Həkimlərdən yeni koronavirus müalicə metodu
Moskva Sklifosovskiy adına təcili yardım bazasında rusiyalı həkimlər koronavirus infeksiyasına qarşı heliy tətbiqi ilə bağlı yeni metodika işləyib hazırlayır.
Milli.Az medicina.az-a istinadən bildirir ki, sovet dövründən icad olunmuş aparat hazırda test rejimində sınanır. Moskva həkimlərinin unudulmuş köhnəni xatırlaması və effektiv nəticələr alması Fransa, ABŞ kimi ölkələrin də diqqətini cəlb edib.
Helium qazının ağciyərlərin virus zədələnməsində təsiri çox yaxşıdır, o orqanizmdə oksigen aclığının qarşısını alır.
Terapiya xüsusi aparat vasitəsilə xəstənin 15 dəqiqə 92 dərəcə qızdırılmış oksid heliylə nəfəs alması üzərində qurulub. Bu zaman alveolyar membranda oksigen diffuziyası yaxşılaşır, tənəffüs yollarında boğulma azalır, əzələlərin boşalması baş verir. Bu dərəcədə qızdırılmış qaz koronavirusun aktivliyini də azaldacaq, pasiyent qızdırmadan halsız olmayacaq, xəstəliyi asan keçirəcək. Proseduru ağciyərlərin saunası da adlandırmaq olar.
Milli.Az /news.milli.az









İdeal Dieta: 1 həftəyə 5 kq arıqla!
Qara zirə (Çörək otunun) faydaları
Qarazirə hər dərdin çarəsi olan bitki
Ən güclü təbii antibiotik: Udi hindi bitkisinin faydaları
Aktyor Aslan Fətullayevin nəşi Azərbaycana gətirildi
Qarabağa köçən məşhurlar - SİYAHI
Kişilərə edilən bu masaj stressi 25 faiz azalda bilər: 10 dəqiqə bəs edir