Həkim yod çatışmazlığının əsas əlamətlərini açıqladı

Həkim yod çatışmazlığının əsas əlamətlərini açıqladıRusiyalı həkim-kardioloq Anna Çuqunnikova yod çatışmazlığının əsas əlamətlərini açıqlayıb.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, bildirib ki, orqanizmdə yod çatışmazlığının əsas göstəricilərindən biri zobun əmələ gəlməsi - qalxanabənzər vəzinin böyüməsidir.
"Əksər hallarda yüngül və orta dərəcəli yod çatışmazlığı şəraitində patoloji zob görünməz şəkildə əmələ gəlir və kiçik ölçülü olur. Şiddətli yod çatışmazlığı şəraitində isə zob nəhəng ölçülərə çata bilər, udma və tənəffüs çətinliyi, boyun nahiyəsində narahatlıq, səsdə dəyişiklik ilə müşayiət oluna bilər", - həkim qeyd edib.
Onun sözlərinə görə, uzunmüddətli yod çatışmazlığı tiroid hormonlarının istehsalının pozulması nəticəsində yaranan patologiyaların inkişafına gətirib çıxarır və sinir sisteminin funksiyalarının azalması, daimi yorğunluq hissi, yuxulu olma, yaddaşın, performansın və diqqətin azalması ilə nəticələnir.
Yod çatışmazlığı həmçinin zülalların, yağların və karbohidratların mübadiləsinin pozulmasına, ürək-damar sisteminin fəaliyyətinin pozulmasına (ürək döyüntülərinin artması və ya ləngiməsi, ürəyin işində fasilələrə, qan təzyiqinin dəyişməsinə, təngnəfəsliyə), reproduktiv disfunksiya, o cümlədən menstrual pozuntulara və hətta sonsuzluğa səbəb olur.
Həkim izah edib ki, hamilə qadınlar üçün yod səviyyəsinə nəzarət etmək xüsusilə vacibdir, çünki bu, təkcə onun sağlamlığına deyil, həm də gələcək uşağın inkişafına təsir göstərir.
Milli.Az

Xəbərlər     Baxılıb: 1025   Tarix: 27 noyabr 2023
f Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Dişləri saraldan qidalar

Stomatoloq Karla Fornas rasiondakı müəyyən qida məhsulları səbəbindən diş minasının sarala biləcəyi barədə xəbərdarlıq edib. -a istinadən xəbər verir ki, bu barədə o, "El Confidencial" nəşrinə müsahibəsində danışıb

.

Təzyiqi aşağı salan 5 əsas qida

Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır. qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə dietoloq Emma Derbişir bildirib. Mütəxəssis tərəfindən təzyiqi aşağ

.

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qanda anemiya və hemoqlobin səviyyəsinin düşməsi xərçəng müayinəsindən keçməyi tələb edir, xüsusən kişilər diqqətli olmalıdır. -a istinadən xəbər verir ki, cərrah İldus Muxametovun sözlərinə görə, kolorektal xərçəngin inkişaf

.

Duru yağ zərərlidir? – Mütəxəssis açıqladı

Duru yağların zərərli olduğunu demək olmaz. Çünki duru yağ etibarlı və keyfiyyətli, mənşəyi bəlli olan xammaldan - zeytun, günəbaxan və qarğıdalıdan istifadə olunaraq hazırlanırsa, bizim region üçün istifadəyə daha uyğundur

.

Yuxuda sevişmək nəyə yozulur?

Yuxular hələ də sirri açılmayan qaranlıqla dolu dünyadır. Yuxu əsrlərdən bəri araşdırılan, həm alimlərin, həm də mistika ilə məşğul olanların cavabını tapmaq istədiyi tapmacadır. Fərqli və rəngarəng yuxular bəzən də cinsəlikl

.

Öd kisəsi ağrıyanda nə etməli? - 5 MƏSLƏHƏT

Öd kisəsi ağrı hiss edən, ağrı siqnalı verən orqandır. Çox zaman kisədə daş olanda və iltihabi xəstəliklərdə ağrıyır. Kəskin pristuplarda ilk işiniz təcili yardım çağırıb, xəstəxanaya çatmaqdır, bu zaman hətta ağrıkəsic

.

Enerji içkiləri beyinə belə təsir edir - Həkimdən ciddi xəbərdarlıq

Enerji içkilərinin tərkibində yüksək miqdarda kofein olması xüsusilə yeniyetmələr üçün ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. xəbər verir ki, uşaq endokrinologiyası mütəxəssisi, türkiyəli professor Selim Kurtoğl

.

DİQQƏT ! Yuxuda pişik görmüsüzsə ..Ağır xəstəlik gözləyir

Yuxusunda pişik görən adamın, qadın və kişi cinsiyyətinə malik olmasına görə yuxunun təbirləri dəyişir. Əgər bu yuxunu görən adam bir kişisə, bu kişinin normal həyatında diqqətsiz bir şəxsiyyətə sahib olduğu, ətrafındak

.

Qəhvənin təsiri niyə insandan insana dəyişir?

Qəhvə içdikdən sonra gecə yuxuya gedə bilməyənlər olduğu kimi, yatmazdan əvvəl bir fincan qəhvə içsə belə rahat yatan insanlar da var. xəbər verir ki, mütəxəssislər bunun səbəblərindən birinin genetik xüsusiyyətlərlə bağl

turlar.az

geyim dəbləri sade makiyaj sekilleri hamiləlik elaci buruq sac duzumleri 2026 qoç bürcü payiz geyimleri kosmetika gözəllik maskalar dieta sanamalar orqazm