs yollarında həssaslıq artır

.

Miqrenin səbəbi yalnız beyin deyilmiş - YENİ ARAŞDIRMA

Dünyada təxminən 1,5 milyard insanı təsir edən və xüsusilə 50 yaşdan aşağı şəxslərdə daha çox rast gəlinən miqrenlə bağlı yeni elmi nəticələr açıqlanıb. xəbər verir ki, Türkiyə Ali Təhsil Şurasının təşəbbüsü ilə Gazi Universiteti

.

Ayaqqabını nəm salfetlə silməyin - SƏBƏB

Nəm salfetlər ayaqqabını tez təmizləmək üçün rahat üsul kimi görünsə də, əslində onlar faydadan çox zərər verə bilər. . xarici mediaya istinadla xəbər verir ki, çoxları küçəyə çıxmazdan əvvəl ağ krossovkada ləkə gördükd

.

Şokoladın gizli təhlükələri ortaya çıxdı

Son illərdə şokolad istehlakının artması mütəxəssisləri narahat edir. Qida üzrə ekspertlər bildirirlər ki, həddindən artıq şokolad yemək sağlamlıq üçün bir sıra mənfi nəticələrə səbəb ola bilər. xəbər verir ki, şokoladı

.

Yaşıl çay xərçəngdən qoruyurmu?

Yaşıl çay ( Camellia sinensis ) yüksək antioksidant tərkibi ilə tanınır. Onun tərkibindəki ən mühüm maddə EGCG adlanan güclü bir kateşindir.  xəbər verir ki, heyvanlar və laboratoriya mühitində aparılan tədqiqatlar göstəri

.

Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları

Pandemiyada insanların immuniteti gücləndirən təbii məhsullara marağı da artdı. Bu qidalardan ən önəmlisi isə udi hindi bitkisidir. Udi hindinin faydaları saymaqla bitmir. Bəs udi hindi bitkisi nədir?. xəbər verir ki, ə

turlar.az

toy makiyaji sekilleri gözəllik məhsulları geyim şəkilləri vetene aid bayatilar qis geyimleri gavalinin xeyri qonaq otaqlarinin dizayni kosmetika oğlaq anabaci səməd vurğun intim munasibetler hakiwda