Həkim təyinatı olmadan dərman qəbul edənləri bu təhlükə gözləyir

Həkim təyinatı olmadan dərman qəbul edənləri bu təhlükə gözləyirİyun ayı ərzində Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə zəhərlənmə səbəbilə 99 nəfər yerləşdirilib. Bu barədə Kliniki Tibbi Mərkəzdən verilən məlumata görə, həmin şəxslərdən 37-si dərman, 27-si sirkə turşusundan, 1-i yandırıcı məhluldan, 2-si spirtli içkidən, 5-i isə fosfor üzvi birləşmələrdən zəhərlənib. Ölüm halları isə əsasən sirkə turşusu və dərman zəhərlənmələri nəticəsində qeydə alınıb.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Zakir Quliyev Modern.az-a açıqlamasında dərman zəhərlənmələrinin əsas səbəblərinə toxunub. O bildirib ki, dərmanların həkim məsləhəti olmadan qəbulu ən təhlükəli faktorlardandır:
"İnsanlar çox vaxt hər hansı xəstəliyin əlamətlərini özbaşına dərmanlarla aradan qaldırmağa çalışırlar. Bu zaman dozalanma və istifadə qaydaları düzgün aparılmır. Analgetiklər, sedativlər, antibiotiklər və ürək dərmanları bu baxımdan xüsusi risk daşıyır. Belə dərmanlar həkim nəzarəti olmadan qəbul edildikdə zəhərlənmə və hətta orqan çatışmazlığına səbəb ola bilər".
Ekspert onu da diqqətə çatdırıb ki, zəhərlənmələrin mühüm bir hissəsi uşaqların ev şəraitində təsadüfən dərman qəbul etməsi ilə bağlıdır:
"Ailələrin dərmanları uşaqların əlçatan yerlərdə saxlaması bu halların sayını artırır. Eyni zamanda, bəzi hallarda saxta və ya keyfiyyətsiz dərman preparatları da ciddi fəsadlara yol açır. Apteklərdə və ya qeyri-rəsmi satış məkanlarında satılan bu preparatlar ya təsirsiz olur, ya da tərkibindəki maddə miqdarı düzgün tənzimlənmədiyindən zəhərlənməyə səbəb ola bilir. Buna görə də dərmanların yalnız rəsmi qeydiyyatdan keçmiş, lisenziyalı apteklərdən alınması tövsiyə olunur".
Zakir Quliyev əlavə edib ki, xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər arasında çoxsaylı dərman preparatlarının eyni anda qəbulu da təhlükəli hesab olunur. Onun sözlərinə görə, bəzi dərmanlar bir-birinin təsirini artıraraq orqanizmə mənfi təsir göstərir və bu da nəticədə zəhərlənmələrə yol açır.
Milli.Az

Xəbərlər     Baxılıb: 1184   Tarix: 03 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

.

Mixək çayının yaddaşa faydası

Mixəkdə olan "eugenol" adlı maddə antioksidant və iltihabəleyhinə xüsusiyyətləri ilə araşdırılır. -a istinadən xəbər verir ki, bəzi heyvan tədqiqatlarında mixək tərkibli maddələrin yaddaş göstəricilərinə və stressl

.

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

"Səliqəsiz insanlar yuxuya getməkdə çətinlik çəkə və keyfiyyətsiz yata bilərlər". -a istinadən xəbər verir ki, bu barədə psixoloq Ana Gerrero Brana "Hola" nəşrinə müsahibəsində danışıb. O, yuxusuzluğu

.

İtirilmiş dişlər yenidən çıxa bilər - İnqilabi kəşf

Yapon alimləri dişlərin təbii yolla yenidən inkişafını stimullaşdıran eksperimental dərman üzərində işləyirlər. Bu preparat gələcəkdə stomatologiyada implant və protezlərə alternativ ola bilər. xəbər verir ki, bu barədə "Th

.

Axşam yeməyindən sonra yemək yeyirsiniz? - Bu xəbəri mütləq oxuyun

Gec saatlarda yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər. xəbər verir ki, təxminən 200 min nəfərin məlumatlarının təhlil edildiyi araşdırma gec saatlarda qidalanmaqla qaraciyər yağlanması və sirroz arasınd

.

Avtomobil sürənlər üçün vacib xəbərdarlıq

Uzun müddət avtomobil idarə etmək boyun sağlamlığına mənfi təsir göstərə bilər. xəbər verir ki, türkiyəli həkim Burak Orhan Boranın sözlərinə görə, xüsusilə tıxaclarda tez-tez dayanıb-hərəkət etmək, yanlış oturuş vəziyyət

.

Bu giləmeyvələr hipertoniyanın yaranmasının qarşısını alır

Quşüzümü və mərcangilə hipertoniya və aterosklerozun yaranmasının qarşısını almağa kömək edir, eləcə də sidik yolu infeksiyalarına qarşı profilaktik vasitə kimi xidmət edir. -a istinadən xəbər verir ki, bu barədə rusiyal

.

Mədəsi ağrıyanların nəzərinə

Mədə ağrısı qaraciyər xərçənginin simptomu ola bilər. -a istinadən xəbər verir ki, yuxarı qarın və ya mədə nahiyəsində təkrarlanan ağrı müayinə üçün ciddi bir səbəbdir. Mütəxəssislərin fikrincə, qaraciyər xərçənginin simptomlar

.

Diabet xəstələri banan yeyə bilər?

Yaşıl və həddindən artıq yetişmiş banan qanda qlükoza səviyyəsinə fərqli təsir göstərə bilər. xarici mediaya istinadən xəbər verir ki, bananlar çox vaxt şəkərli diabet zamanı rasiondan çıxarılmalı məhsullar sırasında göstərilir

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

turlar.az

kosmetik vasiteler yay kolleksiyasi reseptler salatların bəzədilməsi qadindunyasi.az sarımsaq tutun xeyri kosmetika hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz dolça big.az qaynana hakista arxadan olmaq